Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                     Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib .....                     "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub .....                     İmişlidəki qalmaqala deputatdan REAKSİYA .....                     “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir .....                     İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI .....                     Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi .....                     Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib .....                 

Sahil Babayevin HƏBSDƏKİ QURBANI... - Prezidentə müraciət olundu
Tarix: 30-01-2023, 16:31 | Çap et
Sahil Babayevin HƏBSDƏKİ QURBANI...
Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Fuad Ələsgərova
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə
Surəti:Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə idarənin rəisi cənab Orxan İsayevə
Surəti: Azərbaycan Respublikasının Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova
Surəti: Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri cənab İsmayıl Xəlilova
Surəti Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi cənab Siyavuş Hacıyevə


38 aydır qanunsuz və saxta ittihamla etmədiyim cinayatə görə, nazir Sahil Babayevin və müavini Vüsal Nəsirlinin sifarişləri ilə Bakı İstintaq təcridxanasında saxlanılan vətəndaş Alışanlı Tural Asif oğlu tərəfindən 16 yanvar 2023
Məhkəməyədək icraat və məhkəmə araşdırması zamanı yol verilmiş ciddi qanun pozuntuları və sui istifadə hallarına dair.
Hörmətli Fuad müəllim!
Cənab Baş Prokuror!
Hörmətli Orxan müəllim!
Cənab nazir!
Cənab sədr!
Cənab hakim!
Bu günə qədər keçirilən 109 dəfə məhkəmə proseslərində dəfələrlə demişəm o cümlədən sizə yazaraq bildirmişəm ki, Baş Prokurorluğun tabeliyində fəaliyyət göstərən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqləri Mustafayev İlkinin və Əliyev Əvəzin adı fakt üzrə əslində isə barəmdə başlamış olduqları 192026209 nömrəli cinayət işi tamamilə absurd, şər-böhtan xarakteri daşımaqla yanaşı qanunverciliyin tələblərinin kobud surətdə pozulması ilə sübutların saxtalaşdırılması yolu ilə başlanılıb. Sifarişli, qərəzli, birtərəfli istintaq hərəkətləri aparılıb. Konstitusiyon və prosesual hüquqlarım tapdalanaraq azadlığım əlimdən alınıb. Mülkü məhkəmənin predmeti olan bir işdən qondarma cinayət işi düzəldilib. Belə ki, hər iki ittiham aktında sübutlar və onun təhlili əvəzinə orada müstəntiqlərin məntiqə və iş materiallarına zidd olan fantaziya və uydurma fikirləri yer alıb. İşdə mənim təqsirimə şübhə yaradan, təqsirimi sübut edən bir dənədə olsun birbaşa mümkün sübut yoxdur.Nazir Sahil Babayevin, müavini Vüsal Nəsirlinin və adları çəkilən müstəntiqlərin saxtalaşdırılmış iş materiallarından irəli gələn uydurma fikir və ehtimalları heçnə ilə təsdiq olunmur amma təkzib olunur və iş üzrə qanuni qərar qəbul edilməsi üçün aşağıdakılar lazımdır.
1. Sahibi olduğum “TUA”TT MMC-yə 892 min manat pul köçürülüb. Bu yoldan 160 min manat ƏDV ödənilib. Müstəntiqlər hər ikisi bilərəkdən 160 min manat ƏDV-nin 136 min manat yazıblar. Yerinə yetirilmiş tikinti işləri ƏDV-siz 577 min manat yazılıb. Buda qərəzli olaraq az yazılıb yenədə olsun.892 min manatdan 577 min manatı və 160 min manatı çıxanda qalır. 143 min manat.143 min manatdan adı çəkilən nazirliyin özlərinin təsdiq etdikləri, müstəntiqlərində ittiham aktlarına yazdıqları 81 manat sahibi olduğum firmalara yığılıb qalmış borclarınıda çıxanda qalır 62 min manat.62 min manatdan ittiham aktında da yazılmış 23 min manatlıq tikinti materiallarını çıxanda qalır 37 min manat.37 min manatdan zəmanət məktublarına ödənilən 10 min manatdan çox puluda çıxanda qalır 27 min manat. Danılmaz faktdır ki, adı çəkilən nazirliyin şəxsən nazir Sahil Babayevin və müavini Vüsal Nəsirlinin sahibi olduğum “AĞRIDAĞ TT MMC-yə şəxsən mənə 76 min manat borcları var. Bu borclarıda üzləşmə aktı və bank sənədləri ilə danılmaz faktdır. Bu 76 min manatdan da 27 min manatı çıxanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəxsən nazir Sahil Babayevin və müavini Vüsal Nəsirlinin “AĞRIDAĞ” TT MMC-yə şəxsən 49 min manat borcları qalır.
2. “Zərərçəkən tərəf”deyir ki, “AĞRIDAĞ” TT MMC-nin bu işə aidiyyatı yoxdur. Ona görə belə deyirlər ki, nazir Sahil Babayev və müavini Vüsal Nəsirli saxta sənədlərlə yalan şikayət ediblər. İstintaq orqanıda qondarma cinayət işi düzəldib. Belə deməyə məcburdurlar başqa yolları yoxdur. Sual verirəm əgər “AĞRIDAĞ” TT -nin bu qondarma cinayət işinə aidiyyatı yoxdursa bəs niyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “TUA” TT arasında olan əvəzləşmədən 81 min manat pulun 20 min manatı “AĞRIDAĞ” TT MMC-yə aiddir?Bunu necə danmaq inkar etmək, görməmək olar ki, bu əvəzləşmə aktını nazir müavini Vüsal Nəsirli şəxsən özü imzalayıb. Bu 20 min manat adı çəkilən nazirliyin “AĞRIDAĞ” TT-yə yığılıb qalmış 96 min manatın, borcun 20 min manat puludur. Hər iki müstəntiq hər iki ittiham aktında bunu qeyd edib. Hər iki sahibi olduğum firmaların deyuro rəhbəri başqa şəxslərdir. Hər iki firmanın defakto rəhbəri mənəm. Hər iki firmanın defakto rəhbəri mən olduğuma görə 38 aydır mən həbsdəyəm. Ona görədə hər iki firmaya yığılıb qalmış ümumilikdə 157 min manat pul birbaşa mənə və bu qondarma cinayət işinə aiddir.
3. Hər iki müstəntiq hər iki ittiham aktına yazıblar ki, 157 min manat pul mülkü məhkəmənin predemetidir.Sual verirəm bu hansı qanuna və hansı məntiqə görədir ki, adı çəkilən nazirliyin istismara 6 il əvvəl verilən evlərə görə adları çəkilən firmalara yığılıb qalmış borcu mülkü işdir, adları çəkilən firmaların adı çəkilən nazirliyə olmayan borcu lap varsada cinayət işidir?
4. 24 iyun 2016-cı il “TUA” TT MMC-ilə tenderin qalibi olmuşam. 19 iyul 2016-cı ildə yəni 25 gün sonra T.F. 013-016 nömrəli podrat müqaviləsi imzalanıb. Müqavilə müddəti 16 ay olub. Müqaviləyə əsasən 30 iş günü ərzində avans köçürülməli idi. Avans köçürülüb 14 mart 2017-ci ildə yəni 8 ay sonra.Hər iki müstəntiq ittiham aktında birtərəfli, qərəzli olaraq yazıblar ki, müqavilənin müddətinin bitməsinə baxmayaraq tikinti işləri tamamlanmayıb.
5. Adı çəkilən nazirliklə olan podrat müqaviləsində bənd var ki, tərəflər arasında yaranmış hər hansı anlaşılmazlıq məhkəmə qaydasında həll olunmalıdır. Sual yaranır.Bəs bu dövlət, xalq, prezident düşmənləri niyə məni mülki qaydada məhkəməyə vermədilər?Oan görə ki, uyduracaqlarına əmin idilər. Keçmiş Baş Prokuror Zakir Qaralova nazir Sahil Babayevin zəngi ilə məni həbs etdilər.
6. I ibtidai istintaq yekunlaşandan sonra müstəntiq İlkin Mustafyev mənə dedi ki, bu işə xitam verilməlidir. Dedi ki, Vüsal Nəsirli ilə görüş danışın razılığa gəlin. Vüsal Nəsirliyə zəng etdim mənimlə nazirliyin vəzifəli şəxsi Heybət İmanovu görüşdürdü. İki saatdan çox nazirlikdə II mərtəbədə vidio konfrans zalında Heybət İmanovla söhbətimiz olub. Mənə dedi ki, nazir Sahil Babayevdə, müavini Vüsal Nəsirlidə mənimlə işləmək istəmirlər. Məndə ona görə razılaşdım ki, əvəzləşmə edək. Dedi ki, işləri özümüz tamamlayacağıq. Heybət İmanov ibtidai istintaqda ifadə verməyib.Məhkəmə mütləq Heybət İmanovu şahid qismində dindirməlidir? Ona sual verməlidir ki, sən Turalı haradan tanıyırsan? Turalla niyə görüşmüşdün? Turala o görüşdə nə dedin?
7. I İttiham aktında müstəntiq Mustafayev İlkin yazıb ki, guya mən 190 min manat pulu bankdan nəğd şəkildə çıxarmaqla mənimsəmişəm. Nə belə bir şey olmayıb nədə belə bir fakt yoxdur. İlkin mütləq məhkəməyə gəlib şahid qismində ifadə verməlisiz. Həm ona görə ki, İlkin evləri gözü ilə görüb həmdə ona sual verməlidir ki, nəyə əsasən yazmısan ki, 190 min manat bankdan nəğd şəkildə çıxarılıb? Eyni sual istintaq orqanının Mütəxəssis Təhlilləri şöbəsinin mütəxəssisi Ehram Məmmədovada verilməlidir. İlkində, Ehramda evləri görüblər, həmdə baxış aktlarında imzaları var.
8. II İttiham aktında müstəntiq Əliyev Əvəz yazıb ki, guya mən 515 min manat pulu bankdan nəğd şəkildə çıxarmaqla mənimsəmişəm. Nə belə bir şey olmayıb nədə belə bir fakt yoxdur. Əliyev Əvəzə də burda sual verməlisiz ki, sən niyə belə yazmısan? Nəyə əsasən yazmısan? Sübutun hanı sənin? Əliyev Əvəz həmdə ona görə mütləq gəlməlidir ki, ittiham aktında yazıb ki, guya mən ona ifadə vermişəm. Hansı ki,mən Əvəzi cəmi 5 dəqiqədən artıq görməmişəm. I ittiham aktnı kopi peyst edib sifarişlədə 515 min manatlıq eskpert rəyi alıb rəqəm dəyişib işi başından edib göndərib məhkəməyə. Rəy verən ekspertlərin məhkəmədəki ifadələri də bu dediklərimin təsdiqidir. Siz özünüzdə buna şahidsiniz.
9. “TUA” TT və “ AĞRIDAĞ TT-nin mühasibat işlərini aparan Fatimə Əlimirzəyevanın və Ağrıdağın deyuro direktoru Şaqa Qurbanovun II İttiham aktında şahid qismində dindirilmələrinin çıxarılmasıda ibtidi istintaqın xüsusilədə II-nin birtərəfli, qərəzli, sifarişli aparılmasına digər bir bariz nümunədir.
10. I dəfə mənə cinayət işi açılıb 179.3.2. və 308.1. maddəlləri ilə istintaq zamanı guya 308.1. maddəni tövsif edib ləğv edib tək 179.3.2 maddə ilə məhkəməyə göndərilib. II dəfə mənim işim məhkəməyə 179.4 və 308.2 maddələri ilə göndərilib. Bu ziddiyyətlərdə ibtidai istintaqın qanunsuz, ədalətsiz, birtərəfli və sifarişli aparılmasına bariz nümunədir. Adları çəkilən müstəntiqlərin sadəcə biri digərinə nisbətən vicdanlı olub. Qanunamüvafiq istintaq hərəkətlərindən söhbət belə gedə bilməz.
11. 308.2. maddəsi ilə niyə ittiham olunuram? Vəzifədən sui istifadə edib layihə smeta sənədlərində döşəmədən tavana qədər olan 2 metr 70 sm olan ölçünü daha hündür 2 metr 80 sm etdiyimə görə? Yoxsa tamet döşəmə əvəzinə bahalı mişar daşı döşəmə etdiyimə görə,? Yoxsa layihə smeta sənədlərində olmayan pərdə asılqanları, çılçıraq altlığı və digər bəzək işləri gördüyümə görə? Yoxsa tamet döşəmə əvəzinə bahalı mişar daşı döşəmə etdiyimə görə? Yoxsa 9 şəhər və rayonda 31 ədəd tikdiyim evlərdən bir nəfərdə olsa nə qazı, nədə şəhid ailəsi üzvü məndən, mənim tikdiyim evlərdən şikayətçi olmadığına görə bu maddəni mənə tətbiq ediblər? Yoxsa vəzifədən sui istifadə edib nazir Sahil Babayevdən və müavini Vüsal Nəsirlidən sahibi olduğum firmalara yığılıb qalmış 157 min manat pulu tələb etməyimə görə tətbiq ediblər? Yoxsa vəzifədən sui istifadə edib 157 min manat pulun 137 min manatını Vüsal Nəsirliyə rüşvət qismində vermədiyimə görə tətbiq ediblər.

12. İbtidai istintaqda da, məhkəmə istintaqı zamanıda ifadə vermişəm ki, tikinti işlərini yarımçıq saxlamağın səbəbi nazir müavini Vüsal Nəsirlinin şəxsən özünün şəxsən mənə onun iş otağında 157 min manatın qarşılığında 20 min manat təklif etməyi olub. Buna görədə məni Anar adlı bir şəxslə iş otağında tanış edib ki, razı olsam Anar 20 min manat mənə nəğd şəkildə versin. Nazir Sahil Babayevi və müavini Vüsal Nəsirlini qanundan üstün tutub məhkəmədə ifadə vermələri ilə bağlı vəsatətimizi təmin etmədiniz. Adında qoyduz ki, güya bu şəxsi münasibətdir. Hansı ki, mənim onlarla münasibətim yalnız yığılıb qalmış 157 min manat pula görə olub. Bəs o Anarı niyə çağırmadız? Vəsatəti təmin etdiniz amma Anarı çağırmadınız. Anara burda digər şahidlərə verilən suallar verilməlidir. Sən Turalı hardan tanıyırsan? Vüsal Nəsirli Turalla səni niyə tanış etdi? Sən Turala niyə zəng etmişdin? Telefon danışıqları və anten məlumatlarla bağlı olan vəsatətimizi də təmin etdiyinizi dediniz amma olmadı
13. Yuxarıda qeyd etdiyim pozuntulara görədə məhkəmənin audio-video yazı ilə keçirilməsi vəsatətini bilərəkdən təmin etmədiniz. Niyə? Adını qoyduz ki, texniki imkan yoxdur. Bizdə dedik ki, özümüz təşkil edərik. Yenədə olmadı. İndidə texniki imkan var amma gərək mənim işim məhkəməyə təzədən, yenidən gəlsin, indi köhnəlib.
14. Ev dustaqlığı vəsatətimin həm ibtidai istintaqda, həm də mənhkəmə istintaqından sonra heç bir qanuni əsas olmadan təmin edilməməsidə konstitusiyamızın kobud surətdə pozulmasına bariz nümunədir. Bu gündə mənim həbsdə qalmağıma heç bir qanuni əsas yoxdur.
15. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarov I məhkəmə istintaqı yekunlaşandan sonra heç bir qanuni əsas olmadan işi sifarişlə II dəfə ibtidai istintaqa göndərəndə ittihamçı prokuror Orxan Kəngərli dedi ki, ibtidai istintaq düzgün aparılıb, Mahmud Ağalarova dedi ki, ibtidai istintaqa qaytarmağa heç bir əsas yoxdur. Dedi ki, nazirliyin vəsatəti təmin edilməsin. Hakim Mahmud Ağalarov prokurorun bu etirazını bilərəkdən ya bilməyərəkdən qərarında qeyd edib. Sual yaranır. Necə olur ki, I ittihamçı prokuror Orxan Kəngərli deyir I ibtidai istintaq düz aparılıb, İndiki prokurorlar Elvin Mirzəyev və Cövdət Mehrəliyev II ittiham aktını müdafiə edirlər? Əgər ittihamçı prokurorlar qanunvericiliyin tələblərinə uyğun dövlət ittihamını ədalətlə müdafiə edilərsə bu necə olur? İki ittiham aktının ikisidə düzdür yoxsa ikisidə səhvdir? Yenə sual yaranır. Baş prokuror cənab Kamran Əliyevin təstiq etdiyi ittiham düzdür yoxsa müavini cənab Nazim Rəcəbovun təsdiq etdiyi ittiham aktı düzdür? Bəli ittihamçı prokurorlarda xüsusilədə Cövdət Mehrəliyev uydurma və fantaziyaları dövlət ittihamı adı altında müdafiə edir. Dövlət ittihamı adı altında nazir Sahil Babayevi, müavini Vüsal Nəsirlini və bu qondarma cinayət işi düzəldən müstəntiqləri müdafiə edir.
16. “Zərər çəkən tərəf” vicdansızca deyir ki, güya 300% devalvasiya olub görüləcək iş yeni qiymətlərlə hesablanmalıdır. İş üçüncü dəfə məhkəmədən ekspertizaya göndəriləndə buna qismən nail oldular. Özlərinə sərf edən, öz cinayətlərini gizlətmək üçün bir rəqəm yazdırdılar ora. Adı çəkilən nazirliklə I müqavilə olub 2014-cü ilin noyabr ayında, II müqavilə olub 2015-ci ilin yanvar ayında. Bildiyiniz kimi 2015-ci ilin fevral ayının 21-də I devalvasiya olub, 10 ay sonra dekabr ayının 21-də II devalvasiya olub. Müqavilədə fors-mojor halların nəzərə alınması ilə bağlı bəndin olmasına baxmayaraq mən nazirliyi nə məhkəməyə vermişəm nə də eyni müqaviləyə əsasən tikiləsi evləri yarımçıq saxlamamışam. Təsəvvür edin ki, iki dəfə devalvasiyadan əziyyət çəkmişəm, 157 min manat pulu ala bilməmişəm bu gündə gördüyünüz kimi 38 aydır həbsdəyəm. Yəni nazir Sahil Babayev və müavini Vüsal Nəsirli rəhbərlik etdikləri nazirliyin adının məsuliyyətini dərk etmədən, utanmadan əmək hüquqlarını qorumalı olduqları halda tapdalayıblar, sosial rifahımada ciddi zərbə vurublar. Ona görə ki,nazir Sahil Babayev və müavini Vüsal Nəsirli dövlət, xalq və prezident düşmənləridirlər.
17. Adı çəkilən nazirliyin texniki nəzarət şöbəsinin keçmiş əməkdaşı Fəxrəddin Nağıyev məhkəmədə şahid qismində ifadə verəndə nazirliyin nümayəndəsi Roman kənardan dediki, evlərdə güya mebel qoyulmayıb. O sözü məhkəmə protokollarını saxtalaşdırmaq üçün dedi. Fəxrəddin Nağıyevdə dedi ki, lahiyə smeta sənədlərində evlərdə mebel yoxdur. Bunu ona görə deyirəm ki, Fəxrəddin Nağıyevin cavabını yazmamısınız. Çünki qəsdən araya başqa söhbətlər atıldı. Romanada o lazım idi ki,
olmayan şeylərdən danışıb məhkəməni çaşdırsın. Auido və video yazı ona görə vacibdir. Evlərdə layihə smeta sənədlərində mətbəxdə iki şkaf var bir qab yumaq üçün digəridə qaz üçün. Məndə o iki şkafın əvəzinə vəzifəmdən “sui istifadə” edib bir divara mebel yığdırmışam.
18. Bakı istintaq təcridxanasından prosesual pozuntunu gizlətmək üçün saxta və yalan məktub göndəriblər ki, güya mən mestəntiq Əvəz Əliyevlə iki dəfə ümumilikdə 4 saat işlə tanış olmuşam. Güya yanımızda Fuad Quliyevdi yoxsa Musayevdi vəkil olub. Belə bir şey olmayıb. Bir daha xüsusi olaraq qeyd etməliyəm ki, mən Əliyev Əvəzi ümumilikdə 5 dəqiqədən artıq görməmişəm. Fuad Ağayevdən başqa mənim Fuad adlı vəkilim olmayıb. Mən müstəntiqin dediyi Fuad adlı vəkili ümumiyyətlə görməmişəm, tanımıram. Həqiqətən üzə çıxmağı üçün həmin o Fuadda gəlib məhkəmədə ifadə verməlidir. Təcridxana rəisi Elnur İsmayılov məndən xahiş edib ki, bu işdən əl çəkim amma burda mənim həyatım həll olur mən necə əl çəkim bu işdən. Həmdə mən müstəntiq Əvəzlə görüşdən sonra onlara xüsusi olaraq tapşırmışdım ki, görüş protokolunu düz yazın ola bilər ki, sizdən istəyərəm. Onlarda mənə demişdilər ki, arxayın ol. Səhvi edəndə fikirləşməli idilər.
19. 28 dekabr 2022-ci ildə məhkəmə istintaqı yekunlaşmadan, hələ şahid Şaqa Qurbanov ifadə vermədən ittihamçı prokuror Cövdət Mehrəliyevin deməyi ki, mən çıxış etməyə hazıram, buda bütün bu yuxarıda qeyd etdiklərimə yəni ittihamçı prokurorun qərəzli, ədalətsiz olmağına bariz nümunədir. Məhkəmə istintaqı yekunlaşmadan Cövdət Mehrəliyev sən necə hazır ola bilərsən? Sən özün mənə dedin ki, hazıram. Bəlkə o şahid elə bir ifadə verəcəydi ki, mənim işim ibtidai istintaqa qayıdacaydı, yəni bəlkə daha ağır cinayətin üstü açılacaydı?! Və yaxud bəlkə elə çıxış edəcəkdi ki, sən məcburi mənə bəraət verməli yəni istəməli idin?! Və yaxudda xitam?
Yuxarıda qeyd etdiklərim danılmaz faktlardır ki, bunu məni həbs etdirənlər, həbs edənlər və həbsdə saxlayan siz də çox gözəl bilirsiniz. Elə bir danılmaz faktlardır ki, dərhal, elə indi bu dəqiqə barəmda 100% bəraət hökmü çıxarılmalıdır. Onuda 99% bilirəm ki, siz mənə bəraət hökmü çıxaran deyilsiniz. Amma bu qədər ziddiyətləri, bu qədər ağ yalanları və konstitusiyamızın 12, 24, 25, 63, 71, 74, 80, 127-CPM-nin 10, 11, 12, 14, 21, 25, 28, 121, 124, 125, 144, 145, 162, 163 və s. maddələrini rəhbər tutaraq barəmdə başlanılmış bu qondarma cinayət işini ya prokurorluğun ya da Dövlət Təhlükəsizlik Xidmətinin ibtidai istintaqına qaytarmağa əlinizdə kifayət qədər əsaslar var. Elə tək prosesual pozuntuları əsas götürüb qaytara bilərsiniz.
DTX-nı ona görə deyirəm ki, keçmiş nazir Səlim Müslümovda eyni mənim ittihamımla DTX-nın tərəfindən ittiham olunub, işi hal-hazırda burda məhkəmə istintaqındadır özüdə ev dustaqlığında. Məndə heç bir cinayət əməlini törətmədən, heç bir korrupsiya halına yol vermədən həbsdəyəm. Əlinizdə kifayət qədər əsaslar var ki, mənimdə həbs qəti imkan tədbirini ev dustaqlığı ilə əvəz edəsiniz. Bütün bu qeyd etdiklərimi həm ifadəmə əlavə, həm də vəsatət kimi qəbul etməyinizi sizdən çox xahiş edirəm.
Konstitusiyamızı, CPM-ni, dövlətimizin üzv olduğu beynəlxalq hüquq normalarını, prinsiplərini və Ulu Öndərimiz Heydər Əliyevin
“Qanunların aliliyinə hörmət etmək bir vətəndaş olaraq hər birimizin müqəddəs borcudur”
“Dövlət iki şeydən sarsılar, bir cinayətkar cəzasız qalanda, birdə günahsıza cəza veriləndə dediyi dərin və geniş məzmunlu fikirlərini, humanist siyasətə üstünlük verən, vətəndaşlarına daim sevgi bəsləyən, Müzəffər Ali Baş Komandan, cənab prezidentimiz İlham Əliyevin
“Heç kim qanundan üstün deyil”
“Sahibkara mane olmaq dövlətə xəyanətdir” dediyi fikirlərini rəhbər tutaraq barəmdə qanuna müvafiq, ədalətli qərar qəbul etməyinizi sizdən çox xahiş edirəm. Unutmayaq dövlət onda güclü, qüdrətli olur ki, orda ədalət qələbə çalır. Qanuni qərar verməyiniz üçün sizi Allaha və Ulu Öndərimizin Heydər Əliyevin adını daşıyan ildə onun adına and verirəm.

Dərin hörmət və inamla: Alışanlı Tural Asif oğlu

Sahil Babayevin HƏBSDƏKİ QURBANI...
Sahil Babayevin HƏBSDƏKİ QURBANI...
Sahil Babayevin HƏBSDƏKİ QURBANI...
Sahil Babayevin HƏBSDƏKİ QURBANI...
Sahil Babayevin HƏBSDƏKİ QURBANI...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Bu gün, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Bu gün, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Bu gün, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Bu gün, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Bu gün, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Bu gün, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Bu gün, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Bu gün, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Bu gün, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Bu gün, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Bu gün, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Bu gün, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Bu gün, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Bu gün, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Bu gün, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Bu gün, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Bu gün, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Bu gün, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Bu gün, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Bu gün, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Bu gün, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Bu gün, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Bu gün, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Bu gün, 17:27
Generalı nazir əvəzlədi
Bu gün, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Bu gün, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Bu gün, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Bu gün, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Bu gün, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Bu gün, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Bu gün, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Bu gün, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05
60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54
“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52
Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46
"Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru