Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Hindistan bizi boykot edir: BƏS BİZ?
Əsas Səhifə > Ana xəbərlər, Cəmiyyət > Hindistan bizi boykot edir: BƏS BİZ?

Hindistan bizi boykot edir: BƏS BİZ?


Bu gün, 10:19
Hindistan bizi boykot edir: BƏS BİZ?
“Suverenliyimizə və milli maraqlarımıza qarşı əks addım atanlara qarşı isə adekvat şəkildə davranmağı bacarırıq”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O, Hindistanın Azərbaycana qarşı başlatdığı boykot kampaniyasına münasibət bildirib.

Deputat qeyd edib ki, Hindistanla bizim o qədər də böyük iqtisadi və turizm əlaqələrimiz yoxdur:

“Bununla belə Azərbaycan hər zaman bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq etməyə, ticarət və turizm əlaqələrinin genişləndirilməsinə böyük diqqət yetirir. Azərbaycan beynəlxalq hüquqa çox böyük hörmətlə yanaşır. Pakistan bizə dost, hər bir platformada Azərbaycanın maraqlarını dəstək verən dövlətdir. Hindistanla arasındakı konfliktin olmasını qətiyyən istəmirik. İnanırıq ki, bu məsələlər sülh və qarşılıqlı anlaşma yolu ilə aradan qaldırılacaq”.

Onun sözlərinə görə, Hindistanın öz vətəndaşlarına müraciətinə gəldikdə isə Azərbaycana gəlmək istəyənlər saysız-hesabsızdır:

“Çünki Azərbaycan ən stabil və ən təhlükəsiz ölkədir. Azərbaycana gələn hər bir xarici turist həmişə razı gedib. COP29 zamanı dünyanın hər bir guşəsindən Azərbaycana qonaqlar gəldi. Ölkəmizin tolerantlığının, mədəniyyətinin və təhlükəsizliyin şahidi oldular. Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur”.

“Azərbaycanın yalnız və yalnız milli və dövlətçilik maraqları var. Bu maraqlara uyğun tərzdə bizimlə davranan hər bir dövlət, xalqla qardaşıq, dostuq. Suverenliyimizə və milli maraqlarımıza qarşı əks addım atanlara qarşı isə adekvat şəkildə davranmağı bacarırıq”, – deyə o bildirib.

Geri qayıt