Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                     Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib .....                     "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub .....                     İmişlidəki qalmaqala deputatdan REAKSİYA .....                     “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir .....                     İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI .....                     Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi .....                     Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib .....                     Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər .....                     Ermənistanı seçkilər və riskli gələcək gözləyir .....                     “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi .....                     AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub .....                     “İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” .....                     Kürün daşması ehtimalı yüksəkdir: .....                     "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb .....                     AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "İrəvan teatrı niyə unudulub?" .....                     “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” .....                     Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu .....                     Bakıda mozaikaların bərpası davam edir .....                     “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə .....                     “Atəşgah” Sığorta Şirkətində yeni təyinat .....                     "Bu, heç bir qonorar qarşılığında mümkün deyil" .....                 

“AZƏRBAYCAN HAKİMİYYƏTİ QORXUR”
Tarix: 9-12-2011, 15:38 | Çap et
“AZƏRBAYCAN HAKİMİYYƏTİ QORXUR”

«İRANA QARŞI XARİCİ HƏRBİ MÜDAXİLƏNİN ƏLEYHİNƏYİK»

Azərbaycan Xalq Partiyasının lideri, İctimai Palatanın təsisçilərindən olan Pənah Hüseynlə müsahibəni diqqətinizə çatdırırıq.

- Pənah bəy, ilin əvvəlində ərəb ölkələrindəki inqilabların təsiri ilə Azərbaycanda da canlanma, siyasi dəyişikliklərə inam yarandı və böyük əks-səda doğuran kütləvi aksiyalar keçirildi. Lakin hakimiyyətin repressiyalarından sonra bu proses bir qədər səngidi. Mübarizənin birinci mərhələsinin yekunları ilə bağlı nə deyə bilərsiniz?

- Mən məsələnin qoyuluşunun forma və məzmunu ilə razı deyiləm. «Mübarizənin birinci mərhələsi» fikri faktiki və nəzəri baxımdan doğru deyil. Əslində bu mərhələ yeni başlayıb, qlobal mərhələdir və təkcə ərəb ölkələrini əhatə etmir. Diqqət edirsinizsə, bu proseslər Amerika, Qərbi Avropa, Rusiya, Mərkəzi Asiya və başqa regionları əhatə edən bir prosesdir. Bu baxımdan prosesin ilkin fazası barədə danışmaq daha doğru olardı.

O başqa məsələdir ki, proseslər bir sıra ərəb ölkələrində başladı və davam edir. Ona görə də bunun yekunlarından danışmaq tez olardı. Bu geosiyasi baxımdan dünyanın yenidən formalaşdırılması prosesidir. Bunun qloballaşmanın istər demokratikləşmə istiqamətində, istərsə də universal bəşəri dəyərlərin yayılması baxımından ciddi və yeni bir mərhələsi olması da göz önündədir. Bu və ya digər ölkələrdə, xüsusən Azərbaycan miqyasında ölkədə baş verənlərin dinamikası baxımından prosesi dəyərləndirmək, nəticələr çıxarmaq və proqnozlar vermək yanlış olardı.

- Söhbət, əlbəttə ki, Azərbaycanda baş verən proseslərin yekunlarından gedir.

- Hazırda Azərbayanda vəziyyət artıq 2010-cu ilin sonundakı vəziyyətdən keyfiyyətcə fərqlidir. Dünya dəyişdikcə əslində Azərbaycan da dəyişib. Sadəcə bunun siyasi sferaya, institutlara, strukturlara yansıması, cəmiyyətdə real şəkildə təsbit olunması başqa bir məsələdir. Amma fakt odur ki, Azərbaycanda vəziyyət ciddi şəkildə dəyişib. Strategiyalar, anlayışlar, təsəvvürlər əvvəlki deyil. Bu baxımdan Azərbaycan tamamilə fərqli bir Azərbaycandır.

Bir az konkretləşdirsək, mübarizənin kütləvi aksiyalar formasında birinci dalğacı mart-aprel aylarında oldu. Ondan sonra digər mərəhələ - təşkilatlanma, strukturlaşma mərhələsi başlandı və bununla bağlı durğunluq müşahidə olundu. Amma istənilən an prosesin həm də həmin kütləvi aksiyalar formasında başlanması gözləniləndir. Rusiyada bu tendensiyalara qarşı duran əsas qalalardan biri hesab olunur. Ancaq orada seçkilərlə bağlı hansı proseslərin başlanması və Putin erası barədə təsəvvürlərin necə dəyişməsi göz önündədir. Eləcə də İran rejimi, oradakı situasiya da bu tendensiyalar qarşısında bir qaladır. Orada da vəziyyətin hansı şəkildə dəyişməsi göz önündədir. İstər Avropada, istərsə də Amerikada yaranmış sosial etirazları da nəzərdən qaçırmaq olar. Ona görə də bir çox şeylər dəyişəcək. Azərbaycandakı situasiya da dəyişməyə məhkumdur. Bu dəyişmə əlbəttə ki, özü-özünə olmayacaq. Azərbaycanda dəyişikliklər daha geniş coğrafiyada, regionda gedən proseslərin tərkib hissəsidir. Burada situaciya həmişə qlobal və regional proseslərin təsiri ilə müəyyənləşir və indi də belə olacaq.

Eyni zamanda Azərbaycan cəmiyyətində daxili mənbələrdən qaynaqlanan prosesləri görməmək də mümkün deyil. Bunun bir çox əlamətləri ortadadır. Ənənəvi siyasi müxalifətin mövqeyi, etirazaları ilə yanaşı fərqli ziyalı təbəqəsinin mövqeyinin də ortaya gəlməsi, eyni zamanda gənclər hərəkatının həqiqətən müstəqil bir hərakat kimi formalaşmasının müşahidə olunması bunu təsdiq edir. Özü də gənclər hərəkatı siyasi partiyaların gölgəsi, davamı olmayaraq, müstəqil hərəkat kimi görünür. Bundan başqa müstəqil sosial narazılıqların meydana gəlməsi də diqqəti cəlb edir. Belə ki, ilk dəfədir ki, bu il tətillər oldu. İndi də məlum xarici şirkətlə bağlı fəhlələrin tətilini nümunə göstərmək olar ki, bu, yeni bir hadisədir. Belə demək mümkünsə mənəvi müxalifət də (xüsusən də dini etiqad azadlığının məhdudlaşdırılmasına qarşı etirazlar formasında) meydana gəlir. Bu baxımdan iç dinamitlər də mövcuddur. Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, ərəb dünyasındakı proseslər Azərbaycanda da davam edir və hər an açılım aktlarının olması gözləniləndir. Bu konkret hansı həftədə, hansı ayda olacaq kimi məsələlər isə proseslərə qeyri-ciddi yanaşmaq olardı.

- Misirdə, Tunisdə, Liviyada proses yüksələn xətlə inkişaf etdi və məntiqi sonluğuna çatdı. Azərbaycanda isə yaz aylarındakı kütləvi aksiyalardan sonra proses enən xəttlə davam edir.

- Ola bilər ki, sizin proseslərə baxışınız fərqlidir. Azərbaycanı Ermənistan, Gürcüstan, Rusiya ilə müqayisə etmək lazımdır. Məsələn, Ermənistanda da kütləvi aksiyalar keçirilirdi, indi orda da sizin məntiqinizlə düşünsək, bir durğunluq müşahidə olunur. Ancaq əslində burada belə demək mümkünsə, dalğavari proseslər gedir. Kütləvi aksiyaların isə yüksələn dalğası oldu, indi eniş mərhələsidir. Mənim dediyim odur ki, istənilən an yüksələn bir prosesi müşahidə edə bilərik. Mənim fikrimcə, bu cəhətdən 2012-ci il həlledici il olacaq. Hətta 2012-ci ilin payızına qədər biz ciddi prosesləri müşahidə edəcəyimiz barədə danışa bilərik.

- Son vaxtlar İranın Azərbaycana ciddi təzyiqləri müşahidə olunur. Ancaq nədənsə hakimiyyət kimi, əksər müxalifət liderləri də buna qeyri-adekvat reaksiya verir.

- İranın xarici dövlət olaraq da beynəlxalq hüquqa söykənməyən sferalarda təzyiqinin əleyhinəyik. Demokratikləşmə, insan hüquqları məsələləri heç bir ölkənin daxili məsələsi sayılmır. Azərbaycan da bir dövlət olaraq müəyyən beynəlxalq anlaşmaların, müqavilələrin altından imzasını qoyub və bu prinsipləri qəbul edib. Ona görə bizim müxalifət beynəlxalq təşkilatlara müraciət edir və ya ATƏT-in, Avropa Şurasının, BMT-nin bu və ya digər orqanlarına demokratikləşmə və insan haqları ilə bağlı apellyasiya edir. İran tərəfin qaldırdığı bəzi məsələlər beynəlxalq hüquqda qüvvədə olan məsələlərdir və Azərbayanın da tərəf olduğu müqavilərlərdə təsbit olunubdur. Bu məsələləri qaldırmaq əlbəttə ki, daxili məsələlərə qarşımaq kimi deyil. Çünki bəzən biz müşahidə edirik ki, iqtidarın bu və ya digər nümayəndələri, demokratik düşərgə, vətəndaş cəmiyyəti təşkilatları, müxalifətdə olan partiyalar, insan hüquqları və demokratikləşmə ilə bağlı beynəlxalq ictimaiyyətə, təşkilatlara və dövlətlərə apellyasiya edib təsir göstərirlər. Bu, daxili işlərə qarışmaq deyil. Amma o başqa məsələdir ki, hansısa dövlətin beynəlxalq müqavilələrlə uzlaşmayan müdaxilələrinə rast gəlinirsə, əlbəttə ki, hər bir dövlət ona qarşı çıxmalıdır. Bu baxımdan İrandan olan bir sıra müdaxilələr, xüsusən də ayrı-ayrı ruhanilərin fitvaları şəklində müdaxilələr və yaxud İran dövlətindəki yarı rəsmi və yaxud rəsmi KİV-lərin Azərbaycana təzyiq kimi dəyərləndirilə bilən addımları fərqlidir. Əlbəttə ki, bunlar qəbul edilə bilməz. Hakimiyyətdə hansı siyasi qüvvənin olmasından asılı olmayaraq, dövlət və hökumət buna qarşı çıxmalıdır.

Müəyyən reallıqlar var ki, ayrı-ayrı dövlətlər qarşılıqlı münasibətlərdə onları nəzərə almağa məhkumdur. Deyək ki, İranın və Azərbayanın geosiyasi maraqları arasında üst-üstə düşməyən məqamlar, bundan irəli gələn ziddiyyətlər var. Bizim üçün əlbəttə ki, bu məsələlərdə başlıca olan Azərbaycan dövlətinin maraqlarıdır. İranın dövlət orqanlarının, ayrı-ayrı vəzifəli şəxslərinin Azərbaycana hücumları birmənalı şəkildə cəmiyyət tərəfindən qəbul olunmur. Cəmiyyət buna adekvat cavablar tələb edir. Amma hakimiyyətin hansı addımı atıb-atmamasını əlbəttə ki, dövlət orqanları müəyyənləşdirməlidir. Azərbayan vətəndaşlarının hüquqlarının qorunması, onların təhlükəsizliyinin təminatı bu dövlətin başlıca vəzifəsidir. Azərbaycan vətəndaşının hüququ və mənafeləri tapdanırsa, xüsusən də təhlükəsizliyi təhdid altına düşürsə, açıq şəkildə buna qarşı çıxmaq dövlətin borcu, vəzifəsidir. Bu sahədə addımlar atılmırsa, əlbəttə ki, həmin hakimiyyətdən cəmiyyət narazı olur. Bu da hazırda Azərbaycanda müşahidə olunur.

- Hökumətin İranın təzyiqləri qarşısında geri çəkilməsini, qarşı tərəfin təhdid dolu bəyanat və addımlarına cəsarətsiz, çəkingən mövqe bildirməsini nə ilə izah edərdiniz?

- Mənim mövqeyim bir qədər fərqlidir. Mən hakimiyyətin mövqeyini daha çox «ehtiyatlı» sözü ilə ifadə edirdim. Hakimiyyətdə kim olur-olsun, böyük təhlükəyə qarşı əlbəttə ki, ehtiyatlı davranmalıdır. Digər təfərdən, əgər hakimiyyətin legitimliyi xalqdan gəlmirsə, cəmiyyət içində istənilən an həmin hakimiyyətə qarşı müəyyən çıxışlar təşkil etmək, etirazlar yaratmaq mümkündürsə, cəmiyyət və hakimiyyət arasındakı bağlılığa şübhə varsa, təbii ki, onda hakimiyyət ona təhlükə yarada biləcək böyük güclərdən qorxur. Bu baxımdan Azərbaycanda demokratik bir rejimin olmaması əlbəttə ki, bu hökumətin İranla bağlı siyasətinə də, münasibətlərə də, hətta digər ölkələrə münasibətlərinə də təsir edir.

- Bəs, bu təzyiqlərin səbəbləri ilə bağlı nə deyə bilərsiniz? Belə çıxmır ki, artan təzyiqlər fonunda İran Azərbayacandan da təhlükə gözləyir və onu neytrallaşdırmağa çalışır.

- Mən İran mövzusunda hesab edirəm ki, məlumatlı adamlardan biriyəm. Ümumiyyətlə, nə qədər paradoksal görünsə də, İranın Azərbaycana açıq təhdidi və onun əleyhinə çıxışları 93-cü ildən sonra olub. Baxmayaraq ki, Xalq Cəbhəsi hakimiyyətinin İranla münasibətlərində kifayət qədər gərginliklər var idi. Lakin o dövrdə İran tərəfdən Azərbaycana və onun siyasi elitasına daxil olan ayrı-ayrı şəxslərə qarşı açıq təhdidlər və çıxışlar edilmirdi.

- Sizcə, bu, nə ilə bağlı idi?

- Çünki bunun istər İranın daxilində, istərsə də Azərbaycanda hansı reaksiya verəcəyi o dövrdə fərqli idi. Bu baxımdan mən doğru saymıram ki, İranın təhdidləri son dövrlərdə artıb. Bu hakimiyyətin İranla münasibətlərinə baxsaq, son dövrlər baş verənlərin növbəti bir anti-Azərbaycan isteriyası olduğunu görərik. Bunun da bir çox səbəbləri var. Bu, ilk növbədə İrandakı daxili gərginliklə bağlıdır. Qəddafi devrildikdən sonra Qərb dairələri İrana təpgiləri artırıb. İran açıq-aydın müharibə ilə üz-üzədir. Ona görə də təhlükənin gəlməsi güman olunan yerlərə qarşı əks-təzyiqlər olur. İrandan rəsmi səviyyədə nəinki Azərbaycana, hətta son dövrdə heç olmadığı kimi Türkiyəyə də qarşı təhdidlər, çıxışlar olur. Hətta belə çıxışlar da olmuşdu ki, biz Türkiyəni raket hücumuna məruz qoya bilərik və s. Bütün bunlar xarici təpgilərin artmasından irəli gəlir. Digər tərfdən isə İran ölkədə öz mövqelərini möhkəmləndirmək istəyir. Adətən xaricə yönəlik əks-təbliğat, xaricdə düşmən obrazı yaratmaq və onun üzərinə hücum etmək daxildəki gərgin situasiyalardan çıxmaq üçün variantlardan biridir. İranın Azərbaycana hücumu və s. bu kimi məsələləri isə mən real hesab etmirəm. İrana hər hansı hərbi müdaxilənin əleyhinəyəm. Oarada 30 milyon soydaşımız, ümumiyyətlə, millətindən asılı olmayaraq, insanlar yaşayır. Amma hesab edirəm ki, İran indiki üsul-idarə ilə davam etməyəcək.

- Amma görünən odur ki, getdikcə hərbi müdaxilə ehtimalı artır...

ZAHİD – DİA.AZ
(ardı var)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Bu gün, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Bu gün, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Bu gün, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Bu gün, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Bu gün, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Bu gün, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Bu gün, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Bu gün, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Bu gün, 17:27
Generalı nazir əvəzlədi
Bu gün, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Bu gün, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Bu gün, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Bu gün, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Bu gün, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Bu gün, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Bu gün, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Bu gün, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05
60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54
“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52
Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46
"Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35
"İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31
“Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30
Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21
Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14
“Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat - DOSYE
Bu gün, 12:07
"Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Bu gün, 12:05
“Dedi ki, donunu qaldır” - Küçədə qadını zorakılıqdan uşaqlar xilas edib
Bu gün, 12:04
DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR - QƏRAR VERİLDİ
Bu gün, 12:02
“Azon zavodu”nun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:58
Xankəndidə daha bir məktəb açılacaq
Bu gün, 11:55
Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
Bu gün, 11:52
“Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov
Bu gün, 11:47
Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi - DETALLAR
Bu gün, 11:42
Bakıda parkinq böhranı… - “Azparking”in zəbt etdiyi yollar boşaldılacaq
Bu gün, 11:38
Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRACAQ
Bu gün, 11:36
Qanunları pozub cəzasız qalan Samir Mollayev... - BELƏ HARA GEDİR?
Bu gün, 11:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru