TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                     Əbədi dostluq? .....                     “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? .....                     ABŞ və Çin ticarət sazişi bağlayır .....                     "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..." .....                     Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb .....                     “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                     Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                     Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                     Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi .....                     PKK bu gün özünü ləğv etdiyini elan edə bilər .....                     “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...” .....                     Rusiya niyə qələbəni özününküləşdirir? .....                     Ümidlər ƏDV-yə idi, o da azaldı… .....                     Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb .....                     Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur .....                     Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı .....                     “Əliyev parada ona görə getmədi ki...” .....                     "Həmin çəkilişə görə nişanım qayıtdı" .....                     Qələbə yürüşünün iştirakçıları saxlanıldı .....                     Dəli, yoxsa dahi? .....                 

Gömrükdə qanunsuz şirkətlərə qarşı həqiqi mübarizə, yoxsa görüntü? - NƏ BAŞ VERİR?
Tarix: 10-03-2025, 09:19 | Çap et
Gömrükdə qanunsuz şirkətlərə qarşı həqiqi mübarizə, yoxsa görüntü?
Uzun illərdir ölkənin gömrük sistemində qanunsuz fəaliyyət göstərən şirkətlərə qarşı mübarizəyə start verildiyi iddia edilir.

Bizimxeber.az -a daxil olan məlumata görə, Dövlət Gömrük Komitəsi və Azər Məmmədovun rəhbərlik etdiyi İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi uzun illər boyu fəaliyyət göstərən, DSMF ödəmələri etməyən, anbarı olmayan, vergi ödəməyən şirkətlərə qarşı tədbirlər görməyə başlayıb.

Qeyd olunur ki, son günlər gömrükdə bir dəfəlik əməliyyalar üçün yaradılan şirkətlərin, gömrük işindən xəbərsiz olan fiziki şəxslərin adına olan VÖEN-lə gətirilmiş yüklər saxlanılır, onlardan əlavə sənədlər tələb edilir, qanuni tələblərə əməl etmələri istənilir. Eyni zamanda ardıcıl fərqli məlumatlar gəlir və bütün bunlar məqsədin tamamilə başqa olduğunu ortaya qoyur.

Belə ki, illərdir ölkə mətbuatında gömrükdə fəaliyyət göstərən qanunsuz şirkətlərin adı çəkilir və onların əsl sahiblərinin yüksək çinli məmurlar olduğu qeyd olunur. Bu şirkətlər əsl sahiblərinə böyük mənfəətlər qazandırır, dövlət bürcəsinə böyük ziyan vurur, vergidən yayınır və DSMF ödəmələri etmir.
Lakin, belə bir vəziyyətin uzun müddət ərzində necə görməzlikdən gəlindiyi və yalnız indi bu şirkətlərə qarşı mübarizəyə başlanması böyük suallar yaradır.

Nə baş verir? Həqiqətənmi, Gömrük Komitəsi və İdxal-İxrac İdarəsi bu şirkətlərə qarşı mübarizəyə start verib və məqsəd qanuni fəaliyyət göstərən şirkətlərin, sahibkarların önünü açmaqla büdcəyə böyük gəlirlər gətirmək, belə qanunsuz şirkətlərin dövlətə vurduğu ziyanın qarşısını almaqdır? Yoxsa, bu hansısa məqamlara və məqsədlərə hesablanmış, görüntü yaratmaq məqsədilə həyata keçirilən bir addımdır?

Bu addımların əsas məqsədi qanunsuz şirkətlərin fəaliyyətini zərərsizləşdirmək, dövlət büdcəsinə gəlir gətirmək və əsasən Qarabağın dirçəlməsinə töhfə vermək olduğu iddia edilərkən, əslində daha çox süni sıxlıq, narazılıq yaratmağa və nəticədə hansısa maraqları qorumağa çox oxşayır.

Məlumata görə, bu cür tədbirlər vasitəsilə görüntü yaradılaraq, guya ciddi islahatlar həyata keçirilir və "işləyirik, mübarizəyə start verdik" kimi bir imic formalaşdırıla, görüntü yaradıla bilər. Bununla da qanunsuz fəaliyyət göstərən şirkətlərin gələcək fəaliyyətinə bəzi qanuni "don" geyindirilə, fəaliyyətlərini davam etdirmələri üçün müəyyən yollar tapıla bilər. Yəni, nə şiş yansın, nə də kabab... Ümumiyyətlə, bu gün qurumların əksəriyyətində eyni vəziyyət hökm sürür.

Özlərini uzun illərdən bəri qalmış problemləri guya həll edirmişlər kimi göstərmək, fotolar, videolar hazırlamaq... Əsas odur ki, yuxarı instansiyalara "belə hallarla mübarizənin çətin olmasına baxmayaraq, işləyirik, mübarizə aparırıq" görüntüsü yaratmaq və göstərmək...

Buna misal olaraq, illər əvvəl yükdaşımalarda baş verən "VÖEN qalmaqalı"nı göstərmək olar. O zaman da müəyyən qadağalar tətbiq etməklə "narazı sahibkarlar" ordusu yaradılmışdı və nəticə olaraq heç nə dəyişməmişdi. Bir müddət sonra yenə eyni fəaliyyətə davam dedilər.

Bütün bunların fonunda bu yeni addımların da əvvəlki praktikalardan fərqli olmayacağına dair narahatlıqları ortaya çıxarır. Problemlər yerində qalacaq, sadəcə olaraq, onların yerini dəyişdirmək məqsədi ilə yeni yollar tapılacaq?

Məlumatlara görə, guya bu yeni addımların məqsədi, gömrükdə qanunsuz fəaliyyət göstərən şirkətləri aradan qaldırmaqla dövlət büdcəsinə gəlir artırmaq və belə qanunsuz şirkətləri vergilərə cəlb etməkdir.

Lakin, illərdir bu məsələyə qarşı hər hansı ciddi addımlar atılmaması suallar doğurur. Niyə illər ərzində bu məsələlər gözardı olunub və indi bir anda ciddi islahatlar həyata keçirilməyə başlanıb? Əgər bu qədər illər ərzində gömrükdə fəaliyyət göstərən, dövlət büdcəsinə böyük məbləğdə ziyan vuran bu şirkətlər indi gözə çarpırsa, bu, ciddi şübhələrə yol açmırmı?

Gömrükdə fəaliyyət göstərən bu qanunsuz şirkətlərin əsas gəlir mənbələrindən biri də ƏDV maxinasiyalarıdır. Bu şirkətlər müxtəlif yollarla idxal edilən malların dəyərini şişirdir, saxta sənədlər tərtib edir və vergidən yayınırlar. Hətta bəzi hallarda mallar tamamilə kağız üzərində "idxal" edilərək ƏDV-nin qaytarılması mexanizmi vasitəsilə dövlət büdcəsindən milyonlarla manat vəsait çıxarılır. Uzun illər bu sxemlər hər kəsə məlum olsa da, heç bir ciddi tədbir görülməyib.

Gömrük orqanlarının, vergi qurumlarının və digər aidiyyəti dövlət strukturları həqiqətənmi, bu hallardan xəbərsiz olub? Bu, yalnız konkret şəxsləri və ya şirkətləri sıxışdırmaq üçün nəzərdə tutulmuş müvəqqəti bir kampaniyadır, yoxsa həqiqətən də sistemli dəyişikliklərə başlanılıb? Həqiqətənmi, bu qurumlar indi ayılıb ki, bu şirkətlər dövlətə böyük ziyan vurur? Yoxsa bu, sadəcə yeni bir sistemin tətbiqi və köhnə problemlərin üstünü örtmək üçün bir "oyun"dur?

Bu sualların cavabı yaxın gələcəkdə aydın olacaq. Əgər məqsəd qanunsuz fəaliyyətin dayandırılması və vergi ödəmələrinin artmasıdırsa, o zaman bu prosesdə həqiqətən ciddi islahatlar edilməli, arxasında dayanan şəxslər məsuliyyətə cəlb edilməli və sistem kökündən dəyişdirilməlidir.

Bu məsələni diqqətlə izləmək lazımdır, çünki gömrük sistemində qanunsuz fəaliyyət göstərən şirkətlərlə mübarizə yalnız görüntü xatirinədirsə, heç bir real nəticə əldə edilməyəcək. İslahatların gerçəkliyi zamanla daha da aydın olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44
Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Dünən, 12:37
Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Dünən, 12:35
Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Dünən, 12:31
Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Dünən, 12:24
İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Dünən, 12:22
"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Dünən, 12:15
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Dünən, 12:10
Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Dünən, 12:09
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru