Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Siyasət > UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir?
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir?Bu gün, 12:58 |
![]() Azərbaycan Dövlət İqtisad Universitetinin yeməkxanasında divara kart nömrəsi yapışdırılaraq tələbələrdən “kartdan-karta” ödəniş alınması faktı, qanunvericiliyə zidd bir haldır. "DİA-AZ" Patrulaz.az istinadən xəbər verir ki, ölkədə sahibkarlığın əsas tədris mərkəzi hesab olunan bu universitetdə belə kölgə ödəniş sisteminin tətbiqi ictimaiyyət üçün ciddi suallar doğurur. Vergidən yayınmanın açıq nümunəsi olan bu üsul nə nəzarətə tabedir, nə də şəffaflıq prinsiplərinə cavab verir. Rəsmi POS-terminalın əvəzinə kart nömrəsinin divara yapışdırılması, həm də tələbənin hüquqlarının pozulmasıdır. ![]() Əgər bu gün sahibkarlıq dəyərləri öyrədilən yerdə belə qanunsuzluq varsa, sabah həmin tələbələrdən dürüst biznes gözləmək nə dərəcədə realdır? Dövlət İqtisad Universiteti cəmiyyətə şəffaflıq, qanuna hörmət və etik dəyərlər öyrətməli olduğu halda, qeyri-rəsmi pulla dövriyyə aparması ziddiyyət yaradır. Universitet rəhbərliyi bu halı dərhal araşdırmalı, qanuni ödəniş sistemini tətbiq etməlidir. Əks halda, bu vəziyyət həm ali təhsil nüfuzuna, həm də sahibkarlıq mədəniyyətinə zərbədir. Nəzarətsiz və hesabat verilməyən pul dövriyyəsi yalnız yeməkxana deyil, universitetin bütövlükdə idarəetmə sistemində problem olduğunu göstərir. Gənclərin formalaşmasında rol oynayan bu cür strukturlar qanunu pozaraq yox, ona əməl edərək nümunə olmalıdır. Geri qayıt |