Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                     Əbədi dostluq? .....                     “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? .....                     ABŞ və Çin ticarət sazişi bağlayır .....                     "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..." .....                     Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb .....                     “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                 

Respublika Xəstəxanasından rüşvət görüntüləri - XƏSTƏLƏR VƏ XƏSTƏ YAXINLARI NECƏ “SOYULUR”...
Tarix: 6-12-2024, 01:27 | Çap et
Respublika Xəstəxanasından rüşvət görüntüləri
Bu günlərdə M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının, təmirə dayandığı üçün, müvəqqəti olaraq Bilgəhə köçürüldüyü haqda məlumat verildi. Əlbəttə, vətəndaşların daha çox müraciət etdiyi dövlət xəstəxanalarının yüksək səviyyədə təmir olunması arzuolunan haldır. Lakin təəssüflə qeyd etməliyik ki, dövlət büdcəsindən bu məqsədlə ayrılan təmir xərcləri bəzi hallarda vətəndaşların cibindən çıxarılır. Söhbət ondan gedir ki, bu kimi xəstəxanalar təmir olunduqdan sonra “daha yüksək” xidmət adı altında “xidmət haqqı” və rüşvətin qiyməti dəfələrlə artırılır.

Çox güman ki, haqqında bəhs etdiyimiz Respublika Kliniki Xəstəxanasında da təmirdən sonra analoji vəziyyətlə qarşılaşacağıq. Çünki bu xəstəxanada pasiyentlərin “soyulması” halları yeni deyil.

Dəyərli oxucuların diqqətinə çatdıraq ki, bugünlərdə yaxın qohumumun xəstəliyi ilə əlaqədar tez-tez Respublika Kliniki Xəstəxanasına getməli, demək olar ki, hər gün ona baş çəkməli oldum. Çox təəssüflə qeyd edirəm ki, bu xəstəxanaya getdiyim təxminən bir həftə ərzində demək olar, hər gün insanlara açıq-aşkar zülm edildiyinin canlı şahidiyəm. Belə ki, dövlət büdcəsindən maliyyələşən bu xəstəxanada istər müalicə, istər də əməliyyat olunan insanlar, eləcə də onların yaxınları açıq-aşkar “soyulur”, hər addımbaşı külli miqdarda rüşvət verməyə məcbur edilirlər.

Ən maraqlısı isə odur ki, bu xəstəxanada rüşvət vermədən nəinki xəstələrlə görüşmək mümkündür, hətta onlara ərzaq, geyim əşyaları belə, göndərmək pulludur. Xüsusilə də hansısa səbəbdən qeyri-görüş saatlarında xəstə yaxınına baş çəkməli olsan, səni onunla görüşdürmək bir yana, hətta ona gətirdiyin əşyaları, yeməyi belə, ünvanına çatdırmağa imkan vermirlər. Yaxud da həmin əşyalar vaxtında deyil, saatlar sonra xəstəyə çatdırılır. Yox, özün şəxsən aparıb vermək istəyirsənsə, mütləq ya mühafizəçiyə, ya da tibb bacısına 10 manat ödəniş etməlisən. Əgər vətəndaş öz xəstə yaxını ilə “növbədənkənar” görüşmək istəsə, bunun üçün mütləq əlavə 10 manat da ödəməlidir. Bu halda, ərzaq və digər əşyaların xəstəyə çatdırılması üçün də əlavə 5 manat tələb olunur.

Çox təəssüflə qeyd edirik ki, Respublika Kliniki Xəstəxanasında bu cür “rüşvəttoplama əməliyyatı” kimsədən çəkinmədən, hər kəsin gözü önündə, üstəlik də nəzarət kamerasının düz qarşısında aparılır. Hətta nağd pulu olmayan vətəndaşlar mühafizəçinin, yaxud tibb bacısının bank kartına köçürmə edə də bilirlər.

Əlbəttə, bu xərclər yalnız gün ərzində 1 dəfə daxil olmaq üçündür. Yəni gün ərzində ikinci dəfə içəri keçmək istəyərkən, daha 10 manat vermək məcburiyyətindəsən. Maddi imkanı, yaxud içəridə tanışı olmayanlar, heç bir halda öz yaxınları ilə görüşə bilməzlər.

Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, günün müəyyən vaxtlarında xəstələrlə görüş saatı müəyyən olunsa da, bu, formal xarakter daşıyır. Çünki, fakiktiki olaraq 10 manat ödəniş etmədən içəri keçmək heç bir halda mümkün olmur.

Təbii ki, daha böyük biabırçılıq içəridə baş verir. Burada hətta sığorta ilə əməliyyat olunan vətəndaşlar belə, həkimə, tibb bacılarına, sanitar xidmətin əməkdaşına gündəlik pul ödəmək məcburiyyətindədir. Əks halda nə həkim, nə də tibb bacısı vaxtı- vaxtında xidmət göstərmir, iynə-dərmanlar belə vaxtında verilmir.

Dediklərimizin sübutu üçün burada baş verən bir faktı da dəyərli oxucuların diqqətinə çatdıraq. Xəstə yaxınımıza baş çəkən zaman onunla qonşu palatada müalicə alan bir şəxsin gecələr qışqırdığı haqqında məlumat əldə etdim. Aydın oldu ki, biçaqlandığı üçün xəstəxanaya müraciət bu şəxs ağır psixoloji sarsıntı keçirdiyindən, orada hər gün səs-küy salırmış. Halbuki, bu kimi xəstələrə vaxtı-vaxtında ağrıkəsici vurulmalıdır. Lakin onunla birgə olan anasının həkimlərə, tibb bacılarına pul vermək imkanı olmadığından, övladına ağrıkəsici vurulmurmuş. Anası həkimdən oğluna ağrıkəsici vurulmasını xahiş etdikdə, “bizdə iynələr sayla verilir, başqasının iynəsini sənin oğluna vura bilmərəm”, - deyə imtina edilib. Sonradan qadın pul verdiyi üçün xəstəyə yardım olunub və iynə ilə sakitləşdirilib.

Onu da qeyd edək ki, baş həkim zaman-zaman xəstələrə gəlib baş çəkdiyi zaman onlara həkim və tibb bacılarına rüşvət verdikləri haqqında heç yerdə heç nə deməmələri ilə bağlı xahiş edirmiş. Bütün bunlar isə onu deməyə əsas verir ki, Respublika Kliniki Xəstəxanasında aşağıdan yuxarıya hər kəs burada mövcud olan “rüşvət pramidası”nın içərisindədir. Bu sxem elə qurulub ki, hətta icbari sığorta ilə xəstəxanaya müraciət edən pasiyentlər belə, gündəlik verəcəyi rüşvəti öncədən ayırıb kənara qoymalıdırlar. Əks halda heç bir tibbi xidmətdən söhbət gedə bilməz.

Göründüyü kimi, Respublika Kliniki Xəstəxanasının təmirə dayanması bir tərəfdən yaxşı hal olsa da, digər tərəfdən burada rüşvətin “taskı”sının qalxmayacağına kimsə zəmanət verə bilməz. Odur ki, vətəndaşlara layiqli tibbi xidmət göstərmək üçün bərbəzəkli xəstəxanalar tikmək əvəzinə, mövcüd olan potensialdan daha səmərəli faydalanmaq, ən əsası isə pasiyentlərə insan kimi yanaşmaq lazımdır. Bu olmayacağı təqdirdə, xəstəxanaların təmirinə, yenilərinin tikintisinə milyonlarla manat ayırmaq mənasızdır.

Hurriyyet.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru