"Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                     Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                     Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                     Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər .....                     SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib .....                     Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı .....                     “Tualet kağızını reklam etmək istəmirəm” .....                 

Goranboyda Şəhid Ailəsinə tikilən ev BAŞLARINA UÇUR... - BAŞLARINA DƏYSİN...
Tarix: 28-04-2022, 09:56 | Çap et
Goranboyda Şəhid Ailəsinə tikilən ev BAŞLARINA UÇUR...
Birinci Qarabağ müharibəsində iki oğul itirən 92 yaşlı ana evsiz qalıb. Söhbət Goranboy rayon Səfikürd kəndinin sakini Bəyaz Səfərovadan gedir. DİA.AZ xəbər verir ki, bu barədə Teleqraf.com-a Bəyaz Səfərovanın oğlu Aqil Səfərov məlumat verib.

O deyir ki, dörd qardaşın dördü də Birinci Qarabağ savaşında vuruşub: "Qardaşım Daxili Qoşunların hərbiçisi Habil Səfərov 1993-cü ildə fevralın 27-də Ağdam rayonunda itkin düşdü. Digər qardaşım Natiq Səfərov 1993-cü ilin martın 5-də keçmiş Ağdərə rayonun Qırmızıkənd kəndində şəhid olub. Böyük qardaşım Qabil Səfərov 1992-ci ildə Goranboy rayonu Tapqaraqoyunlu kəndinə gedən döyüşlərdə yaralandı, onun topuğu sınmışdı. Həmin il böyük qardaşımla mən də bir yerdə yaralandım. Hazırda böyük qardaşım da, mən də müharibə veteranıyıq".

Prezident İlham Əliyevin 20 iyun 2014-cü ildə imzaladığı "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair" sərəncama əsasən, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) xətti ilə Səfərovlar ailəsi üçün Goranboy rayonda 3 otaqlı ev tikilib.

Müsahibimizin sözlərinə görə, tikinti zamanı icraçı təşkilat kobud səhvlərə yol verib: "İlk onu deyim ki, ailəmiz üçün evin tikilməsinə qərar veriləndə rayon bələdiyyəsi torpağın olmadığını bildirdi. Bələdiyyə yalnız taxıl biçinindən sonra mənzilin tikintisi üçün torpaq ayrılacağını dedi. Biz də məsləhət gördük ki, yeni mənzili elə ata yurdunda tiksinlər. Onlar torpaq sahəsi bizdən olmaqla yeni mənzilin tikintisini qəbul etdilər. Bələdiyyə həmin torpaq sahəsində olan köhnə evin sökülməsini tələb etdi. İki günə həmin evi söküb onlara tikintiyə başlaya biləcəklərini xəbər etdim. Mənzili sökəndən sonra anamı da, atamı da kirayəyə apardım.

Bir müddət sonra evin hazır olduğunu bildirdilər. Ev təhvil veriləndə əşyalarımızı da götürüb oraya köçmək istədik. Ancaq evə baxanda gördüm ki, hamam tikməyib, mənzilin də divarlarında çatlar əmələ gəlib. Ərazidə su yox idi, maşınla kənardan alıb gətirirdik. Vəziyyətə baxıb qərara gəldim ki, hamamı tikim, suyu çəkim, daha sonra atamı-anamı evə gətirərəm. Əlavə bu işləri görməyim iki aya yaxın vaxt apardı.

Getdikcə mənzildə yaranmış çatların genişləndiyi daha aydın görünürdü. Divar aşağı çökdüyü üçün otaqlardakı qapılar örtülmür. Düşündüm ki, bu gedişlə ev uçacaq, ata-anamı dağıntının altından çıxara bilməyəcəm.

Məsələ ilə bağlı dəfələrlə aidiyyətı orqanlara, Prezident Aparatına şikayətlər ünvanlayandan sonra 2021-ci ilin noyabr ayında evin qəza vəziyyətində olduğunu təsdiqləyən rəsmi sənəd almaq mümkün oldu. Belə ki, ötən ilin noyabrında Yevlax rayon ƏƏSMN-dən, kənd bələdiyyəsi, rayon icra hakimiyyətinin müavini və başqa bir mütəxəssis gəlib mənzilə baxış keçirdilər. Evin təməlini qazanda gördük ki, tikinti zamanı ora sadəcə beton tökülüb, fundamentə karkas yığılmayıb. Demək olar ki, kubiklərin arasında palçıq da yox idi. Nəticədə evin özülü çökməyə başlayıb və qəzalı duruma düşüb.

Gələn nümayəndələr qəzalı vəziyyətdə olan evin videogörüntülərini çəkdilər. Nümayəndələr rəy verdi ki, ev qəzalı vəziyyətdədir və yaşamaq olmaz. Akt tərtib edib imzaladılar ki, evin sökülüb yenidən tikilməsi üçün pul ayrılsın. Sənədi imzalayan cavabdeh şəxslər 2022-ci ilin mart ayında sözügedən qəzalı evi söküb yenidən tikəcəklərinə dair söz verdilər. Lakin bu günə kimi məsələnin həlli istiqamətində heç bir irəliləyiş yoxdur.

ƏƏSMN-nin nümayəndəsinə yenidən müraciətlər etdim. O, mənə əlindən gələni etdiyini dedi. Bildirdi ki, nazirlik mənzilin yenidən tikilməsi üçün lazım olan smetanı Maliyyə Nazirliyinə göndərib".

Aqil Səfərov maddi çətinliyi ucbatından anasını kirayə qaldığı mənzildən çıxarır: "Ahıl anam gah bacımın, gah böyük qardaşımın, gah da mənim evimdə qalır. Onların da evləri dardır. Hər dəfə anam deyir ki, məni evimə aparın, evimi söküb uçurdunuz, qalmışam belə...

Atam Səfərov Zahid 2020-ci ilin mayında rəhmətə getdi. Anam deyir ki, şəhid balalarımın adına tikilən evdə yaşamaq yoldaşıma qismət olmadı. Heç olmasa mənə nəsib olsaydı, ürəyim təskinlik tapardı, bilərdim ki, balamın ruhu şad oldu, rahat gedərdim bu dünyadan. Məgər iki oğlunu şəhid verən, ikisi veteran olan bir ana üçün bu çoxmu böyük arzudur? Mənim də əsas istəyim bu qoca vaxtında anamın öz evinə köçməsidir".

Səfərovlar ailəsi üzvlərinin ümidi ancaq ölkə başçısınadır: "Fürsətdən istifadə edib sizin sayt vasitəsi ilə üzümü cənab Prezidentə tutub deyirəm ki, Siz şəhidlərimizin xatirəsini daim əziz tutur, ailələrinin həmişə qeydinə qalır, onların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına çalışırsınız. Ancaq bəzi üzdəniraq məmurlar nə qanun sayır, nə Allahdan qorxurlar. Xahiş edirik ailəmizin bu problemini öz nəzarətinizə götürəsiniz və qəzalı evin sökülüb yenidən tikilməsinə vəsait ayrılması üçün müvafiq tapşırıq verəsiniz. Əminik ki, anamın son arzusunun ürəyində qalmaz".

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinə sorğu göndərilib.

Goranboyda Şəhid Ailəsinə tikilən ev BAŞLARINA UÇUR...
Goranboyda Şəhid Ailəsinə tikilən ev BAŞLARINA UÇUR...
Goranboyda Şəhid Ailəsinə tikilən ev BAŞLARINA UÇUR...
Goranboyda Şəhid Ailəsinə tikilən ev BAŞLARINA UÇUR...
Goranboyda Şəhid Ailəsinə tikilən ev BAŞLARINA UÇUR...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru