Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                     Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib .....                     "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub .....                     İmişlidəki qalmaqala deputatdan REAKSİYA .....                     “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir .....                 

Nəcməddin Sadıkovdan AYIN TARİXİN SORUŞAN OLACAQ? - Görünəni odur ki...
Tarix: 16-03-2023, 11:31 | Çap et
Nəcməddin Sadıkovdan AYIN TARİXİN SORUŞAN OLACAQ?
“Tərtər işi”ndəki işgəncələrə görə bir qrup hərbi qulluqçunun məhkəməsi başlayıb. Bakı Hərbi Məhkəməsinin icraatında olan, Sumqayıt Məhkəmə Kompleksində baş tutan məhkəmənin ilk iclasında çox maraqlı məqamlar üzə çıxıb.

Qeyd edək ki, bu iş üzrə ibtidai istintaq Baş Prokurorluğun İstintaq İdarəsində bir neçə icraatda aparılır. İstintaqlar başa çatdıqca ayrı-ayrı qruplar şəklində məhkəməyə göndərilir. Bakı Hərbi Məhkəməsinə artıq istintaqı başa çatmış üç qrupun işi göndərilib və hakim icraatlarına verilib. Martın 14-də hazırlıq iclası keçirilən proses 4 nəfər müttəhimin üzərində qurulub: N saylı hərbi hissənin hərbi qulluqçuları Rüstəm Ələsgərov, Ramil Qarayev, Vüsal Ələsgərov, Rəşid Niftəliyevin. Onlar Cinayət Məcəlləsinin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341 (vəzifə səlahiyyətlərini aşma) və 128-ci maddələrinin müxtəlif hissələriylə ittiham olunurlar.

Zərərçəkənlər, dəhşətli işgəncələrə məruz qalanlar isə prosesdə od püskürüblər.

Zərərçəkən Rəfail Emçiyev vəsatətində göstərib ki, təqsirləndirilən şəxslərə verilmiş maddələr ağırlaşdırılmalıdır. Vəsatətdə dəhşətli cinayətlərin təşkilatçılarının kənarda qaldığını vurğulayıb.

Digər zərərçəkən Elmin Orucov isə vəsatət verib ki, dəhşətli işgəncələrin təşkil edildiyi korpusların rəhbərləri də cinayət məsuliyyətinə cəlb olunsun: “Bunlar işgəncə verənlərin çox az hissəsidir. Bu iş üzrə istintaq obyektiv və ətraflı aparılmayıb. Bu işgəncələrin təşkilatçıları azadlıqdadır. Bəkir Orucovu tutublar, ancaq işgəncələrin verildiyi korpusların komandirləri Mais Bərxudarov, Hikmət Həsənov məsuliyyətə cəlb olunmayıb, dindirilməyib, üzləşdirilməyib. Bu cinayət işi tam araşdırılmayıb”.

2 məşhur generalın ilk məhkəmə iclasında adlarının hallanması, özü də məhz işgəncələrə məruz qalmış şəxslər tərəfindən buna dair vəsatətlərin verilməsi onu göstərir ki, prosesin gedişində çox böyük məsələlər, ittihamlar, faktlar səslənə bilər.

Bir vaxtlar hərbi prokuror Xanlar Vəliyev “Tərtər işi”ni təkzib edirdi, hər hansı işgəncənin olmadığını deyirdi. Ancaq Prezidentin tapşırığı ilə bu iş nəzarətə alındıqdan, istintaq yeniləndikdən sonra Xanlar Vəliyev özü etiraf etdi ki, işgəncə faktları olub...

Bir çox hərbçilər isə iddia edir ki, bu işə görə Xanlar Vəliyev özü və onun müavini Şəfaət İmranov da ciddi məsuliyyət daşıyırlar, onlar da istefaya göndərilməli və məsuliyyətə cəlb olunmalıdırlar.

İlk iclasda bu faktlar zərərçəkənlər tərəfindən açıqlanırsa, deməli, məhkəmə istintaqı zamanı işgəncə vermiş şəxslər, həbs olunmuş general Bəkir Orucov işin arxasında nələrin və kimlərin dayandığını açıqlaya da bilərlər. Bu proses bütün hallarda Azərbaycan Ordusunun nüfuzdan salınmasına yönəlmiş və 2016-cı ilin aprel döyüşlərindən dərhal sonra icra edilmiş proses kimi qiymətləndirilir.

Hər bir halda, qarşıda sürpriz faktlar, isimlər açıqlana və izlər gedib birbaşa Nəcməddin Sadıqova çıxa bilər. Eyni zamanda bu proses bəzi iri məmurların da sonunu gətirə bilər. Kimlərin? Ekspertlər ilk məhkəmə iclasından sonra hansı qənaətə gəliblər? Bu işi dərindən araşdırmağa məhkəmələr cəsarət edəcəkmi?

DİA.AZ-ın məlumatına görə, tanınmış hərbi ekspert Telman Əbilov “Yeni Müsavat”a deyib ki, “Tərtər işi” Azərbaycan naminə tam, hərtərəfli və obyektiv araşdırılmalıdır:

““Tərtər işi”ni planlayıb həyata keçirənlərin bir məqsədi olub - Azərbaycan Ordusunun döyüş qabiliyyətini aşağı endirmək, mübarizə ruhunu məhv etmək! Hərbçilərimiz ölümü seçiblər, amma təslim olmayıblar. Əgər onlar təslim olsaydılar, onlara işgəncə verənlərin diqtəsi ilə hərəkət etsəydilər, bəlkə də 44 günlük müharibənin nəticəsi başqa cür olardı. Ona görə də “Tərtər işi”nin istintaqını aparan, bu iş üzrə qərar qəbul edən hər kəs tutduğu vəzifədən azad edilərək istintaqa cəlb olunmalıdır. Bu gün bu işin alayarımçıq aparılması, icraçıların həbsi ilə məsələnin ört-basdır edilməsinə yol vermək olmaz. Bu iş Azərbaycanın gələcəyi üçün obyektiv istintaq olunmalıdır. Əks halda, bizi daha böyük bəlalar gözləyir. Bu gün Azərbaycan Ordusuna qarşı edilmiş cinayətə görə 1 nəfərin belə cəzasız qalmasına yol vermək olmaz. Bu işdə adı keçən vəzifəlilər - Nəcməddin Sadıkov başda olmaqla, hər kəs tutulub ən ağır cəzaya çatdırılmalıdır".

Hərbi ekspert deyir ki, “Tərtər işi” ilə bağlı Baş Prokurorluğun həbs etdiyi Müdafiə Nazirliyinin generalı Bəkir Orucov Azərbaycan Ordusuna qarşı düzənlənmiş cinayətin icraçılarından biridir:

“Bu iş üzrə istintaqı aparan müstəntiqlər, ittiham aktını təsdiqləmiş prokuror, Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyevdən tutmuş bu işlər üzrə hökm çıxarmış hakimlər, Ali Məhkəməyə qədər işə baxmış hər bir hakim, Ramiz Rzayev məsuliyyət daşıyır. Hər biri də istintaqa cəlb edilməklə məhkum olunmalıdır. Çünki onlar qanunları əsas götürmək əvəzinə sifariş yerinə yetiriblər. Nəticədə Azərbaycan üçün canı, qanı ilə döyüşmüş hərbçilərimizin qanunsuz olaraq, ədalətsiz olaraq, heç bir dəlil-sübut olmadan, sırf sifarişlə ən ağır cəzaya çatdırılmasında birbaşa iştirak ediblər. Həmin müstəntiqləri, prokurorları, hakimləri təcili şəkildə vəzifələrindən azad edib istintaqa cəlb etmək vacibdir. Qoy desinlər ki, onlara sifarişləri, qanunsuz göstərişləri kimlər verib. Bu işin başında dayananların hər biri ifşa olunmalıdır. Azərbaycan xalqı ona qənim kəsilən cəlladları tanımalıdır. Bəkir Orucov bu cinayətdə aşağı cərgədə dayanan, icraçı olan biridir. O, hələ Beyləqanda 2-ci korpusun qərargah rəisi olanda orada işgəncə məkanı qurub. İşgəncə verənləri ora gətiriblər. 90-a yaxın hərbçimizə orada işgəncə veriblər. Orada işgəncələrlə hərbçilərimizdən izahatlar alıblar. Ona görə də “Tərtər işi"ndə işgəncəyə məruz qalan hərbçilər Bəkir Orucovun adını çəkirlər. Aydın məsələdir ki, Bəkir Orucov işgəncələri özbaşına təşkil etməyib. Ona korpus komandiri və ya o zaman Baş Qərargah rəisi olan Nəcməddin Sadıkov göstəriş verə bilərdi. Bu işlərin başında Nəcməddin Sadıkov dayanır, onu həbs etmədən obyektiv araşdırma aparmaq mümkün deyil. Hərbi prokuror, onun müavini də bu məsələlərdən kənarda qala bilməzlər. İlqar Quliyevin 2016-cı ildə Tərtər məhkəməsinə sədr gətirilməsi də araşdırılmalıdır. Baş verənlər onu deməyə əsas verir ki, Tərtərdə baş verən cinayətlərin gerçəkləşməsi üçün əvvəldən hazırlıq görülüb. Çünki İlqar Quliyev vaxtilə Beyləqanda hərbi məhkəmə hakimi idi. Sonradan isə mülki məhkəməyə keçirilmişdi. Tərtər hadisələrindən əvvəl İlqar Quliyev hərbi məhkəmə sisteminə qaytarılıb və Tərtər Hərbi Məhkəməsinin sədri postuna təyin olunub. Bu, təsadüf olub? Bu suala da aydınlıq gətirilməli, araşdırılmalıdır. Bu gün Bəkir Orucovun həbsi ilə kifayətlənmək olmaz. Onun həbsi Tərtər cinayətlərinin başında dayanan əsas fiqurları cəzadan yayındırmaq istəyinə xidmət etməməlidir.

Çünki bu hadisə Tərtər, Bərdə rayonlarında olan hərbi hissələrdə baş verib. Hikmət Həsənovun komandiri olduğu korpusda baş verib. Bundan əvvəl isə Beyləqan korpusunda belə hallar olub. Bəkir Orucovun həbsi də Beyləqan korpusunda baş verən işgəncələrlə bağlıdır. Aprel döyüşlərindən sonra Azərbaycan Ordusundakı böyük ruh yüksəkliyi xarici və daxili düşmənləri qorxuya saldı. Gələcəkdə erməni ordusunun Azərbaycan Ordusu qarşısında duruş gətirməyəcəyini açıq-aydın gördülər, hətta rus ordusunun da Azərbaycan Ordusu qarşısında çətinliklə üzləşəcəyini anladılar və “5-ci kolon” adlanan qüvvə bizim dövlətimizin müdafiə qüdrətinin sarsıdılması üçün hərəkətə keçdi. Azərbaycan Ordusuna qarşı bir təxribat törədildi, Beyləqan korpusunda uğurla tətbiq etdikləri ssenarini Tərtər korpusunda da tətbiq etdilər. Tərtərdə Azərbaycan Ordusuna qarşı baş verən cinayətlərə hazırlıq 2017-ci ildə Bəkir Orucovun icraçılığı ilə Beyləqan korpusunda gerçəkləşdirilib. Əslində Tərtərdə baş verənləri Ağcabədidə, Beyləqanda həyata keçirməyi planlaşdırmışdılar. Orada işgəncələr üçün xüsusi yerlər də hazırlamışdılar. Lakin bu işə Mais Bərxudarov maneçilik törədib. Düzdür, bu işlərin qarşısını da tam olaraq ala bilməyib. Çünki göstəriş Müdafiə Nazirliyindən verilib. O zaman bu işləri Bəkir Orucova həvalə ediblər. Nəcməddin Sadıkov görəndə ki, Beyləqan korpusunda Azərbaycan Ordusuna qarşı genişmiqyaslı cinayət törədə bilməyəcək, daha münasib yer olaraq 1-ci korpusu seçdi. Həmin korpusun komandiri, hazırda Ali Hərbi Məktəbə gətirib orada gözdən uzaq saxladıqları Hikmət Həsənov idi. Leytenant olduğu dövrdən Nəcməddin Sadıkovla çox yaxşı münasibətdədir, onun əmrlərini sözsüz yerinə yetirib. Onun korpus komandiri səviyyəsinə yüksəlməsində Nəcməddin Sadıkovun xüsusi rolu olub. Ona görə də Tərtərdə Nəcməddin Sadıkovun Azərbaycan Ordusuna qarşı genişmiqyaslı cinayəti baş tutdu. Bu gün Bəkir Orucovu tutmaqla istintaq kifayətlənməməlidir. Onun bu işlərdə 3-5 faiz rolu var. Qalan işlərə görə Nəcməddin Sadıkov və digər yüksək çinli vəzifə daşıyıcıları cavab verməlidir".

Hərbi ekspert çox ciddi hesab etdiyi bir məqamın da araşdırılmalı olduğunu deyib: “2016-cı il aprel döyüşlərindən sonra Müdafiə Nazirliyində iki yeni qurum yaradılıb - Hüquq İdarəsinin tərkibində Təhqiqat şöbəsi və nazirliyin Daxili Təhlükəsizlik Baş İdarəsi. O zaman Təhqiqat şöbəsinin regionlarda 10-a yaxın yerli şöbəsi açıldı, həmin şöbələrə də 5-6 təhqiqatçı işə götürdülər. Həmin təhqiqatçıların vasitəsilə hərbi hissələrdə yoxlamalara başladılar. Əslində təhqiqat şöbəsinin özü böyük cinayətlərin ört-basdır edilməsi, həmin şöbə üzərindən cinayətlərin törədilməsini gerçəkləşdirmək üçün yaradılmışdı. Həmin şöbənin yaradılması hərbi hissələrdə korrupsiya və rüşvətxorluğun artmasına xidmət edirdi. Hər bir qarnizonda onsuz da 5-6 müstəntiq vardı, indi onlara təhqiqatçıları da calaq edirdilər. Hər xırda məsələni şişirdib böyük bir cinayət kimi rəsmiləşdirməklə təhqiqatçıların dolanışığını təmin etməyə girişdilər. Hərbi Prokurorluğun bu qədər əməkdaşları ola-ola, Müdafiə Nazirliyinin daxilində, Müdafiə Nazirliyinə tabe olan təhqiqat şöbəsinə ehtiyac yox idi. Tərtərdə hərbçilərimizə qarşı cinayətləri ilkin olaraq həmin təhqiqatçıların əli ilə həyata keçirdilər. Ora rəis postuna Nəcməddin Sadıkovun bacısı oğlu Ramil Əsgərovun təyin olunması da sıradan bir məsələ deyildi. Dövlətin Təhlükəsizlik Xidməti olan yerdə hər bir qurumun tərkibində təhlükəsizlik xidmətinin yaradılmasına nə ehtiyac vardı?”

Telman Əbilov deyir ki, Azərbaycan dövləti “Tərtər işi” üzrə bəraət verilmiş hərbçilərə qazi, işgəncələrlə dünyasını dəyişən hərbçilərə isə şəhid adı verməlidir:

“Bu gün "Tərtər işi"çərçivəsində məhkəmədə zərərçəkən qismində olan hərbçilərimiz respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını belə fəda etməyə hazır olan oğullardır. Onları buna görə nəcməddinsadıkovlar, onun əlaltıları olanlar işgəncələrə məruz qoyublar. İş üzrə zərər çəkmiş hərbçilərimizin hər birinə dövlət sahib çıxmalıdır. Onların özləri, ailələri ötən illər ərzində ağlasığmaz dərəcədə ağır günlərdən keçiblər. Tərtər şəhidləri olmasaydı, bu millətin başına nələr gətiriləcəyi, nə oyunlar açılacağı bilinmir. İş üzrə zərərçəkən Elçin Mətləb oğlu Quliyevin anası Validə Əhmədova ötən illər ərzində böyük əzab-əziyyətlərlə haqqın bərpa olunması üçün çalışdı. Nəhayətdə Validə ananın haqlı olduğu təsdiqləndi. Tərtərdə baş verənlər Şəmkir korpusunda da olub. Orada 8 nəfər hərbçimiz işgəncə verilməklə qanunsuz olaraq məhkum olunublar. Həmin hərbçilərimiz barəsində də bəraət hökmü çıxarılmalıdır. Vətən uğrunda vuruşanları günahsız yerə vətənə xəyanətdə ittiham edib həbs etdirənlərin özləri vətənə xəyanət ediblər. Vətən uğrunda gerçəkdən döyüşmüş hərbçilərimizi işgəncələrə məruz qoyub öldürüblər. Onlar ona görə öldürülüblər ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda vuruşa bilməsinlər. Bir çox hərbçilərimizi də buna görə şikəst ediblər".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27
Generalı nazir əvəzlədi
Dünən, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Dünən, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Dünən, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Dünən, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Dünən, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Dünən, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Dünən, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 13:58
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Dünən, 13:05
60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Dünən, 13:03
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Dünən, 12:54
“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Dünən, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru