Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                     Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                     Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                     Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər .....                     SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib .....                     Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı .....                     “Tualet kağızını reklam etmək istəmirəm” .....                     "Eldar, bu iş sənlik deyil, çıx get" .....                     Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər .....                     SOCAR-ın SİRLİ HÜMMƏTİ... .....                     "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" .....                     Ən çox şikayət olunan sığorta şirkətləri .....                     Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb .....                 

Onları döymək olmaz... amma onlar DÖYƏ BİLƏRLƏR... - Saatlıda NARAZILIQ
Tarix: 24-05-2022, 08:17 | Çap et
Onları döymək olmaz... amma onlar DÖYƏ BİLƏRLƏR...
“Qaz idarəsinin işçiləri məni dəmir parçasıyla döyüblər. Prokurorluğa şikayət etmişəm, ancaq heç bir tədbir görülmür”. DİA.AZ-ın məlumatına görə, Saatlı sakini, 1-ci qrup əlil Elvin İsayev Meydan TV-yə qaz idarəsinin işçiləri tərəfindən döyüldüyünü deyir.

Onun sözlərinə görə, bu il martın 27-də onun yaşadığı ünvana gələn qaz idarəsinin işçiləri Cəlal, Zaur, Nicat adlı şəxslər borca görə qaz xəttini kəsmək istəyəndə aralarında mübahisə yaranıb. Nəticədə o döyülüb:

“Məsələ ondan ibarətdir ki, qaz idarəsinin işçiləri gecələr hamının əl-ayağı küçədən çəkiləndə, adamlar yatanda qaz sayğaclarının “plomblarını” qırırlar, sayğaca müdaxilə edirlər. Səhər də gəlib abonentin başının üstünü alırlar ki, sayğaca müdaxilə etmisən, akt yazırlar. Bu, tək mənim bşıma gəlməyib, Saatlıda xeyli abonent qaz idarəsi işçilərinin bu əməllərindən şikayətçidir”.

Elvin İsayevin sözlərinə görə, mayın 20-də bir neçə abonent bu işlərə son qoyulması üçün icra hakimiyyətinə gediblər:

“Dedilər, “SOCAR”dan gələn var, gedin, dərdinizi deyin, biz də getdik. Qaz idarəsinin bir neçə işçisi icra hakimiyyətinin qarşısına gəldi. Bizə dedikləri söz bu oldu ki, gedin, əliniz hara çatırsa, şikayət edin. Hətta işçilərdən biri məni həyatımla təhdid etdi. Dedi, əlil adamsan, get otur bir kənarda, ora-bura şikayət edərsən, sənə baha oturar”.

Elvin İsayev “Facebook” üzərindən “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevə də yazıb.

Saatlı sakini, müharibə veteranı İlham Hüseynov da qaz sayğacına qaz idarəsinin işçiləri tərəfindən müdaxilə olunduğunu və 518 manat cərimələndiyini iddia edir:

“Evdə heç kim olmayıb, gəliblər, sayğacın plombunu qırıblar, müdaxilə ediblər. Sonra da gəliblər ki, sayğacınızdan şübhələnirik, götürüb aparıblar, göndəriblər ekspertizaya, sonra da üstümə 518 manat cərimə yazıb göndəriblər. Tək mən deyiləm, başqa abonetlər də var ki, onların da sayğacına qaz idarəsinin işçiləri tərəfindən müdaxilə olunub. Düzdür, mənim özümün borcum olub, ancaq mən qışboyu hər ay 80 manat civarında qazpulu ödəyirəm deyə, o borcdan ödəyə bilmirəm, havalar isinəndə, qaz sərfiyyatımız azalanda başlayıram aybaay həmin borcdan ödəməyə… Bunu qaz idarəsinin rəisi də bilir. Deyir, səndə hər şey qanunidir, yayda, qışda nə yandırırsan, ödəyirsən. Daimi sərfiyyat, daimi ödənişlərdir. Gəl ki, cəriməni yükləyiblər kürəyimə…”.

Salyan Regional Qaz İstismaq İdarəsinin Saatlı xidmət sahəsinin təbii qazın qəbulu və satış şöbəsinin rəisi Nicat Əliyevsə Meydan TV-yə bildirib ki, rayonda qazdan qeyri-qanuni istifadə edən xeyli abonent aşkar edilib. Hazırda şikayətçi olan bu şəxslər də həmin siyahıdadır:

“Bu adamlar qazdan qeyri-qanuni istifadə edib. Biz dəliyik gecələr gedək sayğacı açaq, adamların evindən gələn qaz xəttinə şlanq qoşaq? Bunu kim edər? Qaz oğurluğu araşdırılıb, aktlaşdırılıb, cərimə yazılıb. Bu işlər hamısı prokurorluqdadır, bayaq da burda iclas idi, prokurorluq işçiləri də gəlmişdi. Həmin abonentlər qazdan qeyri-qanuni istifadə etdiklərinə görə məhkəməyə veriləcəklər. Vətəndaş haqlıdırsa, məhkəməyə versin, ora-bura yazırlar”.

Nicat Əliyev abonentin döyülməklə bağlı dediklərinə belə münasibət bildirib:

“Məndən də ona görə narazıdılarlar ki, əvvəl rahatca qaz oğurluğuyla məşğul olurdular, ilyarımdır burdayam, mane oluram. Ona görə də məndən şikayət edirlər”.

Bu yaxınlaradək Salyan Regional Qaz İstismaq İdarəsinin Saatlı xidmət sahəsinin rəisi İxtiyar Abıyev olub. Hazırda o, Bakı şəhərinə təyinat alıb və işini paytaxtda davam etdirir. Saatlı Sahə Xidməti rəhbərsiz qalıb.

Saatlı Xidmət Sahəsinin əməkdaşlarıyla abonentlər arasında əvvəllər də münaqişələr olub.

Abonentlərə artıq pul yazılması ilə bağlı sosial şəbəkələrdə də məlumatlar paylaşılır. Yerli mətbuat isə bununla bağlı bəzi idarə rəislərinin və rəis müavinlərinin cəzalandırılmasına dair xəbər yayıb. Ötən həftə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev öz “Facebook” hesabından deyilənləri yalanlayıb:

“Söz yox, insan faktoru olan yerdə yüz faizlik nəticədən danışmaq bütün hallarda absurddur. Ancaq nöqsanların aradan qaldırılması istiqamətində ciddi şəkildə cəhd etdiyimizə sizi əmin edirəm. İstehsalat Birliyinin qapıları hər zaman media, blogger və QHT nümayəndələrinin, eləcə də sadə vətəndaşların üzünə açıqdır. Yəni istənilən sualın cavabı özünü çox gözlətdirmir. Təəssüf ki, bütün bunlara baxmayaraq yenə də, dəqiqləşdirilməmiş, dedi-qodu motivli informasiyalar dövriyyəyə buraxılır ki, bu da ictimai rəyin çaşdırılmasına xidmət edir. Təbii ki, bu da SOCAR “Azəriqaz” İB-nin işgüzar nüfuzuna təsirsiz ötüşmür. Biz xidmət sahəsi olaraq ölkədə inhisarçı nüfuza malikik. Amma bu inhisarçılığın mahiyyətində diqtə etmək, korporativ maraqlar əsla dayanmır. Biz xidmətimizi dövlət qurumu olaraq özümüzə borc və vəzifə bilirik”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru