Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “ÖZÜM DƏ BİLMİRƏM, NECƏ ƏSİR DÜŞDÜM”
Əsas Səhifə > Hadisə > “ÖZÜM DƏ BİLMİRƏM, NECƏ ƏSİR DÜŞDÜM”

“ÖZÜM DƏ BİLMİRƏM, NECƏ ƏSİR DÜŞDÜM”


31-01-2012, 16:52
“ÖZÜM DƏ BİLMİRƏM, NECƏ ƏSİR DÜŞDÜM”

ERMƏNİ ƏSRİLİYİNDƏKİ ƏSGƏRİMİZ MƏKTUB YAZIB

Yanvarın 23-də Ermənistan hərbçiləri tərəfindən Tərtər rayonu ərazisində əsir götürülmüş Azərbaycan hərbçisi Məmmədbağır Axundzadənin ailəsinə göndərdiyi məktubun məzmunu açıqlanıb.

Bu barədə APA-ya əsirin atası Talıb Axundzadə bildirib. Onun sözlərinə görə, Məmmədbağır məktubunda sağ-salamat olduğunu yazıb: “Mən yaxşıyam. Sağ-salamatam. Özüm də bilmirəm, necə əsir düşmüşəm. Qayıtmaq istəyirəm. Çox istəyirəm ki, qayıdım”.

T. Axundzadə bildirib ki, ailəsi də Məmmədbağıra məktub yazaraq, onu gözlədiklərini bildirib: “Ata-anan, bütün qohumlar, qonşular yolunu səbirsizliklə gözləyirik. Allahın köməyi ilə sağ-salamat qayıtmağını istəyirik”.

Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb. Azərbaycan Müdafiə Nazirliyi hərbçinin ermənilər tərəfindən əsir götürülməsi faktını təsdiqləyib.


Geri qayıt