“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                 

DSX-dən haqsız qovulduğunu iddia edən gizir Avropa Məhkəməsinə ÜZ TUTDU - TƏFƏRRÜAT
Tarix: 23-02-2023, 09:24 | Çap et
DSX-dən haqsız qovulduğunu iddia edən gizir Avropa Məhkəməsinə ÜZ TUTDU
Yenidən gündəmə gətirmək istədiyimiz bu mövzunun qayəsini sadiq oxucularımız xatırlayarlar. Onların sırasına yeni qoşulanlara məlum edirik ki, Dövlət Sərhəd Xidmətinin Dövlət Sərhəd Nəzarəti İdarəsində “Heydər Əliyev Beynəlxalq Aeroportu” sərhəd nəzarəti şöbəsinin yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsində gizir rütbəsində xidmət etmiş Alim Cənnətov iki il əvvəl Mirzəyev Şahin Sahib oğlu adlı şəxsin şikayəti əsasında və İdarənin daxili təhlükəsizlik şöbəsinin rəisi Namiq Cəlilovun ona qarşı qərəzli mövqe nümayiş etdirərək təzyiq altında aldığı izahatla formalaşdırdığı mənfi rəy nəticəsində guya “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq vəzifədən azad edilib.

Məruz qaldığı haqsızlıqla barışmayan Alim Cənnətov Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sərhəd Xidməti rəisinin onun vəzifədən azad olunması və ehtiyata buraxılması barədə 11.03.2021-ci il tarixli 549Ş/H saylı əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunmaqla məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanılaraq ona verilməsinin Dövlət Sərhəd Xidmətinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Bakı İnzibati Məhkəməsində, daha əvvəl isə istintaq orqanında Rövşən Bayramov adlı müstəntiq tərəfindən işin halları araşdırılmış, Alim Cənnətovun xidməti uyğunsuzluq kimi dəyərləndirilə biləcək heç bir nöqsanının olmadığı qənaətinə gəlinmiş və hakim Mehriban Qarayevanın sədrliyi ilə Alim Cənnətovun iddiasının təmin olunması barədə qərar çıxarılmışdır.

Dövlət Sərhəd Xidməti qərardan narazı qaldığı üçün Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti vermişdi. Lakin Bakı Apellyasiya Məhkəməsinin hakimi Azər Hüseynovun sədrliyi ilə keçən apellyasiya məhkəməsinin qərarı tutarlı əsaslara deyil, yalnız ümumi, mücərrəd mülahizələrə söykənmiş və birinci instansiya məhkəməsinin ədalətli qərarı ləğv edilmişdir.

Qeyd edək ki, “Dəryaz” qəzeti (“Deryaz.az” veb-saytı Alim Cənnətovun valideynlərinin redaksiyamıza müraciətləri əsasında artıq dörd dəfə bu mövzuda məqalələr hazırlayaraq oxucularına təqdim etmişdir. Həmin məqalələrdə bu məsələ ilə əlaqədar təfərrüatlar, məhkəmə ədalətsizliyi ilə bağlı məqamlar öz əksini tapmışdır.

Hüquqları uğrunda mübarizə aparan Alim Cənnətovla DSX-nin mübahisəsi ilə bağlı Ali Məhkəmənin növbəti iclası fevralın 3-də hakim Rahib Nəbizadənin sədrliyi ilə qiyabi icraat qaydasında keçirilib. Alimin atası Cənnət Cənnətov redaksiyamıza müraciət edərək bildirib ki, əslən Gəncə şəhərindən olduqları üçün vaxtilə Gəncə Apellyasiya Məhkəməsində işləmiş Rahib Nəbizadə qədim Nizami yurdunun, İmamzadə ocağının yerləşdiyi məkanın saf havasını udduğuna və ədalət tərəfdarı olacağına çox ümid ediblərmiş Lakin çox əfsuslar olsun ki, hakim Rahib Nəbizadə də Bakı Apellyasiya Məhkəməsinin hakimi Azər Hüseynovun ədalətsiz qərarını qüvvədə saxlayıb. Cənnətovların apellyasioya məhkəməsinnin iclasının qeydə alınmış audio-video yazısının çxarılaraq baxılması barədə verdikləri vəsadət də təmin olunmayıb. C.Cənnətov apellyasiya məhkəməsində Azər Hüseynovun ədalətsiz qərar çıxarmasını, daha doğrusu birinci instansiya məhkəməsinin ədalətli qərarını ləğv etməsini özünün pensiyaya çıxmaq ərəfəsində nüfuzlu dövlət qurumu olan Dövlət Sərhəd Xidmətini uduzdurmuş hakim kimi yadda qalmaq istəməməsi, Dövlət Sərhəd Xidmətindən gələn təzyiqlərə və yaxid, cazibəıdar təkliflərə duruş gətirməyərək müstəqil qərar çıxara bilməməsi ilə əlaqələndirirlər. C.Cənnətov birinci instansiya məhkəməsində şəhid anası, ahıl yaşlı Rəfiqə Cənnətovanın göz yaşlarına laqeyd qalmayaraq ədalətli qərar çıxarmış hakim Mehriban Qarayevadan fərqli olaraq, sonrakı məhkəmələrin hakimləri Azər Hüseynovla Rahib Nəbizadənin bir növ “kişi həmrəyliyi” nümayiş etdirdiklərini müşahidə etdiyini vurğulayıb. C.Cənnətov həmçinin qeyd edib ki, Ali Məhkəmədə Dövlət Sərhəd Xidmətini təmsil edən nümayəndənin dəyişdirilərək, məsələdən səthi məlumatı olan Yavər adlı keçmiş polis polkovniki ilə əvəzlənib. Hərçənd, yenə də Ali Məhkəmənin Dövlət Sərhəd Xidmətindən tələb etdiyi məlumatlar məhkəməyə məhz Namiq Cəlilov və Rövşən Bayramov tərəfindən, onların imzası ilə təsdiqlənərək göndərilib.

C.Cənnətov həmçinin bildirib ki, Ali Məhkəmənin məlum iclasından sonra Rövşən Bayramovla telefon əlaqəsi saxlayıb və apellyasiya məhkəməsində müşahidə olunan bəzi ədalət işartılarının Alim Cənnətovun xeyrinə həll olunacağını vəd etdiyi halda iclasın sonunda dərhal deyil, bir neçə gün sonra çıxarılan qərarın Alimin əksinə olması barədə nə düşündüyünü soruşub. Rövşən Bayramov etiraf edib ki, onun vəzifəsi təmsil etdiyi qurumu məhkəmədən qalib çıxarmaq idi və o, həmin vəzifənin öhdəsindən gəlib. Söhbətin bu məqamında C.Cənnətov R.Bayramovu müqəddəs Quran kitabına əl basmaq şərti ilə imtahana çəkib. Həmin an R.Bayramov qıcıqlanaraq qəzəblə telefonu qapayıb.

C.Cənnətov 60-a yaxın yaşı olduğunu, övladının haqq işi uğrunda mübarizədə sonadək getməyi qərara aldığını, bu yolda hətta şərlənərək həbsə atıla nbiləcəyini belə gözə aldığını bildirib: “Növbəti mərhələlərdə — Ali Məhkəmənin Plenar iclasında da, Konstitusiya Məhkməsində də uduzdurulacağımız istisna deyil. Mərdi qova-qova namərd edərlər deyib atalarımız. Azərbaycanda ədalətli nəticə hasil olmasa, ta ki, Avropa İnsan Haqları Məhkəməsinə də müraciət ertməyə çalışacağıq. Bilirik ki, vəkil xərcləri ağırdır, yolumuzda maneələr qurulacaq, Avropa İnsan Haqları Məhkəməsinə üz tutmağın ölkəmizin nüfuzuna xələl gətirəcəyi bizə xatırladılacaq. Amma buna görə biz utanmalı deyilik, müraciət etdiyimiz möhtərəm Prezidenti, vitse-Prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi cənab Elçin Quliyevi aldadaraq yanlış məlumatlar verən, hətta müraciətlərimizin ünvana çatdırılmasını əngəlləyən Namiq Cəlilov, Rövşən Bayramov kimi məmurlar utanmalıdırlar, haqqı deyil, o məmurların mənafeyini müdafiə edən Azər Hüseynov və Rahib Nəbizadə kimi məhkəmə hakimləri xəcalət çəkməlidirlər”.

Deryaz.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Bu gün, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Bu gün, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Bu gün, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru