Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                     Əbədi dostluq? .....                     “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? .....                     ABŞ və Çin ticarət sazişi bağlayır .....                     "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..." .....                     Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb .....                     “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                 

Xaçmazlı məmurun QƏRİBƏ MƏNTİQİ: YAP-çısansa susmalısan... - QALMAQAL
Tarix: 13-11-2024, 07:05 | Çap et
Xaçmazlı məmurun QƏRİBƏ MƏNTİQİ: YAP-çısansa susmalısan...
“İcra nümayəndəsi Rəşad Hacıbalayev barəmdə işlətdiyi nalayiq ifadələrə görə qanun çərçivəsində cavab verəcək. Mənə nəsə olsa, bunun günahı icra nümayəndəsi Hacıbalayevdə olacaq. Məni özünəqəsd həddinə çatdırıb”.

Bunu “Facebook” hesabında Xaçmazın Fərzəlioba kənd sakini Ülkər Bayramova yazıb.

Ülkər Bayramova həm də həmin məktəbin müəllimidir.

Fərzəlioba kəndi İnzibati Ərazi Dairəsi üzrə Köhnə Xudat icra nümayəndəliyinin tərkibindədir. Bayramovanın şikayəti də Köhnə Xudat icra nümayəndəsi Rəşad Hacıbalayevdəndir. Xanımın iddiasına görə, icra nümayəndəsi 5 ildən çoxdur ki, ona qarşı qərəzlidir:

“Mən təkcə müəllimə deyiləm, həm də kəndimizin ziyalısı olaraq kənddəki problemləri dilə gətirirəm, aidiyyəti qurumlara yazıram, kömək istəyirəm, tələb edirəm. Kənddə yol, mavi yanacaq problemi var, ictimai nəqliyyatın fəaliyyəti bərbaddır, işıq dirəkləri 60-cı illərdən qalıb, külək əsəndə adamın üstünə aşır. Məktəbdəki qızdırıcı da elektriklə işləyir, işıq sönəndə müəllim, şagird – hamımız soyuqdan donuruq. Mən bunları niyə dilə gətirməməliyəm? Vətəndaş olaraq vergi ödəyicisi kimi normal şərait tələb etmək haqqım var. Bütün bunlara görə də icra hakimiyyətindən tutmuş bütün aidiyyəti qurumlara yazıb göndəririk və bütün bu yazışmaları mən təşkil edirəm. İcra nümayəndəsi də bundan qıcıq olur”.

Ülkər Bayramova deyir, hələ 5 il əvvəl icra nümayəndəsi ona dərs dediyi məktəbdə hücum edib:

“Dərsdən çıxanda şagirdlərin, müəllimlərin, valideynlərin gözü qarşısında mənə hücum etmişdi ki, sən müxalifətçisən, aranı qarışdırmaqla məşğulsan. Bunu yuxarı orqanlara da yazmışdı ki, müəllimə müxalifətçidir, kənddə təxribatla məşğul olur. Araşdırıb gördülər ki, YAP-çıyam. Çağırdılar, soruşdular, dedim, məgər yaşadığım yerin problemlərini dilə gətirmək üçün mütləq müxalifətçi olmaq lazımdır? Mən vergi ödəyən bir vətəndaş olaraq rahat şərait, yol, qaz, işıq, ictimai nəqliyyat tələb edirəm. Hər haqqını tələb edən müxalifətçi olur ki?”.

Ülkər Bayramova deyir, icra nümayəndəsi onu təkcə müxalifətçi adlandırmır, həm də bir qadın olaraq ünvanına nalayiq ifadələr işlədir:

“Mən kəndin problemlərinin aradan qaldırılmasını tələb edirəm, o isə orda-burda arxamca ünvanıma nalayiq, əxlaqsız ifadələr işlədir. Kiçik kənddir, ağızdan bir söz çıxanda beş dəqiqəyə yayılır. Mən tək anayam, üç övlad böyüdürəm, qızım ali məktəbdə təhsil alır, digər övladlarımı da oxudub bir tərəfə çıxarmağa çalışıram. Bu adamsa sağda-solda ünvanıma demədiyi söz buraxmır. Gəlib xəstə atamın qulağına çatır, vəziyyəti pisləşir. Oğlanlarım böyüyür, qız anasıyam, onun nə ixtiyarı var ki, mənim barəmdə olmazın əxlaqsız sözlər danışsın? Dəfələrlə polisə də müraciət etmişəm, bu aralar yenə təkrar müraciət etmişəm, prokurorluğa da yazmışam. İcra nümayəndəsi məni o həddə çatdırıb ki, az qalıram özümü öldürüm”.

Qadının sözlərinə görə, bu yaxınlarda o, yenə kəndin ictimai nəqliyyat problemini dilə gətirib. Növbəti dəfə icra nümayəndəsi tərəfindən təhqirə məruz qalıb:

“Kəndimizə avtobus işləmir. Oğlum Xudat şəhərindəki məktəbdə təhsil alır. Gedib-gəlmək çox çətindir. Buna görə də rayon icra nümayəndəsi Fuad Şahbazovdan xahiş etmişəm ki, kəndə marşrut xətti açılsın. Müəllimlərin və kənd camaatının adından müraciət etmişəm. Fuad müəllim də mənə normal şəkildə cavab verdi, bildirdi ki, sakinlərlə səyyar görüş keçiriləcək, orada bu təklif müzakirə olunacaq, rayon rəhbərliyi çalışacaq ki, kəndin ictimai nəqliyyat problemi həll etsin. Bu məsələ icra nümayəndəsini özündən çıxarıb”.

Bayramovanın sözlərinə görə, kənddə kiçik tutumlu avtobusu olan bir nəfər var, icra nümayəndəsinə yaxın adamdır. Bekar vaxtlarında – əlavə məşğuliyyət kimi kənd sakinlərinə avtobus xidməti göstərir. Bu isə kənd sakinlərini qane etmir:

“Bizə daimi və dəqiq rejimlə xidmət göstərən ictimai nəqliyyat lazımdır, kiminsə kefiylə avtobus sürən yox… Mənim məktəbli oğlum niyə kefinə düşəndə avtobusunu xəttə çıxaran, kefinə düşməyəndə evdə yatan birindən ötrü küçələrdə, yollarda qalmalıdır? Müraciətim həm o avtobus sahibinin, həm də icra nümayəndəsinin xoşuna gəlməyib. İcra nümayəndəsi minib avtobusa, orada da sərnişin kənd camaatı olub. Ünvanıma çox ağır söyüşlər söyüb, deyib ki, yenə ora-bura yazır, avtobus tələb edir, sürücü də qoşulub ona, ünvanıma, şəxsimə nalayiq ifadələr işlədib. Avtobusda şagirdlərim də olub. Onlar bunu evdə öz valideynlərinə, valideynləri isə mənə dedi. İcra nümayəndəsi bu hərəkətləriylə mənim şagirdlərimin yanında özgüvənimi sarsıtmağa, məni aşağılamağa çalışır. Bu isə artıq dediyim kimi, məni intihar həddinə çatdırıb”.

Ülkər Bayramova deyir ki, aidiyyəti qurumlar şikayətinə baxmazsa, kəndin icra nümayəndəsi tərəfindən şagirdləri və valideynlər yanında qəsdən aşağılanan, təhqir olunan bir müəllimə kimi Prezidentə müraciət edəcək.

Meydan TV Rəşad Hacıbalayevlə də əlaqə saxlayıb. İcra nümayəndəsi müəllimənin ona böhtan atdığını deyir:

“Bu yaxınlarda mənə “Whatsapp” üzərindən kənddə yol kənarında texnikaların dayanmasıyla bağlı mesaj göndərmişdi. Özü də elə tonla tələb edirdi ki, “sənə deməmişəm filankəs orda texnika saxlamasın?” O filankəs də bunun keçmiş ərinin əmisi oğludur. Deyirəm, ay xanım, bu, adamın kənd təsərrüfatı texnikasıdır, lapetdir, otbiçəndir, kotandır. Adam qapısında saxlayıb. Ona necə deyə bilərəm ki, apar texnikanı başqa yerdə saxla?”.

“Demişəm, get, o yolun xəritəsi bələdiyyədədir, xəritədəki piyada yolunu tutursa, o başqa məsələ. O iş qaldı yarımçıq… İkinci məsələ də kəndin avtobus məsələsidir. İdrisoba, Fərzəlioba kəndlərinə avtobus işləyir. Şıxzaman adlı kişinin avtobusudur, yaxşı işləyir, hamı da razılıq edir. Gündə iki reys məktəb uşaqlarını və müəllimləri daşıyır. 10-12 gün əvvəl yolda saxlamışam, minmişəm, kənd adamlarından soruşmuşam ki, bir narazılığınız var, yoxdu? Razılıq ediblər. Orada heç bunun adı çəkilməyib. Kimsə gedib yalandan deyib ki, guya sürücüylə mən ünvanına söyüş söymüşük”, – icra nümayəndəsi bildirib.

Rəşad Hacıbalayev deyir, Ülkər Bayramovanın polisə, prokurorluğa etdiyi şikayətlərlə əlaqədar dəvət olunub və izahat yazıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru