YOXSULLUQ İÇİNDƏ BOĞULAN ERMƏNİSTAN
Tarix: 24-06-2012, 15:04 | Çap et
BU ÖLKƏDƏ 30 YAŞLI SUBAYLAR ORDUSU YARANIB
Paytaxtdan 30 kilometr aralıda yerləşən Çarençavan şəhərində bir vaxtlar, daha dəqiqi sovetlər dönəmində 12-13 zavod fəaliyyət göstərirdi. Bu böyük sənaye şəhərində indi isə cəmi 5 zavod fəaliyyətdədir, o da ki tam gücü ilə deyil, cəmi 10-40 faiz. Yerli sakinlərin çox kiçik bir hissəsi öz şəhərlərində iş tapa bilirlər. Gənclərin əksəriyyəti daimi yaşayış və ya mövsümi işlər üçün ya Rusiyaya, ya da Amerikaya gedirlər. Çoxu yaxınlarını şəhərdə qoyub getməli olurlar, hər ay onlara dolanışıq üçün pul göndərirlər. 59 yaşlı Arevik Avaqyan deyir ki, şəhərin əksər əhalisi öz məişət problemlərini bu yolla həll edirlər. «Əksər ailələrdə ya oğullar və ya ərlər xaricdədirlər, əgər onların köməyi olmasaydı burada hamı yoxsulluq içərisində yaşayardı. Şəhərin 50-60 faiz əhalini bu gün bu hesabla yaşayır». BİR-BİRİNDƏN AYRI DÜŞƏN EVLİLƏR 28 yaşlı Karina Sarqsyanın həyat yoldaşı ildə öz ailəsi ilə cəmi 2-3 ay vaxt keçirə bilir. «Evlənəndən bu cür yaşayırıq»- deyə Karina gileylənir. Deyir ki, əri onlara hər ay pul göndərir deyə heç bir maddi sıxıntıları yoxdur, amma onu da əlavə edir ki, ailə başçısının yoxluğu hər addımda hiss olunur. «Heç bir problemim yoxdur, yeganə üzüntüm ərimin yoxluğudur. İstəyirəm ki, yanımda olsun, bütün problemləri birlikdə həll edək, məsləhətlər versin». Bu və ya digər səbəbdən xaricə gedə bilməyənlər isə paytaxtda iş tapmağa çalışırlar. Çoxları, xüsusən də kişilər buna nail ola bilirlər, əsasən tikinti sektorunda az məvacib müqabilində olsa belə iş tapıb işləyirlər. Şəhərin qadın sakinlərindən birinin dediyi kimi, qadınlara iş tapmaq çox çətindir: «İndi işə götürənlərin əksəriyyəti gözəl, savadlı, yaşı 35-dən çox olmayan qadınlara üstünlük verirlər. qalanları üçün Ermənistanda iş yoxdur». BİRCƏ İŞ DƏ OLSAYDI Təqaüd, müavinət Çarençavan şəhərinin əksər sakinləri üçün yeganə yaşayış vasitəsidir. İş və sabit maaşın olması yetərlidir ki, yerli əhali öz sevdikləri şəhərləində qalsın və işləsinlər. Çünki deyilənə görə, bu şəhərdə başqa nə desən var – işıqlı küçələr, fəaliyyət göstərən məktəblər, uşaq bağçaları və parklar, burada hətta havalar da sərin keçir, paytaxtda olduğu kimi istilər yoxdur. Şəhərin həmçinin 200 çoxmərtəbəli binalarında qaz, su və işıq problemlərindən şikayətlənən də tapmazsan. Hazırda şəhərin əhalisi 22 min nəfərdir. Təxminən bu qədər sakin də ya müvəqqəti, ya da daimi şəhəri tərk edib. Paytaxtdan daha uzaq və daha kiçik Aparan şəhərində isə hazırda əhalinin yalnız üçdə birini görmək mümkündür. Onların da əksəriyyəri qadın, uşaq və yaşlılardır. 74 yaşlı Rafik Sarqsyan deyir ki, hər gün öz şəhərinə görə narahatlıq keçirir. «Burada hər şey dağıdılıb, heç nə yoxdur. Əvvəllər 10 min sakini var idi şəhərin, indi isə cəmi 3 mindir. Hamı iş dalınca xaricə gedib». 30 YAŞINI ÖTMÜŞ SUBAYLAR Rafiq Sarqsyanın oğlu işsizdir, deyir ki, yaşlı valideynlərini qoyub gedə bilmir. 44 yaşı var, amma hələ də evlənmək barədə düşünmür: «Görürəm ki, camaat evlənir, ailəsini saxlaya bilmir deyə işləməyə gedirlər, yəni faktiki ailə birlikdə yaşamır. Mən şəxsən evlənmək barədə heç düşünmürəm, çünki heç özümü dolandıra bilmirəm, ailəmi necə dolandıraram?». Aparan sakinləri ilə söhbətdən məlum olur ki, şəhərdə 30 yaşını ötmüş subay kişilərin sayı kifayət qədər çoxdur, sosial vəziyyətin ağırlığından ailə qura bilmirlər. Şəhər sakinlərindən biri deyir ki: «Qızımın da, oğlumun da yaşı 30-u keçib. Oğlum evlənmək istəyir, amma evimizin təmiri yoxdur, yaşayış şərtlərimiz imkan vermir». SAKİNSİZ EVLƏR Aparanın 84 yaşlı sakini bizə bomboş evini göstərir və deyir ki, gənclərin hamısı evlənmirlər, şəhəri tərk edib gedirlər, yaşlılar isə ya tənha qalır, ya da uşaqlarının yanına getməli olurlar: «Bax bu bir ev, bu iki, bu üç, o tərəfdə də bir neçəsi var. Məsələn, o evdə yalnız qocalar yaşayır, oğulları müharibədən sonra gediblər və geri qayıtmayıblar, çünki iş yoxdur». 65 yaşlı Larisa Muradyan deyir ki, Aparan sakinlərinin vəziyyəti daha ağırdır. İş yerləri yoxdur, torpaq sahələri də yoxdur ki, əhali digər kəndlərdə olduğu kimi maldarlıq və əkinçiliklə məşğul olub dolana bilsinlər: «Burada hərəmizin payına 1-2 min metr yer düşür, heç su da yoxdur ki, nəsə əkib becərəsən. Ay başlayandan yağıntı da olmayıb. Belə şəraitdə nə əkə bilərsən ki. Bizim kəndlərdə olan şəraitimiz yoxdur, şəhərimiz isə bir şəhər kimi də tələblərə cavab vermir». Aparan sakinlərinin təxminən yarısının 1-2 inəyi və bir neçə toyuq-cücəsi var, bunun hesabına süd, yağ və yumurtaya olan ehtiyaclarını qarşılaya bilirlər. Bina sakinləri isə bütün bunlardan da məhrumdurlar.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19 |
|
|
|
• "Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12 |
|
|
|
• Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05 |
|
|
|
• 308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02 |
|
|
|
• Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00 |
|
|
|
• Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57 |
|
|
|
• Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49 |
|
|
|
• Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43 |
|
|
|
• Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34 |
|
|
|
• “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30 |
|
|
|
• Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23 |
|
|
|
• Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19 |
|
|
|
• Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15 |
|
|
|
• “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14 |
|
|
|
• Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05 |
|
|
|
• “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03 |
|
|
|
• İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56 |
|
|
|
• Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54 |
|
|
|
• “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51 |
|
|
|
• Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46 |
|
|
|
• "Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02 |
|
|
|
• PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58 |
|
|
|
• Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02 |
|
|
|
• "Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57 |
|
|
|
• Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52 |
|
|
|
• Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49 |
|
|
|
• “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42 |
|
|
|
• Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40 |
|
|
|
• Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32 |
|
|
|
• Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27 |
|
|
|
• Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22 |
|
|
|
• Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20 |
|
|
|
• SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17 |
|
|
|
• Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15 |
|
|
|
• “Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09 |
|
|
|
• "Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00 |
|
|
|
• Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58 |
|
|
|
• SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51 |
|
|
|
• "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25 |
|
|
|
• Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18 |
|
|
|
• Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17 |
|
|
|
• Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12 |
|
|
|
• Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10 |
|
|
|
• Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06 |
|
|
|
|