Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər?
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər?Bu gün, 17:33 |
![]() Bu ilin ilk 3 ayında Azərbaycandakı otellər 125 milyon 146,3 min manat gəlir əldə ediblər. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu gəlirlərin 58,6%-i və ya 73 milyon 332,6 min manatı nömrələrin (otaqların) satışından əldə olunub. Qeyd edək ki, otellərin gəlirləri arasında konfrans zallarının təqdim edilməsi xidmətlərindən əldə edilən məbləğ cəmi 0,85% və ya 1 milyon 63,8 min manat təşkil edib. Bu gəlirin böyük əksəriyyəti – 98,5%-i, yəni 1 milyon 48,3 min manatı paytaxt Bakıdakı otellərin payına düşüb. Digər şəhər və rayonlar arasında isə yalnız Sumqayıt və Gəncə şəhərlərindəki otellər konfrans zallarının təqdim edilməsi xidmətlərindən gəlir əldə ediblər. Sumqayıt otelləri yanvar–mart aylarında bu xidmətlərdən 7,4 min manat, Gəncə otelləri isə 8,1 min manat gəlir əldə ediblər. Məlumat üçün onu da qeyd edək ki, 2024-cü ildə otellərin ümumi gəlirlərində konfrans zallarının təqdim edilməsi xidmətlərindən əldə olunan gəlirin payı 1,4%, 2023-cü ildə isə 1,8% olub. Açıqlanan göstəricilər arasında diqqət çəkən məqamlardan biri də odur ki, son illər Şuşa şəhərində fəaliyyət göstərən otellərin konfrans zallarında müxtəlif tədbirlər keçirilməsinə baxmayaraq, heç bir gəlir əldə edilməyib. Məsələn, ötən ilin oktyabr ayında “Şuşa Hotel”də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “İşğaldan azad edilmiş ərazilərdə əmək şəraitinin inkişafına dəstək: ətraf mühitin əməyin təhlükəsizliyinə təsiri” mövzusunda konfrans təşkil olunub. Bundan əlavə, ötən ilin iyul ayında “Şuşa Hotel”də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda da konfrans keçirilib. Geri qayıt |