“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                     Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                     Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                     Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər .....                     SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib .....                 

Səfir oğlunun SULUADA KEYFİ... - Millətə gözdağı verir?
Tarix: 13-04-2022, 09:46 | Çap et
Səfir oğlunun SULUADA KEYFİ...
Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması səfirliklərimiz üçün çətin sınağa çevrildi. Rus əsgərinin ayağı Ukrayna torpağına dəyər-dəyməz Moskva doğumlu Kiyevdəki səfirimiz oradan qaçdı. Yarım milyon vətəndaşımızı Ukraynada taleyin ümidinə buraxıb aradan çıxan Elmira Axundovanın səsi bir neçə gün sonra Bakıdakı lüks mənzilindən gəldi. Gah xəstəliyini qabartdı, gah da qadınlığını önə çəkib fərariliyinə haqq qazandırmağa çalışdı. O gündən sosial şəbəkələrdə adı önünə “fərari səfir” epiteti əlavə olundu.

“Mən arzumu ortaya qoydum, səfir göndərdilər”, “diplomatik işdən bixəbərəm”, “diplomatlar sabunlanmış kadrlardır” kimi fikirlərin müəllifi olan Elmira Axundovanın hər çıxışı komediya filmləri üçün “qanadlı” frazalarla zəngin olur.

Hər kəs bilir ki, Elmira Axundovanın Ukraynadan “diplomatik” qaçışından sonra onun işini bu ölkədəki diasporumuzun cəsur üzvləri və Moldovadakı səfirimiz Qüdsi Osmanov öz üzərinə götürərək şərəflə həyata keçirməkdədir. Qüdsi Osmanovun Türkiyəyə göndərdiyi Ukraynadakı vətəndaşlarımızın ardınca, bu ölkəyə gəlməsi, hava limanından Ukrayna qaçqınları olan soydaşlarımızı vətənə yola salması da diqqətlərdən yayınmayıb.

Ukraynadan qaçqın düşən soydaşlarımız üçün bu çətin günlərdə Qüdsi Osmanov vəzifə borcuna sadiqlik, Vətənə, vətəndaşa xidmətin nümunəsini ortaya qoydu. Elmira Axundova isə Bakıda oturub Türkiyədə istirahət planları qurur. Qüdsi Osmanov Ukraynadan qaçqın düşən azərbaycanlıları Türkiyə üzərindən Bakıya yola salanda Elmira Axundova hava limanından Türkiyəyə oğlu Həbib Axundovu yola salıb.

Diplomatiyadan bixəbərliyini gizlətməyən Elmira Axundovanın oğlu birbaşa Türkiyənin Maldiv adaları hesab olunan Suluadaya yollanıb. Onu istirahətə yola salan anasını Həbib Axundov çox da intizarda qoymayıb. Suluadadakı lüks istirahətini əks etdirən fotolarını sosial şəbəkə üzərindən paylaşıb, sanki Ukraynadan qaçqın düşən soydaşlarımıza gözdağı verir. Həbib Axundovun yaxta sevgisi də profilindəki fotolardan boylanır. Onun bu bahalı hobbisi model Günel Mirzəyevanın həyatı bahasına başa gəlməsi də yaddaşlardan silinməyib. 2017-ci il iyunun 24-də Günel Mirzəyeva Həbib Axundovun yaxtasında dənizə aparmışdı və dənizin ortasında sulara qərq olmuşdu. Dalğıclar modelin meyitini aşkarlamaq üçün 3 gün intensiv axtarış apardılar. Nəhayət, Günel Mirzəyevanın cansız cəsədini Bilgəhdə, ləpədöyəndən dənizin içinə doğru 300 metrlikdə aşkar edib, sudan çıxardılar...

Ölümündən xeyli əvvəl ərindən boşanmış, hamilə olması ilə bağlı məlumatlar olan Günel Mirzəyevanın suya özünün təsadüfən yıxılması da bu gün inandırıcı görünmür. Çünki bu sirli ölümdən sonra o zaman deputat olan Elmira Axundova çıxıb dedi ki, bəs oğlum Həbib üzgüçüdür, orada olsaydı, gənc qızın batmasına imkan verməzdi. Oğlunun yaxtasının varlığını da cidd-cəhdlə təkzib etməyə çalışdı. Sonradan FHN-dən modelin suya atıldığı və ya yıxıldığı yaxtanın Həbib Axundova məxsusluğunu təsdiqləyən məlumatlar ortaya çıxdı.

Məlum oldu ki, anasının üzgüçü oğlu Həbib Axundov da Günel Mirzəyeva suda çabalayıb kömək istəyərkən orada olub. Onun yaxtasında dənizə çıxıb dərin sularda dəniz sularına qərq olarkən imdad diləyən qıza Həbib Axundov nədənsə yardım əlini uzatmayıb. Ən qəribəsi isə bu iş üzrə Sabunçu Rayon Prokurorluğunda başlanmış cinayət işinin tez-bazar bağlanması oldu. Sabunçu prokuroru cinayət işinin bağlanmasını “əsaslandıran” qərarında yazırdı ki, Günel Mirzəyeva dənizdə çimərkən boğulub. Sanki prokuror Günel Mirzəyevanın Həbib Axundovun yaxtasında dənizin dərinliklərinə aparılmasından bixəbər idi. Bir də ki, dənizin dərinliklərində çimmirlər. Hamam vannası deyil axı. Dənizin dərinliklərində üzürlər. Diplomatiyadan bixəbər diplomat varsa, istintaq işindən xəbərsiz prokuror niyə olmasın ki?

Həbib Axundovun 8 milyonluq dələduzluq işi də bir başqa mövzudur. Hansında ki, anası Elmira Axundova da onunla bərabər əsas rollarda olublar. Elə bu dələduzluq işindən sonra Həbib Axundovun bir-birindən bahalı maşınları, anasının bir-birindən bahalı villaları, 5 mərtəbə biznes mərkəzi, şəhərin mərkəzində bir-birindən bahalı, dəyəri milyona çatan evləri peyda olmağa başladı.
O günlərdə Elmira Axundova deputat idi və sözünün əvvəlində də, axırında da Ramiz Mehdiyevin adını çəkib. Oğlunun qurduğu, özünün məsləhətçi rolunda olduğu 8 milyonluq işdə zərərçəkənlərə təzyiq göstərilməsinə xidmət edən məktubları da məhz Ramiz Mehdiyevin adına yazır, surətini də hüquq-mühafizə orqanlarına göndərirdi.

Sonradan 1 milyon qarşılığında səfir göndərilməsi iddiası ortaya çıxanda da Ramiz Mehdiyevin bu alverin başında dayandığı haqda xəbərlər vardı...
“Yeni Müsavat”

Səfir oğlunun SULUADA KEYFİ...
Səfir oğlunun SULUADA KEYFİ...
Səfir oğlunun SULUADA KEYFİ...
Səfir oğlunun SULUADA KEYFİ...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru