Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                     Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib .....                     "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub .....                     İmişlidəki qalmaqala deputatdan REAKSİYA .....                     “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir .....                     İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI .....                     Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi .....                     Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib .....                     Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər .....                     Ermənistanı seçkilər və riskli gələcək gözləyir .....                     “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi .....                     AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub .....                     “İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” .....                     Kürün daşması ehtimalı yüksəkdir: .....                     "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb .....                     AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "İrəvan teatrı niyə unudulub?" .....                     “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” .....                     Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu .....                     Bakıda mozaikaların bərpası davam edir .....                     “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə .....                     “Atəşgah” Sığorta Şirkətində yeni təyinat .....                 

"HAKİMİYYƏT DƏYİŞİKLİKLƏRƏ MƏCBUR GEDƏCƏK"
Tarix: 12-12-2011, 17:20 | Çap et
"HAKİMİYYƏT DƏYİŞİKLİKLƏRƏ MƏCBUR GEDƏCƏK"

“PƏNAH HÜSEYN AŞURA İLƏ BAĞLI TƏKLİF VERƏ BİLMƏZ?”

Azərbaycan Xalq Partiyasının lideri, İctimai Palatanın təsisçilərindən olan Pənah Hüseyn suallarımızı cavablandırıb. Onunla müsahibəni diqqətinizə çatdırırıq.

Davamı

- Amma görünən odur ki, getdikcə İrana hərbi müdaxilə ehtimalı artır.
- 1979-cu ildən bəri İrana hücum barədə danışılır. Hələlik belə bir hücum olmayıb. Mən müharibənin olmasını da arzu etmirəm. Amma böyük dövrləri əhatə edən proqnozlar vermək də doğru deyil. Ümumiyyətlə, dünyadakı hadisələrin dinamikasına baxanda mən yaxın dövr üçün pessimist ssenarinin tərəfdarlarındanam. Qlobal miqyasda gərginlik və ziddiyyətlərin artması, hətta dünya müharibəsi barədə söhbətlərin getməsi sadə bir məsələ deyil.

- İctimai Palata Demokratiyaya yumşaq keçidlə bağlı Yol Xəritəsini təqdim etsə də, hakimiyyət buna əhəmiyyət vermədi. Məntiqlə bundan sonra İctimai Palatanın növbəti addımları sərt olmalı idi. Amma bu addımlar nədənsə yubanır..
- Əslində mən "2012-ci il həlledici il olacaq" həm də hakimiyyətin özünün müəyyən addımlara gedəcəyini nəzərdə tuturam.

- Bu gün biz qəzetlərin təzyiqlər nəticəsində bağlandığını, jurnalistlərin döyüldüyü və həbs edildiyini və s. müşahidə edirik, Siz isə hakimiyyətin islahatlara gedəcəyini deyirsiz...
- Mən hesab edirəm ki, tezliklə hakimiyyətin dəyişikliklərə getməyə məcbur olacağı vəziyyət yaranacaq. Sizin dediyiniz hadisələr diktaturanın müqavimətinin təzahürləridir. Amma biz söhbətimizi əvvəlində də dedik ki, divin canı şüşədə olduğu kimi, bu hakimiyyətin "canı" da belə demək mümkünsə, bir tərədfən İranda, digər tərəfdən Rusiyadadır. Bu sarsıntılar hər an o dəst-xətti dəyişə bilər. Azərbaycan xarici təsirlərə olduqca açıq olan ölkələrdən biridir. Yəni özünün miqyasına, gücünə, resursuna görə özündə dövlət deyil. Ona görə də bu vəziyyəti axıradək belə saxlamaq mümkün olmayacaq. Misirdə hətta bir neçə yüz insanı qətlə yetirmişdilər, baltaçı deyilən dəstələri insanların üstünə tökmüşdülər, atəş də açmışdılar. Axırı nə oldu? Ümumiyyətlə, antidemokratiya bir qayda olaraq islahatlara gecikir. Çünki antidemokratiya çevik, mütəhərrik deyil, onun mahiyyəti və təbiəti önləyici tədbirlər görməyə imkan vermir. Amma prinsipcə istisna etmək olmaz ki, hakimiyyət müəyyən addımlar atsın. Atılmayacaqsa, proseslər kütlələrin təzyiqi və demokratik qüvvələrin daha mütəşəkkil təsiri ilə gedəcək.

- Mübahisələrə səbəb olan və hazırda mətbuatda geniş müzakirə olunan bir məsələ də bir qədər əvvəl bıçaqlanan və xəstəxanada müəmmalı şəkildə dünyasını dəyişən yazıçı Rafiq Tağının xatirəsinin yad edilməməsidir. Bundan dolayı İctimai Palatanın ünvanına çox sərt ittihamlar səsləndi. Bu qurum hətta İranpərəstlikdə suçlandı...
- İctimai Palatanı İranpərəstlikdə günahlandırmaq qərəzlidir. Digər ittihamları da ciddiyə almıram. İctimai Palatının iranpərəst olmadığını sübut etməyi belə artıq hesab edirəm.

- Bəlkə o təklifin niyə qəbul olunmamasına münasibət bildirəsiniz?
- Hansı təklifin?

- Rafiq Tağının xatirəsinin yad edilməsi ilə bağlı təklifin.
- Kimlərsə ayağa durmaq istəmirsə, bu, onların hüququ deyilmi?

- Kimlərinsə ayağa durmaması sonrakı məsələdir. Söhbət iclası aparanların təklifi səsləndirməməsindən gedir.
- Orada heç kim bunun əleyhinə çıxış etməyib. Qalan məsələlər, yayılan xəbərlər bilərəkdən edilir.

- İlqar İbrahimoğlunun həmin təklifin səsləndirilməsini əngəlləməsi də yalandır?
- Bəli, bu məlumat yalan və qərəzlidir. İftiradır. Hacı İlqar Azərbaycan vətəndaş cəmiyyətinin ən görkəmli nümayəndələrindən biri, dini etiqad və vicdan azadlığı məsələsi barədə dünya miqyasında iş aparan QHT-lərdən birinin rəhbəridir. O, İctimai Palatanın son sessiyasında istənilən şəxsin, o cümlədən Rafiq Tağının qətlinin qəbuledilməz və birmənalı şəkildə pislənilməli olduğunu, məhkəməsiz hər hansı bir şəxsin cəzalandırılmasını düzgün saymadığını bildirdi. Hacı İlqar Palatanın həmin gün təqdim etdiyi ictimai-siyasi vəziyyət haqqındakı qətnaməsində ayrıaca bir bəndin Rafiq Tağının qətli ilə bağlı olduğunu da diqqətə çatdırdı. Eyni zamanda bundan əvvəl İctimai Palatanın Koordinasiya Şurasının Rafiq Tağının qətli ilə bağlı iki dəfə xüsusi sənədlə çıxış etdiyini dedi və əvvəlki iclasda ayağa qalxmaqla Rafiq Tağının xatirəsinin yad olunduğunu xatırlatdı. O, eyni zamanda göstərdi ki, bəziləri qəsdən Rafiq Tağının qətlindən sui-istifadə edərək, İslam dininə, inanclı kəsimə qarşı hücuma keçir ki, bu da yolverilməzdir. Siyasi, dini mənsubiyyətindən, Rafiq Tağıya münasibətindən asılı olmayaraq, oradakıların yüzdə doxsanı bu fikirləri dəstəklədi. Yəni orada Hacı İlqarın hər hansı fərqli mövqeyi olmayıb. Bu məsələ tam demokratik bir şəraitdə müzakirə olunub. Həmin sessiyada iştirak etməyən insanlar isə səs-küy salırlar. Onların məqsədi, Rafiq Tağı deyil, inanclı, milli düşünəli insanlara. özlərindən fərqli düşünənlərə qarşı qarayaxma kampaniyası aparmaqdır. Bunun da heç bir nəticəsi olmayacaq.
O fikirləri deyənlər çayxanalarda oturmayıb gəlib orada təklif edər, özləri də ayağa durardı, onda oradakılar da hörmət və ya məclisin etikasına uyğun olaraq, həmrəylik bildirib ayağa qalxacaqdı, kim də istəməyəcəkdi, qalxmayacaqdı. İclasa gələməyərək çayxanalarda oturub bu mövzuda söz güləşdirmək ayrı bir məsələdir. Arqument gətirmək əvəzinə arxada söyüş söymək, ədəbsiz ifadələr işlətmək o adamların səviyyəsini nümayiş etdirir. Onlar özünü ifşa ilə məşğuldurlar.

- Yeri gəlmişkən, dünyəvi dövlət tərəfdarları Qərbə inteqrasiyanı təqdir edən İctimai Palatada sizin Aşura gününün qeyri-iş günü elan olunması ilə bağlı təklif səsləndirməyinizi di ciddi tənqid edirlər.
- Əvvəla "İctimai Palata Qərbə inteqrasiyanın tərəfdarı kimi çıxış edir" demək doğru deyil.

- Niyə doğru deyil, hamınız elə deyirsiz də. Hətta İctimai Palatanın Qərbə inteqrasiyanı öz üzərinə götiürməsi barədə müzakirələr də aparırsız.
- Biz Qərbə deyil, universal, demokratik, çağdaş, bəşəri ideyalara və dəyərlərə intqerasiyanın tərəfdarıyıq. Əgər bu dəyərlər şərqdən, cənubdan və ya şimaldan da gəlsə, bunu fərqi yoxdur. Bu gün dediyimiz ideyalar daha çox və aktiv şəkildə Qərb ölkələrinin təcrübəsində təcəlla edirsə, bu, onunla bağlıdır. Yəni bu hansısa coğrafi istiqamətlə bağlı məsələ deyil. İkincisi, mən iddia edirəm ki, dünyəvi dövlət tərəfdarları dediyiniz adamlar dünyəvi dövlətin nə olduğunu bilmirlər. Düşüncələrində hansısa sxematik, dünyəvi dövlət adı altında nəyisə nəzərdə tutur və deyirlər ki, filan məsələni qəbul etmirik. Belə çıxır ki, məsələn, Pənah Hüseyn, Türkiyədə böyük bir kəsim dünyəvi dövlət tərəfdarı deyil. Bu, yanlışdır. Əgər bunu bilərəkdən deyirlərsə, onda bu, qərəz və böhtandır. Azərbaycanda mütləq əksəriyyət, o cümlədən mən və mənim kimi düşünənlər dünyəvi dövlət tərəfdarıdır. Bu, Azərbayan Konstitusiyası, eləcə də bizim üzv olduğumuz partiyaların Nizamnaməsində əks olunub və onu nəzərdə tutur ki, dövlət dindən ayrı olmalıdır, dövlət hüquq dövləti olmalıdır. Bu hüquq dinə mənsubiyyətindən asılı olmayaraq, hamı üçün bərabər olmalıdır. Dini mənsubiyyətə, deist və ya ateist olmağa görə heç kəs təqib oluna bilməz. Belə cəmiyyətdə insanlar bir-birinin haqq və hüquqlarını qəbul edərək yaşayırlar. O ki qaldı "dünyəvi dövlətdə ayrı-ayrı dini mərasimlərlə əlaqədar günlər qeyri-iş günü ola bilər" sualına, əlbttə, ola bilər. Məsələn, Azərbaycan dünyəvi dövlətdir, ancaq Orucluq və Qurban bayarmı dini bayramlardır və məncə, siz də bu günlərin qeyri-iş günü olmasının əleyhinə deyilsiniz. Yaxud Milad bayramı bir sıra ölkələrdə bayram kimi qeyd olunur. Buddistlərin müəyyən bayramları hətta ateist Çində də qeyri-iş günü kimi qeyd olunur. Azərbaycanda yüz minlərlə insan Aşura mərasimini qeyd edir, o günü işləmirlər. Bu, sosioloji bir hadisədir. Dövlət orqanının da borcudur ki, buna normal şərait yaratsın.
İkincisi, bu məsələdə mənimlə polemikaya çıxan yazıçı Əli Əkbər bəyə də dedim ki, bu fikir mənim tərəfimdən səslənib, bu fikri səsləndirmək hüququm varmı? Var. Hansı ki, bu təklif səsə qoyulmayıb və qərar da çıxarılmayıb. Heç belə bir təkid də olmayıb. Belə çıxır ki, siz çıxıb Azərbaycan milli irsi, əxlaqının əleyhinə hər şeyi deyə bilərsiniz, amma Pənah Hüseyn bunu təklif edə bilməz? Sən necə demokratik, tolerant adamsan? Heç bir arqument gətirmədən, - o kənd yerlərində deyirlər, nəyinisə başına atıb, - hansısa fikri demək hüququnun əleyhinə çıxmaq olmaz.

- Axı həm də söhbət İranın təhrif etdiyi İslam mərasimlərinin Azərbaycana ixracından gedir. Sabah Azərbaycanda da o başyarmalar, qanlı səhnələr düzənlənə bilər.
- Mən düşünmürəm ki, bunlar mütləq ixrac olunacaq.

- Faktiki olaraq, biz başqa məsələlərdə bunu müşahidə edirik.
- Mən bu məsələnin elmi tərəfləri barədə geniş danışmaq istəmirəm. Ümumiyətlə, misteriyalar var. Bu, Qədim Romada, Yunanıstanda, Şərqdə, Maya dövlətində olub. Çağdaş mədəniyyət, indiki təsəvvürlər və vərdişlər baxımından bütün xalqlarda bunun qəbul olunmayan tərəfləri olur. Bu cür mərasimlər bu və digər miqyasda bütün dinlərdə mövcuddur. Məsələn, iudaizm dininin böyük kütləvi mərasimləri var. Bu mərasimlər özünə əziyyət, işgəncələrlə müşayiət olunur. İndi bəzi xristian təriqətləri var ki, onun üzvləri də öz-özünə işgəncə verirlər. Rusiyada buna "xlıstun" deyirlər, bu ayini icra edənlər özlərinə qamçı vururlar.

- Məsələni sektalar səviyyəsinə endirirsiz. Yaxşı olardı ki, geniş yayılmış dinlərlə bağlı müqayisələr gətirəsiniz.
- Yox, ümumiyyətlə bu, yalnız İslamda və ya onun hansısa bir məzhəbində olan hal deyil. Hətta qeyri-şiə məzhəblərində də eynən olmasa da, oxşar kütləvi mərasimlər var. İkincisi, Azərbayanda şiəlik məzhəbi yayılandan sonra bu, həmişə belə olub. Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyovun əsərlərində bu gün sizi ehtiyatlandıran, qəbul etmədiyiniz halların olduğunu müşahidə edə bilərsiniz. Bu, o dövrün qəzetlərində də yazılıb. Ona görə də başyarma mərasimini İranın ixracı kimi dəyərləndirmək lazım deyil. Üçüncüsü, hesab etmirəm ki, indiki dövrdə bu, Azərbaycanda geniş şəkildə yayıla bilər və yayılacaq. Əksinə Aşura mərasimində bütün digər dövrlərdə olan bəzi dini mərasimlərdə olduğu kimi İslamın mahiyyətindən irəli gəlməyən, bu və ya digər toplumun və yaxud onun dini liderlərinin özləri tərfindən tətbiq olunan məsələlər vardır ki, bunlar əhmiyyətli dərəcədə aradan qalxmışdır və bundan sonra da bu, davam edəcək. Deyək ki, Braziliyada karnaval keçirilir. Yəqin siz də müşahidə etmisiz ki, orada hansı isterik, kütləvi psixoz halı, əhval-ruhiyyəsi yaranır, itkilər olur. Heç bu barədə o qədər danışılmır. Halbuki bu il Azərbaycanda Aşura vaxtı kiminsə ölməsi və yaxud şikəst olması barədə məlumat almadıq. O cümlədən İranda və İraqda. Mənim rəyimi bilmək istəyirsinizsə, öz çıxışımda da bildirmişəm ki, Aşura ayrı-ayrı dövrlərdə cahillikdən irəli gələrək müsəlmanları parçalayan, onların arasına fərq qoyan hal kimi qavaranılıb, istifadə olunub. Əksinə Aşuranın Peyğəmbər nəslinə məhəbbətin ifadəsi, haqsız ölümlərə etiraz, zülmə və istibdada qarşı dirəniş və müqavimət kimi böyük tarixi təsir oyatmış bir hadisə olaraq qavranılmasına nail olmaq lazımdır. Dinimiz də bunu deyir. İslam özü-özünə əziyyət verməyi, baş yarmağı, bədənə şikəstlik gətirən hərəkətləri haram sayır. Belə hallara qarşı əlbəttə ki, çıxmaq lazımdır.
Bir də əgər 70 illik ateist sovet dönəmində Aşura qeyd olundusa, hazırda yüz minlərlə insan bu mərasimi keçirirsə, deməli, bunun cəmiyyətdə dərin kökləri var. Ona görə də buna ictimai şərait yaradılmalıdır. Bu mərasim müsəlmanları, cəmiyyəti birləşdirən, hətta inanclı və inancı olmayan şəxsləri hərəyliyə gətirəcək bir mərasim kimi həyata keçirilə bilər. Bizim dediyimiz bundan ibarətdir. Mən qəti əminəm ki, ən yaxın gələcəkdə Aşura Azərbayanda qeyri-iş günü kimi qeyd olunacaq. Çünki Peyğəmbərin övladlarının xatirəsi ayıran deyil, birləşdirən bir vasitə ola bilər və elə də olacaq. Bu baxımdan mənim təklifimin səslənməsi də təsadüfi deyildi. Bu barədə Koordinasiya Şurasında da müzakirə olmuşdu. Mən bildirmişdim ki, Koordinasiya Şurasının üzvü olmasam da, bir siyasət adamı olaraq, belə bir təklif verəcəyəm.

- Koordinasiya Şursında bu məsələyə münasibət necə oldu?
- Əleyhinə çıxan, mənim o təklifi səsləndirmək hüququma etiraz edən də olmadı. Onu da deyim ki, demokratikləşmə istiqamətində proseslər öz axarı ilə getdiyi kimi Azərbaycan xalqının çağdaş siyasi mədəniyyətlərə doğru yolu da özünün milli və dini kökləri üzərində gedəcək.
Zahid










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Bu gün, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Bu gün, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Bu gün, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Bu gün, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Bu gün, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Bu gün, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Bu gün, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Bu gün, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Bu gün, 17:27
Generalı nazir əvəzlədi
Bu gün, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Bu gün, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Bu gün, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Bu gün, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Bu gün, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Bu gün, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Bu gün, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Bu gün, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05
60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54
“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52
Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46
"Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35
"İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31
“Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30
Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21
Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14
“Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat - DOSYE
Bu gün, 12:07
"Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Bu gün, 12:05
“Dedi ki, donunu qaldır” - Küçədə qadını zorakılıqdan uşaqlar xilas edib
Bu gün, 12:04
DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR - QƏRAR VERİLDİ
Bu gün, 12:02
“Azon zavodu”nun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:58
Xankəndidə daha bir məktəb açılacaq
Bu gün, 11:55
Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
Bu gün, 11:52
“Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov
Bu gün, 11:47
Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi - DETALLAR
Bu gün, 11:42
Bakıda parkinq böhranı… - “Azparking”in zəbt etdiyi yollar boşaldılacaq
Bu gün, 11:38
Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRACAQ
Bu gün, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru