
“Baxeran Group” şirkənin xüsusilə külli miqdarda vergi borcu yaranıb.
"DİA-AZ" Valyuta.az-a istinadən xəbər verir ki, şirkətin vergi borcu hazırda 1 216 503,37 manat təşkil edir.
“Baxeran Group” vergi sistemində riskli vergi ödəyicisi kimi qeydiyyatdadır.
Şirkət 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Rüstəmov Anar Abbas oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.