Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                     Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib .....                     "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub .....                     İmişlidəki qalmaqala deputatdan REAKSİYA .....                     “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir .....                     İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI .....                     Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi .....                     Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib .....                 

MEHDİYEV-ƏHMƏDOV QARŞIDURMASI YENİ MÜSTƏVİDƏ
Tarix: 14-11-2012, 09:34 | Çap et
MEHDİYEV-ƏHMƏDOV QARŞIDURMASI YENİ MÜSTƏVİDƏ
PA ŞEFİ YAP RƏHBƏRLİYİNƏ QARŞI ETİMADSIZLIQ DAVASINA START VERİR

DİA.AZ: - Son zamanlar hakimiyyət daxilində çox ciddi çəkişmələr müşahidə olunmaqdadır. Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yaratdığı videoqalmaqalla daha da alovlanan iç gərginliklər iqtidar düşərgəsində çox ciddi parçalanmaların mövcudluğunu bir daha ortaya çıxarmış oldu. Doğrudur, bu gün ayrı-ayrı iqtidar nümayəndələri «hakimiyyət içində ikitirəlik yoxdur» deyərək iz azdırmağa çalışırlar. Amma ortadakı faktın bu kimi təkziblərlə inkarı və yaxud da ört-basdır edilməsi heç bir formada əhəmiyyət daşıya bilmir.

Yəni bu gün hakimiyyət daxilində çox böyük ziddiyyətlərin və həmçinin zidd mövqedə dayanan qruplaşmaların olması, habelə onların bir-birilərinə qarşı aqressiya nümayiş etdirmələri bir faktdır. Və bu faktı son günlərdə açıqlanan fikirlər, ortaya qoyulan mövqelər daha da çılpaqlaşdırır. Məsələn, Elşad Abdullayevin açıqladığı sənədlərin birindən aydın olurdu ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin arasında bir hüsumatın olması haqqında mətbuatda yazılanlar tam olaraq əsaslıdır. Halbuki dünənə qədər ayrı-ayrı iqtidar dairələri belə bir qovğanın olmadığını və bunu müxalif mətbuatın uydurmaları olduğunu önə sürürdülər. Lakin ABU-nun keçmiş rektorunun açıqladığı sənəddə göstərilirdi ki, Kəmaləddin Heydərovun atası, millət vəkili Fəttah Heydərov oğluna (Kəmaləddin Heydərova) qarşı mətbuatda yazılanların arxasında məhz Ramiz Mehdiyevin dayandığını iddia edir.

Bir sözlə, bu gün hakimiyyət daxilində bir neçə cəbhələşmə var ki, qarşıdan prezident seçkilərinin gəlməsi, seçki günün yaxınlaşması səbəbindən bu münasibət gərginliyi daha da şiddətlənib. Bu bir faktdır ki, hazırda Prezident Administrasiyası az qala bütün arsenalını hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyinə qarşı yönəldib. Bu bir faktdır ki, bu gün hətta məlum proseslərdə kənar bir fiqur kimi diqqətə gələn və əksər hallarda özünün dişsiz, çəkingən mövqeyi ilə seçilən ANS telekanalı və onun əsas danışan dili olan Mirşahin Ağayev belə YAP rəhbərliyini nişangahına çevirmə cəsarətini ortaya qoyur.

Deməli, vəziyyət düşünüldüyündən, təsəvvür olunması mümkündən də gərgindir. Bununla bağlı DİA.AZ-ı bilgiləndirən hökumət içindəki mötəbər mənbə iddia edir ki, bu gün YAP rəhbərliyinin hədəfə alınması heç də təsadüfi deyil: «Mirşahinin hansı dərəcədə və səviyyədə cəsarət sahibi olduğunu hər kəs yaxşı bilir. Və eləcə də ANS-in müstəqillik dozası hər kəsə yaxşı məlumdur. Belə bir şəraitdə Mirşahini ağılsız da adlandırmaq olmaz. Yəni onun kimi birisi boşundan və intuitiv olaraq kiminsə üzərinə yeriməz. Hələ Elşad Abdullayevin yaratdığı videoqalmaqalın ilk günlərində Mirşahin kimin səngərində yer aldığını nümayiş etdirdi. «Yasamal uşağı» deyib müdafiə etdiyi Gülər Əhmədovanın timsalında o, əslində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə xidmətini ortaya qoyurdu».

Bu gün YAP-la PA arasında ciddi fikir ayrılığının və həmçinin ciddi mövqe savaşının getdiyini bildirən mənbəmiz onu da vurğuladı ki, hakim partiyanın rəhbərliyi, xüsusən də YAP sədrinin müavini, YAP-ın icra katibi Əli Əhmədov da dinc dayanmayıb: «Bu gün Ramiz Mehdiyevlə açıq şəkildə döyüşən şəxslərdən biri Əli Əhmədovdur. Mehdiyev neçə aylardır ki, YAP-ın icra katibini nişangahda saxlayır. Hətta ona qarşı bir neçə ay əvvəl bir mətbu kampaniya da start götürmüşdü. Lakin sonradan tərəflər atəşkəs elan etdi. Amma Elşad Abdullayev ajiotajında vəziyyət yenidən qızışdı».

Mənbəmiz bildirir ki, zaman-zaman Ramiz Mehdiyev YAP-a nüfuz etməyə çalışıb: «Bu yöndə PA şefinin fəaliyyəti əvvəldən də müşahidə olunmaqdadır. Neçə ildir ki, YAP-ın rayon təşkilatları müvafiq olaraq yerli rayon icra hakimiyyətlərinin kurasiyalarına təslim edilməkdədir ki, bu işin də arxasında yeganə maraqlı fiqur olaraq Ramiz Mehdiyevin adı çəkilir. PA şefinin təlimatları ilə YAP-ın yerlərdəki təşkilatları uyğun olaraq rayon icra hakimiyyəti başçılarının birinci müavinlərinin kurasiyasına tabe etdirilib. Məlumdur ki, rayonlar ayrı-ayrı məmurlar arasında kuratorluq sistemi ilə paylaşdırılsa da, rayon icra başçılarının birinci müavinləri kimin kuratorluğunda olmasından asılı olmayaraq PA şefinin adamı olub. Məhz bu səbəbdən Ramiz Mehdiyev YAP-ın yerlərdəki təşkilatlarını nəzarəti altına almağa müvəffəq olub».

Bu gün YAP rəhbərliyinə, xüsusən də Əli Əhmədova qarşı məhz bu gücünü işə salmağa hazırlaşan Ramiz Mehdiyevin yeni plan əsasında hərəkətə keçməyə hazırlaşdığını iddia edən mənbəmiz bildirir ki, artıq bir neçə rayon təşkilatı adından bu günlərdə Əli Əhmədova və daha bir neçə tanınmış YAP funksionerinə qarşı etimadsızlığı ifadə edən bəyanatın yayılması gözlənilir: «Ramiz Mehdiyev bu addımı ilə açıq savaşda qətiyyətli mövqedə dayandığını nümayiş etdirmiş olacaq. Artıq bir neçə rayon təşkilatının rəhbərliyi ilə danışıqlar aparılıb və onların YAP rəhbərliyinə qarşı olan bir müraciətə imzası da alınıb. Müraciət birbaşa olaraq YAP sədri - ölkə prezidenti İlham Əliyevə ünvanlanır və elan olunması nəzərdə tutulan müraciət həmçinin hakimiyyətin içdən silkələnməsi ilə müşahidə olunan çox ciddi proseslərə rəvac vermiş olacaq».










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Bu gün, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Bu gün, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Bu gün, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Bu gün, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Bu gün, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Bu gün, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Bu gün, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Bu gün, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Bu gün, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Bu gün, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Bu gün, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Bu gün, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Bu gün, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Bu gün, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Bu gün, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Bu gün, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Bu gün, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Bu gün, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Bu gün, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Bu gün, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Bu gün, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Bu gün, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Bu gün, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Bu gün, 17:27
Generalı nazir əvəzlədi
Bu gün, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Bu gün, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Bu gün, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Bu gün, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Bu gün, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Bu gün, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Bu gün, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Bu gün, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05
60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54
“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52
Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46
"Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru