Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Ölkə > "Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?"
"Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?"Bu gün, 09:30 |
![]() "SOCAR Mikayıl Cababrovun nəzarətin keçəndən sonra neftçilərin qara günləri başladı. Maaşlar artmadı, yerində saydı, maaşlara olan əlavələr kəsildi. Bu da azmış kimi işçilər kütlə\vi şəkildə ixtisar oldu". Bu barədə "DİA-AZ"a SOCAR-da çalışan işçilər adından edilən müraciətdə deyilir. Müraciət müəllifi daha sonra yazır: "Mikayıl Cabbarov cənab prezidenti aldadır ki, guya ixtisarlar qaçılmazdır və bununla qənaət etmiş olurlar. Amma əslində neftçiləri ixtisar edərək, sıravi işçilərin sayını azaldaraq rəhbər işçilərin - özlərinin maaşlarının ikiqat artımına nail oldular. Hardadır QƏNAƏT? Yəni əliqabarlı işçi iş yerini itirir, yerdə qalan işçilər bir neçə işçinin əvəzindən işləməli olur, amma əvəzində rəhbər işçilər bir neçə nəfərin əvəzindən maaş alır. Bu gün Mikayıl Cabbaorvla Rövşən Nəcəf SOCAR işçilərini bir qarın ac, bir4 qarın tox sisteminə öyrəşdiriblər. Əksəriyyətin krediti var. Maaşları mox yox 10 gün yubadanda kredit faizləri gəlir. Onlar bu on-on beş günlük yubanmadan qazanırlar (şünki iddia olunur ki, maaş fondunu banklara yatırıb, faiz götürürlər), amma götürdüyü krediti vaxtında ödəyə bilməyən işçi məcbudrdur ki, maaşının yerdə qalanını da faizə versin, özü ac qalsın. Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" Geri qayıt |