Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                     Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib .....                     "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub .....                     İmişlidəki qalmaqala deputatdan REAKSİYA .....                     “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir .....                     İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI .....                     Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi .....                     Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib .....                     Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər .....                     Ermənistanı seçkilər və riskli gələcək gözləyir .....                     “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi .....                     AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub .....                     “İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” .....                     Kürün daşması ehtimalı yüksəkdir: .....                     "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb .....                     AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "İrəvan teatrı niyə unudulub?" .....                     “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” .....                     Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu .....                     Bakıda mozaikaların bərpası davam edir .....                     “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə .....                 

Texniki Universitetin ADI DƏYİŞDİRİLSİN... - Müəllimlər TƏKLİF EDİR...
Tarix: 17-07-2023, 09:27 | Çap et
Texniki Universitetin ADI DƏYİŞDİRİLSİN...
DİA.AZ: - "Azərbaycan Texniki Universitetinin (AzTU) təcrübəli müəllimlərindən bir qrupu yenə də yalnız universitetimizdə deyil, həm də ölkəmizin aşağıdan yuxarıyadək bütün təhsil sistemində yaranmış vəziyyətlə və bu vəziyyətin nəticələri olan faktlarla Respublika ictimaiyyətinə, əlaqədar rəsmi dövlət təşkilatlarına və vəzifəli şəxslərə müraciət etmək məcburiyyətindədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalənin ƏVVƏLİ BURADA: Təhsil sistemində TEXNİKİ NASAZLIQ... - NAZİRİN NƏZƏRİNƏ...

Məqalənin davamında deyilir: "Humanitar fənlər haqqında ətraflı danışaq. Humanitar fənlər texniki ixtisaslar üçün tədris planlarının 2020-ci ildə təsdiq edilmiş son variantlarında demək olar ki, ümumi tədris saatlarının üçdə birini təşkil edir! Biz sovet dövründəki kimi “sovet ictimai xadimi” hazırlayırıq, yoxsa mühəndis kadrları? Əgər biz bakalavrlar üçün cəmi 4 illik tədris müddəti olan Bolonya sisteminə keçiriksə, bəs humanitar fənlər niyə saxlanılır? Tədris planlarının 2020-ci il versiyalarında humanitar fənlər bölməsi gözdən yayındırılmaq üçün “Ümumu fənlər bölməsi” adlandırılıb, ancaq bununla onların mahiyyəti dəyişməyib. Yadımızdadır ki, Sovet dövründə bütün ali təhsil müəssisələrinin bütün ixtisaslarında “Kommunist partiyasının tarixi”, “Siyasi iqtisad”, “Marksizm-Leninizm fəlsəfəsi”, “Elmi kommunizm” adlı siyasiləşdirilmiş fənlər var idi. Bu fənlərin hər biri 2 semestr tədris edilirdi və ixtisasından asılı olmadan hamı üçün ən əsas fənlər hesab edilirdi. 30 ildən artıqdır ki, Sovet sistemindən uzaqlaşsaq da, ali təhsildə Bolonya sisteminə keçsək də, hələ ali təhsilimiz bu fənlərin kölgəsindən xilas olmayıb. Yenə də texniki ixtisasların tədris planlarında Tarix, Fəlsəfə, İqtisadiyyat, Sosiologiya, Etika və estetika, Məntiq, Konstitusiya və hüquq, Politologiya və s. adlarla humanitar fənlər qalmaqdadırlar və tədris saatlarının xeyli hissəsini tuturlar. Məgər biz politoloq hazırlayırıq? 22 saat məhdudiyyəti ilə çox mühüm ixtisas fənlərini daxil etmək üçünsə tədris planlarında yer yoxdur!
Hələ bunlara əlavə olaraq, əvvəllər heç vaxt olmayan “Azərbaycan dili” fənni də əlavə olunub (???). Bu fənnin isə tarixi belədir. Müstəqilliyimizin ilk illərində, 90-cı illərin əvvəllərində texniki yönümlü universitetlərdə rus dilli tədris sektoru demək olar ki, ümumi qəbulun 30-40%-ni təşkil edirdi. O vaxtlar azərbaycan sektorunda sovet ənənəsi üzrə Rus dili fənni tədris edilirdi. Çoxlarında belə bir sual yaranırdı: “azərbaycan sektorunda rus dili tədris edilirsə, niyə bəs rus sektorunda azərbaycan dili tədris edilməsin?”. Və təcili olaraq, universitetlərdə Azərbaycan dili kafedraları yaradıldı, müəllimlər toplandı, rus sektorunun tədris planlarına “Azərbaycan dili” fənni daxil edildi. Sonra bir neçə ildən sonra azərbaycan sektorunda tədris planlarından “Rus dili” fənni məcburi fənn kimi çıxarıldı, rus sektoruna isə qəbul azaldı... Bəs Azərbaycan dili kafedraları necə olsun, müəllimlər necə olsun, işdən çıxarılsınlarmı? Sualın çox sadə cavabı tapıldı – azərbaycan sektorunda bakalavr tədris planlarına “Azərbaycan dili” fənni əlavə edilsin (???). Təbii sual yaranırdı ki, bəs orta məktəbdə bu tələbələr 11 il azərbaycan dili oxuyublarsa, texniki universitetdə niyə yenidən oxumalıdırlar və bu, onlara əlavə olaraq, nə verəcək? Çıxış yolunu da onda tapdılar ki, fənnin adını maskalayaraq, bir qədər dəyşdirmək lazımdır, məsələn, “İşgüzar azərbaycan dili”. Baxın, bizim nazirliyimiz Bolonya sisteminə belə keçir, texniki ixtisasların tədris planlarını belə mülahizələr əsasında formalaşdırır.
Digər tərəfdən, görünən odur ki, bizim ali təhsil sistemimiz Rusiyanın ali təhsil sisteminin dalınca sürünür. Bu da yəqin ki, 5-ci kolonun “fəaliyyəti” nəticəsində baş verir. Rusiya 2004-cü ildə Bolonya sisteminə daxil oldu, biz 2005-ci ildə daxil olduq. Bəs 2005-ci ilə qədər biz 14 il idi ki, müstəqil idik, niyə Bolonya sistemi haqqında düşünmürdük? İndi isə son ildə Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi nəticəsində Rusiya Federasiyası bütün Avropa qurumlarından qovulub, xaric edilib. Və Rusiya indi (pərt olmamaq üçün) üzünü Asiya və Afrika ölkələrinə döndərib. Bizi isə Avropadan qovan yoxdur ki. Amma biz də son aylar Elm və Təhsil Nazirliyinin vəzifəli şəxslərinin mediadakı çıxışlarından eşidirik ki, orta təhsilimizdə Sinqapur (???) sisteminin tətbiq edilməsinə hazırlıq gedir. Ayıb deyilmi? Bu məsələdə deyəsən, biz hətta Rusiyanı da qabaqlayırıq. İndi onlar bizim ardımızca gəlsinlər. Əgər nazirliyimizdə Asiya təhsil sisteminə keçməyi çox istəyirlərsə, heç olmasa, inkişaf etmiş ölkələrdən birini seçəydilər, məsələn Yaponiyanı və ya ən azı Çini, yoxsa Sinqapur haradan ağıllarına gəldi? Bəs növbəti dəfə papuasların təhsil sisteminə keçmək necə olar? Deməli, orta məktəbdə təhsil alan bir nəsil üşaqlarımızın da başını Sinqapur sistemi ilə aldadacaqlar? Ölkə üçün strateji, həyati əhəmiyyətli, taleyüklü belə qərarları kim qəbul edir? Elm və Təhsil Nazirliyində məsul vəzifələr tutan, yayın istisində də qara kostyum və qalstukda gəzən, xaricdə təhsil almış “gənc mütəxəssislərimiz”, yoxsa şəxsən magistr-nazirimiz Emin Əmrullayev? Onlar Sinqapur sistemini tətbiq etməklə hesabat verəcəklər ki, bir beynəlxalq səviyyəli “layihəni” də müvəffəqiyyətlə həyata keçirdik.
Maraqlıdır ki, əvvəl bizdə nazirlik Təhsil Nazirliyi adlanırdı, indi isə Rusiyada olduğu kimi – Elm və Təhsil Nazirliyi oldu. Onda heç olmasa Rusiyaya baxıb, orta təhsil sistemi üçün ayrıca Maarif Nazirliyi də yaradaydılar və o, yalnız uşaq bağçaları və məktəb sistemi ilə məşğul olaydı. Bu, pis olmazdı. Yoxsa, uşaq bağçalarından tutmuş, orta məktəblər, texniki-peşə məktəbləri, kolleclər, universitetlər və keçmiş Elmlər Akademiyasının elmi-tədqiqat institutlarına qədər hamısını yığıb, bir qazana töküblər. Yazıq nazir bu kolxozu necə idarə etsin, magistr Emin Əmrullayev olmasın, kim olur, olsun? Həm də magistr-nazir elmi-tədqiqat institutlarının aralarında hətta akademiklər də olan direktorlarına necə rəhbərlik edə bilər? Suallar və uyuşmazlıqlar çoxdur...
Bu yaxınlarda nazir Emin Əmrullayev çıxışlarının birində dedi ki, bakalavr təhsilinin müddətini 3 ilə endirmək lazımdır, çünki xarici ölkələrdə 3 illik bakalavriatura təhsili də var. Vəssalam... Gələcək “inkişafımızın” növbəti istiqaməti də anons edildi!
Onlar tədrisimizi birdəfəlik kökünü kəsmək üçün daha hansı yollar axtarıb tapacaqlar?
Orta təhsilimizin haqqında isə biz müzakirə açmaq istəmirik. Bu, çox böyük və çox da ağrılı bir məsələdir. Ali təhsilimizin səviyyəsizliyinin bir çox bəlalarının bünövrəsi orta təhsil sistemində qoyulur. Yenə bu yaxınlarda nazir Emin Əmrullayev çıxışlarının birində etiraf etdi ki, “bizim orta məktəblər şagirdlərə bilik vermir”. Hamıya məlumdur ki, məktəblilər orta təhsili az-çox yalnız repetitorların pullu xidməti sayəsində alırlar. Hamıya məlumdur ki, orta məktəbin ən azı 9, 10, 11-ci siniflərində, 3 il müddətində şagirdlər demək olar ki, dərsə getmirlər. Hərdən bir, hər sinifdə növbə ilə dərsə gəlirlər ki, kənardan baxanda məktəbdə şagird, dərs görüntüsü yaransın. Bu, hamıya məlumdur.
Deməli, 5-ci kolon öz tapşırıqlarını yaxşı icra edib və icra etməkdədir. Çox təəssüf...
Vilayət Vəliyev isə 4 ildir ki, həmin tapşırıqları öz rəhbərlik etdiyi universitet miqyasında “müvəffəqiyyətlə” yerinə yetirir. Ölkəmizin 30 ildən artıq bir dövrdə separatizmdən əziyyət çəkdiyi, separatizmə qarşı mübarizə apardığı bir dövrdə rektor Vilayət Vəliyev Azərbaycan Texniki Universiteti adında SEPARAT bir MUXTAR VİLAYƏT yaradıb və orada özünün icad etdiyi qanun-qaydaları tətbiq etməklə məşğuldur. Bu separat Muxtar Vilayətdə Azərbaycan qanunları və normativ sənədləri qüvvədə deyil, Vilayət qanunları qüvvədədir. Bu haqda ictimaiyyətə nə qədər məlumat veririksə, müvafiq vəzifəli şəxslər və əlaqədar dövlət təşkilatları bir maraqlanmırlar ki, bir gedək görək, yoxlayaq, bu müəllimlərin yazdıqları doğrudur, ya yalan?
Görək, Vilayət separatizminə nə vaxt son qoyulacaq...
Yəqin o vaxt ki, V.Vəliyev AzTU-nun əsas binasının üzərində olan “Azərbaycan Texniki Universiteti” yazısını sökdürüb, əvəzində “Vilayətin Muxtar Vilayəti” yazdırsın.


Hörmətlə,
Azərbaycan Texniki Universitetin
müəllimlərindən bir qrupu"

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Bu gün, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Bu gün, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Bu gün, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Bu gün, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Bu gün, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Bu gün, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Bu gün, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Bu gün, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Bu gün, 17:27
Generalı nazir əvəzlədi
Bu gün, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Bu gün, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Bu gün, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Bu gün, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Bu gün, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Bu gün, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Bu gün, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Bu gün, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05
60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54
“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52
Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46
"Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35
"İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31
“Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30
Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21
Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14
“Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat - DOSYE
Bu gün, 12:07
"Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Bu gün, 12:05
“Dedi ki, donunu qaldır” - Küçədə qadını zorakılıqdan uşaqlar xilas edib
Bu gün, 12:04
DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR - QƏRAR VERİLDİ
Bu gün, 12:02
“Azon zavodu”nun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:58
Xankəndidə daha bir məktəb açılacaq
Bu gün, 11:55
Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
Bu gün, 11:52
“Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov
Bu gün, 11:47
Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi - DETALLAR
Bu gün, 11:42
Bakıda parkinq böhranı… - “Azparking”in zəbt etdiyi yollar boşaldılacaq
Bu gün, 11:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru