“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                     Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib .....                     "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub .....                     İmişlidəki qalmaqala deputatdan REAKSİYA .....                     “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir .....                     İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI .....                     Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi .....                     Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib .....                     Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər .....                     Ermənistanı seçkilər və riskli gələcək gözləyir .....                     “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi .....                     AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub .....                     “İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” .....                     Kürün daşması ehtimalı yüksəkdir: .....                     "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb .....                     AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "İrəvan teatrı niyə unudulub?" .....                     “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” .....                     Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu .....                     Bakıda mozaikaların bərpası davam edir .....                 

Cənab Əmrullayevin buralara NƏZƏR SALMASI LAZIMDIR... - Ali təhsilin AzTU BATAQLIĞI...
Tarix: 13-07-2023, 08:42 | Çap et
Cənab Əmrullayevin buralara NƏZƏR SALMASI LAZIMDIR...
DİA.AZ: - "Azərbaycan Texniki Universitetinin (AzTU) təcrübəli müəllimlərindən bir qrupu yenə də yalnız universitetimizdə deyil, həm də ölkəmizin aşağıdan yuxarıyadək bütün təhsil sistemində yaranmış vəziyyətlə və bu vəziyyətin nəticələri olan faktlarla Respublika ictimaiyyətinə, əlaqədar rəsmi dövlət təşkilatlarına və vəzifəli şəxslərə müraciət etmək məcburiyyətindədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalənin ƏVVƏLİ BURADA: Bu VİLAYƏTİN VALİSİ yoxdurmu? - AzTU-ya müdaxilə edən olacaqmı?

Məqalənin davamında deyilir: "Bu ilin – 2023-cü ilin fevral ayında isə xəbər tutduq ki, hazırkı 2-ci kurs magistrantların bir il yarım bundan əvvəl verilməli olan DİSSERTASİYA MÖVZULARI HƏLƏ HEÇ VERİLMƏYİB! Magistrantların təhsil müddəti 2 il, yəni 4 semestrdir. Yenə təkrar edirik ki, mövcud təlimata əsasən 1-ci kurs magistrantlar dərslərə başlayandan 3 ay müddətində onların dissertasiya mövzuları təsdiq edilməlidir ki, tələbələrin dissertasiya üzərində işləməyə 2 il vaxtı olsun. Onlar isə 3-cü tədris semestrini bitirmək üzrə idilər, qarşıda yalnız bir semestr qalırdı. Adətən bu vaxtlar onların dissertasiyaları artıq hazır vəziyyətə yaxın olurdu. İndi isə onlara nə mövzu verilmiş, nə də elmi rəhbər təyin edilmişdi və magistrantlar təlaş içində idilər. Nə isə, nəhayət, fevral ayının sonuna yaxın dissertasiya mövzuları və rəhbərlər təsdiq edildi, yenə də qrup halında – 5 nəfər magistranta 1 ümumi mövzu verilməklə. Bundan sonra tələbələrin dissertasiya üzərində işləməyə ən yaxşı halda 3 ay vaxtları qaldı. Dissertasiya üzərində işləmək isə nə deməkdir, bunu izah edək ki, rektor, elmlər doktoru, professor, Əməkdar Elm Xadimi Vilayət Vəliyev də bilsin. Bəlkə o, bunları bilmir. Dissertasiya üzərində işləmək isə – problemin mahiyyətini və müasir elmi vəziyyətini öyrənmək, tədqiqat qarşısında qoyulan vəzifələri formulə etmək, tədqiqatın özünü aparmaq və nəticələr almaq, həmin nəticələri təhlil edib, dissertasiyanın ümumi nəticələrini formulə etmək və nəhayət, dissertasiyanın mətnini yazıb, tərtib etmək deməkdir. V.Vəliyev özü bunları 3 ayda edə bilərdimi? Niyə, hansı məqsədlə o, hər il magistrantları bu cür fəlakətli vəziyyətə salır? Bunu adicə qayda-qanuna riayət etməklə eləmək olmazmı? Sonra da o, ağız dolusu danışır ki, magistr dissertasiyası mövzuları real istehsalatdan götürülməlidir, tələbələr bu mövzuları özləri işlədikləri yerdəki (???) texniki problemlərin həllinə həsr etməlidirlər, əsl elmi tədqiqat olmalıdır və s. Özləri işlədikləri yerdəki texniki problemlərin həllinə həsr etməlidirlər? V.Vəliyev heç olmasa bilirmi ki, onun magistrantları haralarda işləyirlər? Bəlkə o, elə bilir ki, onlar Boeing və ya Microsoft şirkətlərində işləyirlər ki, oralardan da elmi tədqiqat mövzuları götürsünlər? Əgər tutaq ki, keçən il magistr dissertasiyası mövzuları səhvən, təcrübəsizlikdən tələbələrə vaxtında verilməmişdisə, biz ki, bu haqda yazdıq və məlumat verdik, bəs bu il niyə yenidən eyni hal təkrarlandı? Bütün bunlara universitetdəki tədris prosesini QƏSDƏN, BİLƏRƏKDƏN DAĞITMAQDAN BAŞQA BİR AD VERMƏK OLMAZ! Bu, tədrisə qarşı, universitetə qarşı, son nəticədə isə ÖLKƏMİZƏ QARŞI TƏXRİBATDIR!
Magistr dissertasiyalarının müdafiəsi haqqında da çox danışmaq istəmirik. Aydındır ki, belə vəziyyətdə 3 aya hazırlanan dissertasiyada heç bir elmdən, elmi tədqiqatdan söhbət gedə bilməz. Dissertasiyalar referativ formada, yalnız məlumat toplusundan, internetdən və ədəbiyyatdan götürülmüş icmallardan ibarət idi. Deyilməz dərəcədə formal və səviyyəsiz, tragikomik müdafiələr keçdi.
Yeri gəlmişkən, magistrantların işləməsi haqqında. Universitetə daha çox magistrant cəlb etmək üçün (əslində, daha çox maliyyə vəsaiti əldə etmək üçün) magistrantların dərsləri axşam saat 18:30-da başlanır ki, onların gündüz işləmək imkanları olsun, baxmayaraq ki, tələbələrin əyani tədris formasında işləməsi düzgün deyil. Bir axşamda 2 qoşa saat dərs olur. Tələbələr isə işlədiklərindən, heç bu vaxtda da dərsə gəlib çata bilmirlər, çoxu saat 19:00-dan da gec gəlir. Buna görə də 1-ci qoşa saatda da çoxu praktiki olaraq, dərsdə iştirak etmirlər. Bundan başqa, magistraturadakı dərslərin çoxu laboratoriyalarla, elmi-tədqiqat yönümlü fənlərlə əlaqədardır, axşamın bu vaxtında isə nə laboratoriya, nə elmi-tədqiqat? Beləliklə, magistratura dərsləri çox formal xarakter daşıyır.
Yeni tədris ili üçün isə V.Vəliyev magistraturanın tədris planlarını bir qədər də “təkmilləşdirib”. Kafedralara harada müzakirə olunduğu, harada qəbul edildiyi məlum olmayan yeni tədris planları göndərilib. Əvvəlki tədris planlarına əsasən magistrant 4 semestrin 3-də (yəni bir il yarım) auditoriya dərsi keçirdi, 4-cü semestr isə iki təcrübədə olurdu. Dissertasiya üzərində isə paralel olaraq 2 tədris ili müddətində işləyirdi. Yeni tədris planlarında magistraturada tədris əvvəlki kimi 2 ildə nəzərdə tutulub, ancaq, auditoriya dərsləri yalnız 1-ci tədris ilində (2 semestr) yer alıb. 2-ci tədris ilində isə hər biri 1 ay müddətində keçirilən Elmi-tədqiqat təcrübəsi və Elmi-pedaqoji təcrübə vardır, vəssalam. Yəni tələbələr 2-ci il demək olar ki, heç dərsə gəlməyəcəklər. Bəs nə ilə məşğul olacaqlar, axı iki ildir ki, rektor onların dissertasiya mövzularını universiteti bitirməyə 3 ay qalmış təsdiq etdirir? Bu sualın cavabı rektor V.Vəliyevin “sirridir”. Yenə tədrisdən kəsmək. Belə kəsilə-kəsilə hara qədər gedəcəyik?
Yuxarıda qeyd etdik ki, 2020-ci ildə təsdiq edilən “yeni” bakalvr tədris planları üzrə tələbələrin həftəlik tədris saatı 22 saata endirildi. Bəs bu real olaraq nə deməkdir? Əvvəlki tədris planları üzrə həftəlik tədris saatları 28 saat idi. İndi isə ixtisaslar birləşdirilsə də, həftəlik tədris saatları 22 saata endirilib. Ədalət naminə deyək ki, bunu V.Vəliyev etməyib, Təhsil Nazirliyi edib. Müqayisə üçün deyək ki, əgər yadınızdadırsa, bir vaxtlar sovet dövründə məktəb və institutlarda tədris həftənin 6 günü, hər gün adətən 6 saat olmaqla keçirilirdi. Bu isə həftədə 36 saat deməkdir. İndi isə − cəmi 22 saat. Bir də müqayisə üçün yada salaq ki, ibtidai məktəbdə, 1-ci sinifdə (!!!) məktəblilər 5 gün olmaqla, hər gün 4 akademik saat (hər bir akademik dərs saatı isə 45 dəqiqə olmaqla), yəni cəmi 20 akademik saat dərsdə otururlar. Deməli, bugünkü universitet tələbəsi bakalavriat demək olar ki, 1-ci siniflərin dərs rejimi üzrə oxuyur və real olaraq, 7 semestr, yəni 3 il yarım dərs keçir. Yekun buraxılış işi, kurs işi, kurs layihəsi də yoxdur. Ancaq hələ bundan da inciyən tələbələr (və rektorlar da) var.
Məsələyə başqa tərəfdən baxaq. 22 saatlıq tədris həftəsi o deməkdir ki, həftənin 4 günü 4 auditoriya saatı (iki qoşa saat), qalan bir gün isə 6 saat (3 qoşa saat) dərs keçilir. Yəni, saat 9:00-da dərsə başlayan tələbə saat 11:50-də dərslərini bitirib (iki qoşa saat), evə gedir. Saat 11:50 hələ demək olar ki, səhərdir, gün təzəcə başlayıb. Lap 1-ci sinif şagirdləri kimi. Belə də universitet olar? Buna görə də bütün günü boş qalan tələbə iş tapmağa, işləməyə çalışır. İşləyəndə də bu iki qoşa saatlıq dərsə gəlməyi də çətinləşir, dərsdən soyuyur... İndi AzTU-da bir çox fakültələr dərs saatları az olduğundan, hətta 4 günlük tədris həftəsinə keçiblər, dörd günün 3 günü 3 qoşa saat və bir günü 2 qoşa saat. Həftənin 3 günü isə tələbələr boşdur. Belə universitetdən hansı tələbə inciyər ki? Buna görə də V.Vəliyev universitetin auditoriya fondunu dağıdır, tədris auditoriyalarını öz şəxsi məqsədləri üçün boşaldır, yenicə alınmış partaları hesabdan silib, aparıb hara isə atır. Bəs bu 22 saatlıq tədris həftəsini kim qanuna salıb? İnsafən deyək ki, V.Vəliyev yox, Elm və Təhsil Nazirliyi (onu Elm və Təhsilsizlik Nazirliyi adlandırmaq daha doğru olardı)".

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Bu gün, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Bu gün, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Bu gün, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Bu gün, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Bu gün, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Bu gün, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Bu gün, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Bu gün, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Bu gün, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Bu gün, 17:27
Generalı nazir əvəzlədi
Bu gün, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Bu gün, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Bu gün, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Bu gün, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Bu gün, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Bu gün, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Bu gün, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Bu gün, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05
60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54
“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52
Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46
"Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35
"İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31
“Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30
Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21
Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14
“Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat - DOSYE
Bu gün, 12:07
"Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Bu gün, 12:05
“Dedi ki, donunu qaldır” - Küçədə qadını zorakılıqdan uşaqlar xilas edib
Bu gün, 12:04
DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR - QƏRAR VERİLDİ
Bu gün, 12:02
“Azon zavodu”nun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:58
Xankəndidə daha bir məktəb açılacaq
Bu gün, 11:55
Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
Bu gün, 11:52
“Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov
Bu gün, 11:47
Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi - DETALLAR
Bu gün, 11:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru