"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                     Əbədi dostluq? .....                     “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? .....                     ABŞ və Çin ticarət sazişi bağlayır .....                     "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..." .....                     Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb .....                     “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                 

“Naziri tərəfindən müdafiə olunmayan, əzilən, alçaldılan müəllimə, sözsüz, hücum etmək də asandır...”
Tarix: 7-01-2025, 10:23 | Çap et
“Naziri tərəfindən müdafiə olunmayan, əzilən, alçaldılan müəllimə, sözsüz, hücum etmək də asandır...”
Müəllimə Aygün Sadıq facebook səhifəsində təhsilimizin problemlərindən həm ürək yanğısı, həm də çox böyük cəsarətlə yazdığı “Bizə dəstək olun, hörmətli insanlar!” adlı yazısını elə mən də ürək ağrısı ilə oxudum. Yazını oxuduqca dəhşətə gəlirsən ki, təhsilimiz belə biabırçı bir vəziyyətlə hara gedir? Təhsilimizi belə rəzil günə salanların, müəllimi isə valideyn qarşısında belə başıaşağı edənlərin, nəticədə şagirdləri təhsildən uzaqlaşdıraraq, savadsız bir nəslin böyüməsində maraqlı olanların məqsədi nədir? Bu sualın cavabını Təhsilimizin başında oturanlar bilər...

Beləliklə, qərara gəldim ki, Aygün xanımın ürık ağrısı ilə qələmə aldığı yazısını və mənim də ona şərhimi olduğu kimi istəkli oxucularımızın diqqətinə çatdırım. Axı bu ağrılı problem Aygün müəllimənin şəxsi problemi deyil. Əgər “Gənclər bizim gələcəyimizdir” deyiriksə, o gənclərin bu günkü taleyinə biganə qalmağa mənəvi haqqımız yoxdur. İnanıram ki, çox hörmərli və vətənpərvər Aygün müəllimənin bu haqlı harayı cavabsız qalmayacaq.

***

Müəllim yazır:

-Çox şey görmüşəm 17 ildə. Nə yaxşı ki, əsəblərim dəmirdəndir və peşə fəaliyyətində məni hirsləndirmək mümkünsüzdür: istənilən hücum zamanı təbəssüm və təmkinimi qorumuşam. Hətta səsimin tonu o qədər asta olub ki, ucadan danışmaq rica edilib. Amma bunu etməmişəm. Bilirəm ki, hazırlıqlı gəlirlər: diktofon, gizli kamera... İndiyə qədər müəllim qala bilmisənsə, bir qism valideynlər səni yıxmayıblarsa, deməli, əsəbini idarə edə bilirsən. Çünki bunun imtahanını vermişik. Yadınızdadırsa, müsahibə öncəsi demişdim: nədən kəssələr də, psixologiyadan kəsə bilməyəcəklər, çünki onu ixtisasımla bərabər şəkildə, bəlkə də, ondan da çox inkişaf etdirir, yürüdürəm.

***

Təhsilə nə olub?-belə deyirlər... Batıb? Hələ bundan da pis olacaq. Nə qədər ki, səlahiyyətləri aldılar əlimizdən və valideynlərə verdilər, nə qədər ki, təhsili valideynlər idarə edir, bundan betər olacaq. Uşağa söz demək olur? Yazıq müəllim qarışır, üstünə hücum çəkirlər, qarışmır, onda da deyirlər "müəllim hara baxır?". Azzara baxır, dərdə baxır! İmkan verirsiniz ki, tərbiyə edək? Uşağınızı evdə eşşək kimi çırpır, qeyri-etik ifadələrlə böyüdür, amma məktəbdə bir az danlasaq, şığıyıb cumursunuz müəllimi döyməyə! Evdə kobudcasına hüquqları pozulan uşağın hüquqları nədənsə məktəbdə yada düşür.

Mənim işlədiyim yerdə həftədə biri gəlir üstümüzə, sanki avtoritetdir, “reket”dir. Uşağın yanında evdə müəllimin əleyhinə danışıqlar gedir. Məktəbdə də döyməyə gələndə uşaqların yanında, göz önündə edirlər təhqiri. Uşağı öyrədib göndərirlər, “onu de, bunu de, qorxma, arxandayam, qızışdır onu, çalış vursun, qalanını özün düz-qoş elə, iz qalsın, videoya çək, tamamdır”.

Elə bil xalq düşmənidir müəllim. Bu insanlarda, uşağına savad öyrədənə qarşı bu qədər kin, bu qədər aqressiya, bu qədər nifrət hardandır?

Sual verirəm: bu hücumun səbəbi nədir? Cahillərə bu cəsarəti verən nədir? Özüm də cavab verirəm: arxasızlıq, yiyəsizlik. Naziri tərəfindən müdafiə olunmayan, əzilən, alçaldılan müəllimə, sözsüz, hücum etmək də asandır. Bizi o qədər qeyri-ciddi görürlər ki, heç klinikamız belə yoxdur: Onun-bunun klinikalarında o bu üstümüzə çımxıra-çımxıra, hamı itələyə-itələyə, məzlumcasına növbə gözləyə-gözləyə qalırıq. Bir çox qurumların ayrıca klinikaları var. Bəs niyə Təhsil Nazirliyinin və bu qədər müəllim ordusunun ayrıca kilinikası, hospitalı olmasın?

***

Çox çətindir müəllim olmaq. Hər hərfini, hər vergülünü gözləyirlər ki, şərləsinlər. Hər an hər şey edə bilərlər və adekvat davranmaqdan adam yorulur. Valideyni çağırırsan ki, uşağın dərsinə gəl, otur; gəlməz. Evdən durub əmr, ultimatum göndərər: "Onu elə etmə, belə et, dərsi bu cür keçmə, mən istəmirəm. “Vapşe” sən dərs keçmə mənim uşağıma! İttəmiləm".

Tapşırıq verirsən, valideyn qorxusundan qalırsan belə. Çox tapşırıq verəndə də cumur, az verəndə də cumur. Eyni adam!

Deyir, uşağın gündəliyinə qiyməti niyə rəqəmlə yazmırsan? İzah edirəm ki, başa düşürəm, hər kəs uşağının gündəliyində konkret rəqəm görmək istəyər və bu, bizə də asandır, qiymətləndirmə vaxt aparmır; amma rəqəmlə yazmağa icazəmiz yoxdur, ən mənfi nəticəni belə, müsbətə yönəlik və konkret cümlə şəklində, inkar şəkilçisi işlətmədən yazmağımız lazımdır, qayda belədir. Yola gəlmir. Qalırıq təlimatlarla valideyn arasında. Onun istədiyini etsək, qanunu pozmuş oluruq, etməsək, vəssalam, hücum.

Dərsi sovet üsulunda tələb edir, buna isə ixtiyarımız yox; onların əmrinə əməl etməyəndə ərli-arvadlı hücum başlayır. Dərsində oturmağa gəlmirlər. Amma əmr verməyə biri bəs etmir, acıq verir kimi ər-arvad bir yerdə gəlirlər üstümüzə. Yəni, "sən tək qadınsan, biz cüt, mutlu, nə edə bilərsən bizə?!". Bunun psixoloji tərəfini kim düşünəcək? Heç kim!...

Bəli, valideyn aşkar şəkildə müdaxilə edir işimizə. Onlar, çağıranda gəlmir, iclasa ən lazımlı valideynlər gəlmir, gələndə uşağının dərsi ilə maraqlanmağa yox, bizdə səhv axtarmağa, bizlə döyüşməyə, vuruşmağa gəlirlər.

***

Cəmiyyət müəlliminə dəyər verilən gün dirçələcək. Bizə fərqi yoxdur, həqarətlərə, hücumlara, böhtana öyrəncəliyik. Biz öz işimizi vicdanla görürük. Məhv olan sizsiniz, sizin gələcəyinizdir, sizin həyatınızdır, sizin cəmiyyətdir.

***

P.S. Özü də ki, gizli baxmaqdansa, bir fayda verməyə çalışın. Biz terrorçu deyilik ki, güdəsiniz. Uşağınızı bilmədən, tanımadan, tərəddüdsüz əmanət etdiyiniz yeganə insanlarıq... Biz müsbətə yönəlik insanlarıq. İşimiz zərər vermək yox, təlim vermək, təhsil verməkdir. Sadə vətəndaşlar bizi dəstəkləsə, inanın, çox şey dəyişər. Bizə dəstək olun, hörmətli insanlar! Biz ayın sonunda maaşı gözləyib pul üçün yaşayan biriləri deyilik, ən aşağı maaşla keçib gəncliyimiz, amma heç dəyişmədik. Uşağınız qəbul olunanda maaşımız artmır, "2" yazanda maaşımız azalmır; uşağınız aşağı qiymət alanda düşməncəsinə sevinmirik, əksinə, onlar qədər üzülürük; uşağınız işə girəndə, o qazanıb biz yeməyəcəyik, onların mənfəətindən bəhrələnən siz olacaqsınız. Bizə dəstək olun, hörmətli insanlar!

***

Hörmətli Aygün xanım, bütün bu yazdıqlarınızı oxuyandan sonra qərara gəldim ki, siz bu dünyada əsl cəhənnəm əzabı yaşayırsınız. 2015-ci ildən mənim məktəbli övladım yoxdur. Yazdıqlarınızı oxuyandan sonra isə, dəhşətə gəldim ki, yəni doğrudanmı müqəddəs saydığımız müəllim peşəsini və müəllimi bu qədər alçaltmaq olar? Bunun səbəbini də çox gözəl göstərmisiniz.Yəni, arxanızda duran yoxdur...

Aygün xanım, İtalyan yazıçısı və rəssamı Covanni Bokkaçonun belə bir kəlamı var: "Dərdli adama acımaq, təsəlli vermək, insana aid xüsusiyyətdir. Lakin biz onu o adamlardan gözləyirik ki, onun özünün də nə vaxtsa təsəlliyə ehtiyacı olmuş olsun".

Hörmətli Aygün xanım, Emin Əmrullayev də daxil olmaqla, son illər təhsilə rəhbərlik edən hansı nazir əlinə jurnal alıb, bircə dəfə də olsun sinfə girərək, heç olmasa 45 dəqiqə dərs deyib? Misir müəllimdən başqa heç biri... Bununla demək istəmirəm ki, Misir Mərdanov yaxşı nazir idi. Hər-halda müəllim işləmişdi. Amma təhsilimizi və şagirdləri kor qoyan, bu günə qədər də mahiyyətini hələ heç kimin dəqiq bilmədiyi kurrikulumu təhsilimizə sırıyan da M.Mərdanov idi... Nə isə...

Bəli, əlinə jurnal alıb sinfə girməyən nazir, müəllimin nə çəkdiyini hardan bilsin? Bir nazir deyirsə ki, (Emin Əmrullayev) "Bizim dövrümüzdə də məktəbdə uşaqlardan pul yığılırdı", onda, əlbəttə, valideyn müəllimin yaxasından tutub silkələyəcək də... Nazir bununla məktəbin təhsil ocağı statusundan çıxıb, bazara dönməsinə şərait yaratmırmı? Bazarda da ki, hər şey sizin yazdığınız kimi olur. Yəni, ara qarışır, məzhəb itir... İndiki arxasız, dayaqsız, amalı, məqsədi millətin balalarına elm, savad öyrətmək olan sizin kimi vicdanlı müəllimlərə lap yazığım gəldi. Keçmişdə valideyn uşağını məktəbə verəndə müəllimə deyirdi ki, "əti sənin, sümüyü mənim". Bununla da demək istəyirdi ki, uşağa nə edirsən, et, təki dərs-savad öyrənsin. İndi isə valideyn uşağına görə az qala müəllimin ətini yeyir... Əcəb epoxaya düşmüşük...

Biz gələcəyimizi bəs kimə etibar edək? Savadsız bir zümrə böyüyür axı. Qocaman müəllimlər, həkimlər, mühəndislər və s. dünyasını dəyişəndən sonra, onları kim əvəz edəcək? Bunu qətiyyən düşünən yoxdur... Nə isə...

Aygün xanım, yazdıqlarınız vətənini, dövlətini sevən, vətənpərvər bir xanımın harayıdır, SOS siqnalıdır. Bu haray qurğuşun tökülmuş qulaqlara çatacaqmı? Çətin! Qalır sizin halınıza acımaq. Təhsilin problemlərini o qədər incəliyinə kimi yazmısanız ki, əlavə sözə ehtiyac yoxdur... Bircə onu deyə bilərəm ki, Allah sizin kimi, müqəddəs müəllim peşəsinin adını qoruyub saxlayan, bunun üçün hər cür səviyyəsizin sözünü götürməyə məcbur olan, amma yolundan, amalından dönməyən bir müəllimi qorusun. Bəlkə kar qulaqlar nə vaxtsa açıldı və məktəb öz əvvəlki səviyyəsinə qayıtdı. Necə deyərlər, yeməkdən ümid yaxşıdır...

Ustad şairimiz Musa Yaqub ümidlə bağlı belə yazıb:

" Ahıllar iş başında,

Tarlasını becərir.

Aşiqlərin bağında,

Tər çiçəklər cücərir...

Mənimsə heç nəyim yox,

Hər şey ötüb keçəri..

Qapını açıq qoydum,

Ümid girsin içəri".

İndi Aygün xanım, ümid qapısını açıq qoyun... Dünyanın işini bilmək olmaz... Məktəblərdəki bu biabırçı vəziyyət həmişə belə davam edə bilməz. Bir gün təhsilin də yiyəsi olacaq... Mütləq olacaq. Onda sizin kimi vicdanını pula satmayan müəllimlərə xüsusi hörmət olacaq, heykəl qoyulacaq.

Elçin MƏMMƏDLİ - tezadlar.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru