İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                     Əbədi dostluq? .....                     “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? .....                     ABŞ və Çin ticarət sazişi bağlayır .....                     "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..." .....                     Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb .....                     “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                     Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                 

Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Tarix: 4-02-2025, 09:50 | Çap et
Təhsildə nöqsanlar belə ört-basdır edilir...
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə sektor müdiri vəzifəsindən azad edilib.

"DogruXeber.az"ın məlumatına görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Belə ki, sözügedən rayonlar üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov işdən çıxması ilə bağlı istefa ərizəsi yazıb. Onun ərizəsi qəbul edilib.

Xəyal Məmmədov əslində kimdir !?

Xatırladaq ki, ötən ilin dekabr ayında Goranboy rayon Turab Məmmədov adına Hazırəhmədli kənd orta məktəbinin keçmiş müəllimi Aybəniz Əliyevanın "Kanal14"ün canlı yayımında səsləndirdiyi iddialarla bağlı yazı dərc etmişdik.

Təhsildə nöqsanlar belə ört-basdır edilir...

Xanımın iddiası bundan ibarət idi ki, sözügedən məktəbin təsərrüfat işləri üzrə müdür müavini Neyman Eminov oğlunu təhsil sahəsində işə düzəltmək üçün ondan 9.000 (doqquz min) manat rüşvət alıb, lakin sonra verdiyi vədi yerinə yetirməyib. Belə olan halda əvvəllər dələduzluq maddəsilə cinayətə cəlb olunduğu deyilən Neyman Eminovun barəsində Aybəniz Əliyeva da daxil olmaqla növbəti dələduzluğun qurbanları olan bir qrup şəxs hüquq-mühafizə orqanlarına müraciət etmişdilər.

Aybəniz Əliyevanın sözlərinə görə Neyman Eminov öz ifadəsində qeyd edib ki, o, insanlardan aldığı pulları Təranə Cəbrayılovaya verib.

Qeyd edək ki, Təranə Cəbrayılova Hazırəhmədli kənd orta məktəbinin direktorudur. Onun himayədarının isə Goranboy rayon icra hakimiyyətində yüksək vəzifədə olduğu deyilir.

Əvvəllər məhkum olunmuş Neyman Eminovun yenidən, özü də təhsil sahəsində işə götürülməsində isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin sabiq müdiri - Bakı şəhəri üzrə Təhsil İdarəsinin hazırkı müdir müavini Anar Qədiməliyev və Xəyal Məmmədovun "təşəbbüsü və xüsusi əməyinin" olduğu bildirilirdi.

Aybəniz Əliyeva dəfələrlə "Kanal14" ün canlı yayımında Hazırəhmədli kənd orta məktəbinin direktoru Təranə Cəbrayılova və Xəyal Məmmədovun korrupsioner əməlləri barəsində faktları səsləndirərək, Anar Qədiməliyevin də onları himayə etdiyini vurğuladı, aylardır Elm və Təhsil Nazirliyinə müraciət etməsinə baxmayaraq, bütün müraciətlərinin cavabsız qaldığını və Təranə - Xəyal - Anar "üçbucağı"ının öyrəşdikləri "qaranlıq fəaliyyət"lərini maneəsiz şəkildə davam etdirdiklərini bildirdi.

Xanımın iddiaları əsasında "DogruXeber.az" olaraq biz də tərəfimizdən Elm və Təhsil Nazirliyinə rəsmi sorğular ünvanladıq. Elm və Təhsil Nazirliyi adəti üzrə sorğunu cavabsız qoyaraq, sən demə səssizcə vəziyyətdən çıxış yollarını planlaşdırırmış.

Belə ki, məlumatları yayımladığımızdan qısa müddət sonra keçmiş tələbə yoldaşını işindən azad etməyə, yaxud hər hansı formada cəzalandırmağa qıymayan nazir Emin Əmrullayev barəsindəki şikayətlərdən ilhamlanaraq, Anar Qədiməliyevi gözünün önünə - Bakı şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini vəzifəsinə gətirdi.

Xəyal Məmmədov və Təranə Cəbrayılova ilə bağlı isə heç bir tədbir görülmədi. Görünür, nazir mərhələli şəkildə onları mükafatlandırmağı planlaşdırıb. Bu qədər iddialardan, şikayətlərdən sonra Xəyal Məmmədov bu gün özünün güya istefa ərizəsi ilə işindən azad edilib. Gördüyünüz kimi, yenə də ona "gözün üstə qaşın var" deyən olmayıb. Özü də nə hikmətsə, rayon təhsil sektorunun müdirinin istefa ərizəsini regional təhsil İdarəsinin müdiri deyil, məhz nazirin özü imzalayıb. Heç şübhəsiz ki, qısa müddət sonra Xəyal Məmmədov daha böyük bir vəzifə ilə mükafatlandırılacaq. Hər halda bütün gedişatlar onu göstərir.

Qeyd: Məsələnin daha maraqlı və gülüş doğuran tərəfi budur ki, Xəyal Məmmədovun istefa ərizəsini Emin Əmrullayevin imzaladığını bildirilən rəsmi xəbər yayımlandıqdan bir neçə dəqiqə sonra, həmin xəbər yenilənərək, Xəyal Məmmədovun işində yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırıldığı qeyd olunur.

"Qazanccıl" üçlüyün xanım üzvü - direktor Təranə Cəbrayılovanı hansı mükafat gözləyir onu da gedişatları izləyib görəcəyik.

Yuxarıda sadaladığımız hadisələr və bütün bunlara Emin Əmrullayevin reaksiyası adamda belə bir fikir formalaşdırır ki, adı çəkilən üçlüyün qanunazidd əməllərində onun da öz maraqları var. Maraqları naminə bu cür qanunazidd hərəkətləri ilə dövlətin qanunlarını və dövlətçilik prinsiplərini heçə saymaq isə onu göstərir ki, Emin Əmrullayev və onun komandası öz şəxsi mənafelərini ölkə başçısının bu istiqamətdəki. (korrupsiya və rüşvətxorluğa qarşı mübarizə) siyasətindən üstün hesab edir.

Bunun başqa adı yoxdur...

Korrupsiya demişkən, ən qısa zamanda Abşeron-Xızı Regional Təhsil İdarəsində və idarənin tabeçiliyində olan təhsil müəssisələrində baş verənlər barədə faktları yayımlayacağıq.

Bizi izləməkdə davam edin.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru