
Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Gəncə şəhərində 18 yaşlı oğlan ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Milli.Az xəbər verir ki, Elgün İbrahimov xəstəxanada vəfat edib.
O, 34 saylı məktəbin 11-ci sinif şagirdi olub.
Mərhumun atasının sözlərinə görə, Elgün döyülərkən tanınmaz hala salınıb:
"Axşam bacım zəng edib ağlaya-ağlaya dedi ki, Elgünün başına iş gəlib, 3 nömrəli xəstəxanaya gəl. Həkimlərdən icazə alıb oğlumun yanına girdik. Uşağım vəhşicəsinə döyülmüşdü, tanınmaz halda idi. Başı yoxdur, tikə-tikə idi".
Məsələ ilə bağlı TƏBİB-dən bildirildi ki, mayın 13-də 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub: "Ona qapalı kəllə-beyin travması, qarının və bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 12:10 radələrində pasiyentin ölüm faktı qeydə alınıb".
Faktla bağlı araşdırma aparılır.