Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                     Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                     Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                     Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər .....                     SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib .....                     Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı .....                     “Tualet kağızını reklam etmək istəmirəm” .....                     "Eldar, bu iş sənlik deyil, çıx get" .....                     Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər .....                     SOCAR-ın SİRLİ HÜMMƏTİ... .....                     "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" .....                 

QAZAXDA ŞƏHİD AİLƏSİNƏ NECƏ “TORBA TİKİBLƏR”
Tarix: 27-04-2013, 10:53 | Çap et
QAZAXDA ŞƏHİD AİLƏSİNƏ NECƏ “TORBA TİKİBLƏR”
İCRA BAŞÇISININ MÜAVİNİ ŞƏHİD AİLƏSİNƏ QARŞI KAMPANİYA BAŞLADIB

DİA.AZ: - Bölgələrdə icra məmurlarının özbaşınalıqları, sakinləri sıxışdırmaları barədə faktlar barədə mətbuatda dəfələrlə məlumatlar dərc olunub. Mərkəzdən uzaq ərazilərdə yerləşən rayonlardakı bəzi məmurlar əhalini sıxışdırır, insanları dövlətə qarşı çıxmağa vadar edir. Bu cür hadisələr Qazax rayonunda da cərəyan edir.

Bu barədə DİA.AZ-a rayonun Yuxarı Əskipara kənd sakinləri müraciət edib. Sakinlərin müraciətində göstərilir ki, Qazax rayonunun 7 kəndi 20 ildən artıqdır ki, işğal altındadır. Bu kəndlərdən biri də Yuxarı Əskiparadır. Yuxarı Əskipara 1991-ci ilin oktyabrından 1992-ci ilin iyun ayına qədər ermənilərin mühasirəsində qalıb. Kəndin hər tərəfdən blokadaya alınması və təcrid olunmasına baxmayaraq bu müddət ərzində cəmi 130 evlik bu kənd mərdliklə döyüşüb, bir neçə şəhid verib:

“Kənd sakinləri torpaq uğrunda həlak olan şəhidlərin ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşır, onların maksimum problemsiz yaşamasına çalışırlar. Çünki onlar bizim uğrumuzda, torpaqlarımız və ailələrimiz uğrunda canlarından keçib şəhid olublar. Onlar döyüşməsəydi, şəhid olmasaydı, bu gün Yuxarı Əskipara kəndi də düşmən tapdağında, özümüz isə düşmən əsirliyində olardıq. Yuxarı Əskiparanın igid oğlanları buna imkan vermədi, kəndi, kənd sakinlərini canlarından artıq tutdular və şəhid oldular. Onların bu qəhrəmanlığı sayəsində bu gün biz kənd camaatı rahat yaşayırıq. Bu cür fədakar şəhidlərimizin ailə üzvlərinə qarşı hörmətsizliyi bizim hər birimizin ailəsinə qarşı hörmətsizlik hesab edirik. Azərbaycanın hər bir şəhid ailəsi bizim üçün müqəddəsdir, əzizdir və onların problemləri bizim problemlərimizdir. Bu cür özbaşınalığa imkan verməyəcəyik”.

Sakinlər deyirlər ki, Qarabağ döyüşlərində də Yuxarı Əskiparadan bir neçə şəhid var. Onlardan biri də kəndin fəxri şəhidi Abbasəli Məhərrəmovdur: “Abbasəli Məhərrəmov şəhid olandan sonra ailəsinin az da olsa təsəlli tapması üçün onun adının əbədiləşdirilməsi barədə qərar verilib. Bu məqsədlə də rayonun 2 saylı məktəbinin bazasında fəaliyyət göstərən Yuxarı Əskipara kənd orta məktəbinə şəhidin adı verilib. Lakin, rayonun yüksək çinli məmurları həmin şəhidin ailə üzvünə qarşı təzyiqlərə başlayıb. Bu təzyiqlər ailəyə hazırki vaxta qədər də davam edir”.

Sakinlərin DİA.AZ-a dediyinə görə, bu təzyiqlərin başında rayon icra hakimiyyəti başçısının birinci müavini Fərman Nağdəliyev və onun vəzifədə olan qohumları durur. Sakinlər iddia edirlər ki, icra başçısının birinci müavini şəhid Məhərrəmovun qardaşlarını belə vəzifədən azad etməkdən çəkinməyib: “Təxminən 6 aya yaxındır ki, Yuxarı Əskipara kənd icra nümayəndəliyində katib vəzifəsi boşdur. Çünki bu vəzifəni daşıyan şəxs yaşa görə təqaüdə göndərilib. Proses qanuni həyata keçirildiyindən bu barədə heç bir narazılıq olmayıb. Amma, sonradan məlum oldu ki, bu bir plandır və kənd rəhbərliyində “təmizləmə əməliyyatı” aparılır”.

Sakinlərin dediyinə görə, bu plan icra başçısının birinci müavininin şəhid ailəsinə “torba tikmək” əməliyyatı ilə əlaqəli imiş. Çox keçmir ki, bu “əməliyyatın” nəticəsi bəlli olur: Katib vəzifəsi boş qalsa da, bu vaxta qədər həmin vəzifəyə heç kim təyin edilməyib. Sonradan məlum oldu ki, kənddə əməlli-başlı” təmizləmə” əməliyyatı aparılırmış və ona görə də bu vəzifəyə təyinat yoxdur. Bir neçə ay sonra kənd icra nümayəndəsi də işindən azad edildi. Kənd icra nümayəndəsi Azər Məhərrəmov şəhid Abbasəli Məhərrəmovun qardaşıdır. Işdən çıxarılmasına səbəb isə bu il martın 20-də onun rayon Baytarlıq İdarəsinin rəisi İlqar Orucovla aralarındakı mübahisə olub. İcra nümayəndəsinə qarşı amansız mövqe tutan rayonun baş baytarı ilə Azər Məhərrəmov arasında mübahisə dava ilə nəticələnib. Sonda isə Azər Məhərrəmov baş baytar və onun adamları tərəfindən amansızlıqla döyülüb. Hadisədən sonra baytarlıq idarəsinin rəisi onu vəzifədən azad etdirmək üçün icra başçısının birinci müavini, yaxın qohumu Fərman Nağdəliyevin yanına yollanıb. Və nəticədə şəhidin qardaşı vəzifəsindən azad edilib: “Çox maraqlıdır- həmin davada döyülən Azər Məhərrəmov olub və bu barədə o Qazax rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Lakin müraciət cavabsız qalıb, günahkar şəxs məsuliyyətə cəlb edilməyib. Bütün bunlar azmış kimi Azər Məhərrəmov işdən azad edilib. Bununla yanaşı Azər Məhərrəmovun digər qardaşı, Qarabağ müharibəsi veteranı Etibar Məhərrəmov da tutduğu vəzifədən azad olunub. Beləliklə də bir şəhid ailəsinin iki üzvü atrıq işsiz- gücsüz qalıb”.

Sakinlər bildirirlər ki, qardaşların işdən azad edilməsinə səbəb elə icra başçısının birinci müavini Fərman Nağdəlıyevdir: "F. Nağdəlıyev həm də rayon məcburi köçkünlərin problemləri üzrə səlahiyyətli şəxsdir. Amma heç vaxt məcburi köçkünlərin problemləri ilə məşğul olmayıb və buna görə də Azər Məhərrəmovun qaldırdığı məsələlər həllini tapmayıb.
Həmçinin Fərman Nağdalıyev İlqar Orucovla eyni kənddəndir və qohumdurlar. Elə İlqar Orucov və onun yaxınlarını da rayonda vəzifəyə çəkən Fərman Nağdəliyev olub. Heç bir iş təcrübələri olmayan orucovların əksəriyyəti rayonda müvafiq vəzifə ilə təmin olunublar”. Hazırda şəhid ailəsi olan Məhərrəmovlar ailəsi demək olar ki, acınacaqlı vəziyyətdədirlər. Rayonda bütün gəlir yerlərindən məhrum olan şəhid ailəsi çox pis duruma salınıb. Rayon rəhbərliyi isə bu barədə heç bir tədbir görmür, əksinə günahkar şəxsləri müdafiə edir: “Məhərrəmovlar bu barədə dəfələrlə icra başçısının qəbuluna düşmək, problemin əsl səbəbini icra başçısına çatdırmaq istyəsələr də, Fərman Nağdəliyev və onun əlaltıları şəhid ailəsini icra başçısının qəbuluna buraxmır. Rayonda hegemonluq edən Fərman Nağdəliyev və onun qohumları ailəyə qarşı əməlli-başlı özbaşınaqlıq edir, şəhid ailəsini məhv etməyə çalışır. Artıq kənd sakinləri bu biabırçılığa dözə bilmir. İş o həddə çatıb ki, artıq sakinlər icra başçısına müraciət edərək onun qəbuluna düşmək istəyirlər. Kənd sakinləri hamılıqla müraciət hazırlamışıq və rəsmi olaraq icra başçısına göndərmişik. Müraciətimizə müsbət cavab gəlməsə, icra başçısı bizi qəbul etməsə bu barədə başqa tədbirlərə əl atmaq məcburiyyətində qalacağıq. Çünki artıq səbrimiz tükənib, bu boyda özbaşınalıqlara göz yuma bilmirik. İcra başçısının birinci müavininin özbaşınalıqlarına dözdük ki, bəlkə özü başa düşə, səhvini düzəldə. Amma, görürük ki, iş o həddə deyil. İcra başçısının birinci müavini o qədər özbaşınalıq edib ki, indi də kəndin şəhid övladlarına hörmətsizlik edir. Buna dözmək mümkünsüzdür. Məhərrəmovlar ailəsinə hörmətsizlik etmək, bütün kəndə hörmətsizlikdir. O ailəyə edilən təzyiqlər bizim ailəmizə edilən təzyiqdir. Çünki, o ailənin oğlu bizim, torpağımızın və ailələrimizin yolunda şəhid olub. Fərman Nağdəliyev bunu dərk etmirsə, biz də adekvat addımlar atmağa məcburuq”.

Yuxarı Əskipara kənd sakinləri bildirirlər ki, müraciətlərinə cavab gəlməyəcəyi təqdirdə onlar ilk öncə rayon icra hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirəcək. Problem həll edilməyəcəyi təqdirdə isə onlar Prezident Administrasiyasına müraciət edəcəklər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru