
2 AZYAŞLI UŞAQ ZƏHƏRLƏNİB, BİRİ ÖLÜB
Azərbaycanda azyaşlı uşaq dərmandan zəhərlənərək ölüb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, aprelin 23-də Sumqayıt şəhərində yaşayan 4 yaşlı Kamal Şıxməmmədli və onun bacısı 2 yaşlı Nəzirə dərmandan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. K. Şıxməmmədli orada ölüb, Nəzirənin vəziyyəti isə orta-ağırdır.