Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                     Əbədi dostluq? .....                     “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? .....                     ABŞ və Çin ticarət sazişi bağlayır .....                     "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..." .....                     Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb .....                     “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                     Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                     Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                     Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi .....                     PKK bu gün özünü ləğv etdiyini elan edə bilər .....                     “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...” .....                 

Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Tarix: 24-01-2025, 06:21 | Çap et
Şəhidin haqqında sərəncam niyə icra olunmur?
Yaşasaydı, 61 yaşı olacaqdı. Amma bu fani dünyada sadəcə 30 il ömür sürə bildi. Bəlkə də indi isti yuvasında uşaqları, nəvələri ilə söhbətləşir, günlərini şadyanalıqla keçirirdi. Amma o, yaşamağı yox, vətəni, torpağı uğrunda qanı, canı bahasına savaşmağı seçdi. Könüllü olaraq müharibəyə yollandı. Və düz 31 il bundan əvvəl şəhidlik zirvəsinə ucaldı...

Söhbət şəhid Bəhmən Abuzər oğlu Abuzərovdan gedir. O, 1964-cü il iyunun 16-da kolxozçu ailəsində dünyaya gəlib. Ailənin 3-cü övladı idi. 1971-1981-ci illərdə Qaravəlli kənd tam orta məktəbində təhsil alıb. 1981-ci ildə təhsilini davam etdirmək üçün Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna - indiki Bakı Slavyan Universitetinə qəbul olunub. Universiteti bitirdikdən sonra doğma kəndinə, özünün bir vaxtlar şagird olduğu məktəbə müəllim kimi dönüb.

Hələ ailə qurmamışdı. Həyatının ən gözəl çağları onu gözləyirdi. Amma o, vətənin başının üstünü qara buludlar alanda şəxsi həyatını bir kənara qoydu. 1993-cü ilin oktyabrında hərbi komissarlıqdan rəsmi icazə alaraq könüllü cəbhəyə yollandı. 1994-cü il yanvarın 26-da Füzuli uğrunda gedən döyüşlərdə Qızılqaya yüksəkliyində qəhrəmancasına şəhid oldu.

Ölümündən 28 il sonra - 5 noyabr 2022-ci ildə Prezident İlham Əliyevin əmri ilə "Azərbaycan Bayrağı'" ordeni ilə təltif edilib.

***

Şəhid Bəhmən Abuzərovun qardaşı Daşqın Abuzərov redaksiyamıza şikayət məktubu ünvanlayıb. O, iddia edir ki, şəhid qardaşına aid məhkəmə qərarı icra olunmur.

Daşqın Abuzərovun sözlərinə görə, İmişli rayon İcra Hakimiyyətinin 03.06.1996- ci il tarixli 83 saylı sərəncamı ilə şəhid Bəhmən Abuzərovun adı İmişli Tarix Diyarşünaslıq Muzeyinə verilməklə əbədiləşdirilmişdir. Lakin sərəncam müəllifinin özü öz sərəncamını yerinə yetirməyib. Şəhid adının əbədiləşdirilməsi proseduru sona çatdırılmayıb. Bu barədə Nazirlər Kabinetinin 15.01.1994 ci il tarixli 10 saylı qərarına əsasən şəhid adının əbədiləşdirilməsi üçün rayon İcra Hakimiyyəti sərəncam imzalayıb, həmin sərəncam əsasında Nazirlər Kabinetinə vəsatət göndərməlidir. Və Nazirlər Kabineti həmin vəsatətə əsasən şəhid adının həmin muzeyə verilməsi haqqında təsdiq qərarı imzalamalıdır. Lakin İmişli rayon İcra Hakimiyyəti imzaladığı sərəncama sahib çıxmayıb və bu proseduru tam başa çatdırmayıb.

Buna görə də şəhidin qardaşı məhkəməyə müraciət edib. Məhkəmə də onun iddiasını təmin edib. İmişli rayon İcra Hakimiyyətinin üzərinə müəyyən öhdəliklər qoymaqla, dövlətin adından 27.07.2021-ci il tarixli 2-1(120) - 796/ 2021 saylı qərarı qəbul edib. Ancaq bu qərar İmişli rayon İcra Hakimiyyəti tərəfindən heç cür icra edilmir.

“Mən sübut üçün Ədliyyə Nazirliyinə rəsmi ərizə ilə müraciət etdim. Şirvan İnzibati Məhkəməsindən və İmişli rayon İcra Hakimiyyətindən fərqli olaraq, Ədliyyə Nazirliyinin müvafiq şöbəsi müraciətimə qısa zamanda, 22.10.2024-ci il tarixində rəsmi cavab göndərmiş və məlum olmuşdur ki, həqiqətən də (120)-796/2021 saylı qərar şöbənin icraatına daxil edilməyib”, - D.Abuzərov bildirib.

Mövzu ilə bağlı Pressklub.az-a danışan “Hərbi And” qəzetinin baş redaktoru, hərbi ekspert Emin Həsənli deyib ki, Azərbaycan Respublikasının qərarları, prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları məcburi qaydada icra edilməlidir. Azərbaycanda şəhid ailələrinə xüsusi ehtiramla yanaşılır, yerli icra hakimiyyəti orqanlarının da borcu və vəzifəsidir ki, müvafiq qərarları yerinə yetirsinlər: “İcra edilmədikdə vətəndaşın bununla bağlı məhkəməyə müraciət etmək haqqı var. Eyni zamanda, aidiyyəti üzrə yuxarı orqanlara da müraciət edilə bilər. Mərkəzi İcra Hakimiyyəti rəhbərlərinin, Prezident Administrasiyasının, köməkçilərinin, şöbə müdirlərinin qəbulları olur. Oraya da müraciət edə bilərlər”.

Qanunlarımız da deyir ki, hər bir vəzifəli şəxs öz səlahiyyətlərindən sui-istifadəyə görə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308, 308.1-ci maddələrinə əsasən, vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi, fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin l və ll hissəsinə görə:

I. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Cinayət Məcəlləsinin 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmək) və 306.1-ci maddəsi (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) tətbiq olunduqda isə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə (306.2-ci maddə) - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Məsələni aydınlaşdırmaq və qarşı tərəfin mövqeyini öyrənmək üçün İmişli rayon İcra Hakimiyyətinin elektron poçtuna yazılı sual göndərsək də cavab ala bilmədik. Ombudsman Aparatından da suallarımıza cavab verilmədi.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru