Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > TQDK-DA STRUKTUR İSLAHATLARI
Əsas Səhifə > Cəmiyyət > TQDK-DA STRUKTUR İSLAHATLARI

TQDK-DA STRUKTUR İSLAHATLARI


7-06-2012, 13:52
TQDK-DA STRUKTUR İSLAHATLARI

QURUMUN ƏLAVƏ OLARAQ 3 YENİ STRUKTURU YARADILIB

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının daha 3 regional bölməsi yaradılıb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, hökumət bununla bağlı "Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının regional bölmələrinin yaradılması haqqında" qərarına dəyişiklik edib.

Həmin qərarla Komissiyanın Ağcabədi, Göyçay və Şirvan regional bölmələri yaradılıb.

Bununla əlaqədar olaraq TQDK-nın regional bölmələrinin ştat vahidi 12 ştat vahidi artırılaraq 26-dan 38-ə çatdırılıb.

Qeyd edək ki, bundan əvvəl TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində regional bölmələri fəaliyyət göstərirdi.


Geri qayıt