Vətən uğrunda SAVAŞIBLAR... amma indi sübut etmək ZORUNDADIRLAR! - AXI NİYƏ?!
Tarix: 1-08-2023, 08:36 | Çap et
 İkinci Qarabağ müharibəsi iştirakçılarının bəziləri zaman-zaman Müdafiə Nazirliyinin, Nazirlər Kabinetinin qarşısında aksiyalar keçirir.
Onlar müharibə bitməsindən 2 il keçməsinə baxmayaraq, hələ də veteranlıq və medallarını ala bilmədiklərini bildirirlər.
Şikayətçilərin sözlərinə görə, dəfələrlə Müdafiə Nazirliyinə müraciət ediblər, lakin onlara deyiblər ki, hərbi əməliyyatlarda iştirak etməmisiniz.
Vüsal Mikayıllı Meydan TV-yə Sumqayıt Şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsi tərəfindən müharibəyə çağırıldığını deyir.
Onun sözlərinə görə, manqa komandiri kimi müharibədə iştirak edərək döyüş tapşırıqlarını icra edib:
“Amma bizim veteranlıq statusu hələ də həll olunmayıb. Müdafiə Nazirliyi ilə Nazirlər Kabineti bu vəzifəni bir-birinin üstünə atır. Bizim üçün isə fərqi yoxdur bu hansı qurumun səhvidir. Biz canla-başla müharibəyə getmişik, indi eyni qaydada bizim haqqımız olan veteranlıq statusunun verilməsini xahiş və tələb edirik”.
Şahmar Allahverdiyev isə bildirir ki, 2020-ci ilin oktyabrın 5-dən könüllü olaraq döyüşlərə qatılıb:
“Evdə xəstə anamı qoyub getmişəm döyüşlərə. Döyüşlərdə olarkən anamın ölüm xəbəri gəlib. Özüm də yaralanmışam, sənəd var əlimdə. Buna baxmayaraq, veteranlığımı vermirlər”.
Ehtiyatda olan zabit Cahangir Kərimovun sözlərinə görə, o da dəfələrlə müraciət etməsinə baxmayaraq “müharibə veteranı” statusunu ala bilmir:
“Müharibədə iştirakımızla bağlı bütün sənədləri təqdim etdiyimizə baxmayaraq, bizə veteranlıq statusu verilmir. Müdafiə Nazirliyinin təklifi ilə Nazirlər Kabinetinin 261 saylı qərarında dəyişiklik edildi. Orada aktiv döyüşlər və konkret rayonları göstərildi. Müharibədə töhfəsini vermiş arxa təminat hərbi hissələrin hərbçiləri müharibə veteranı statusu ala bilmədi”.
Müdafiə Nazirliyindən və Nazirlər Kabinetindən şərh almaq mümkün olmayıb.
Müdafiə Nazirliyi 2022-ci ilin mayında müharibə veteranı almaq istəyən döyüşçülərdən birinin sorğusuna cavab olaraq bildirib ki, Vətən müharibəsində iştirak etmiş 76000 nəfərə “Müharibə veteranı” adı verilib, daha 12616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır, qeydlərin düzgünlüyü dəqiqləşdirilir. Zəruri sənədlər tam hazır olduqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edilir.
“Müharibə veteranı” adı verilmiş şəxslər 80 manat aylıq təqaüd alır. Bundan başqa, Prezidentin bugünlərdə imzaladığı sərəncamla yeni tədris ilindən müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək. //Meydan TV//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56 |
|
|
|
• Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54 |
|
|
|
• “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51 |
|
|
|
• Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46 |
|
|
|
• "Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02 |
|
|
|
• PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58 |
|
|
|
• Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02 |
|
|
|
• "Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57 |
|
|
|
• Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52 |
|
|
|
• Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49 |
|
|
|
• “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42 |
|
|
|
• Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40 |
|
|
|
• Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32 |
|
|
|
• Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27 |
|
|
|
• Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22 |
|
|
|
• Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20 |
|
|
|
• SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17 |
|
|
|
• Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15 |
|
|
|
• “Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09 |
|
|
|
• "Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00 |
|
|
|
• Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58 |
|
|
|
• SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51 |
|
|
|
• "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25 |
|
|
|
• Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18 |
|
|
|
• Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17 |
|
|
|
• Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12 |
|
|
|
• Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10 |
|
|
|
• Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06 |
|
|
|
• Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59 |
|
|
|
• Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57 |
|
|
|
• Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53 |
|
|
|
• "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52 |
|
|
|
• Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49 |
|
|
|
• Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48 |
|
|
|
• TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29 |
|
|
|
• Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25 |
|
|
|
• Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17 |
|
|
|
• Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00 |
|
|
|
• Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59 |
|
|
|
• Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49 |
|
|
|
• "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48 |
|
|
|
• Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28 |
|
|
|
• Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28 |
|
|
|
|