Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                     Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                 

“Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Tarix: 18-11-2024, 12:41 | Çap et
“Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq”
Azərbaycan mədəniyyətini və incəsənətini dünyada tanıdan böyük sənətkarlarımız həmişə olub. Sevindirici haldır ki, həmin görkəmli insanların yolunu davam etdirən gənclərimiz də var. Turan Manafzadə məhz belə gənclərdəndir.

Turan xanım İstanbuldakı Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyasında həm fortepiano, həm də dirijorluq sinfini bitirib. Dirijor, bəstəkar və pianoçu kimi uğur qazanan istedadlı musiqiçi tez-tez dünyanın müxtəlif ölkələrində, məşhur səhnələrdə çıxışlar edir, mədəniyyətimizin Elçisinə çevrilir. Qardaş Türkiyə Cümhuriyyətinin 100 illiyinə bəstələdiyi Marş azərbaycanlı sənətçiyə böyük uğur qazandırıb, qısa müddətdə əsəri 5 milyondan çox insan dinləyib.

Təkcə elə son bir neçə ayda Turan Manafzadə Londonda, Madriddə, İstanbulda, Tiranada çıxışlar edib və alqışlarla qarşılanıb. Yaradıcılıq işlərinin, konsert və qastrollarının çoxluğuna, vaxtının azlığına rəğmən Turan xanım “Reytinq” qəzetinin suallarını cavablandırmağa vaxt tapa bildi:

- Musiqiçi ailəsində dünyaya gəlmisiniz. Turan xanım musiqini seçmədi, musiqi Turan xanımı seçdi, - demək olarmı?

- Tanınmış pedaqoq və pianoçu, Əməkdar artist İslam Manafovun ailəsində böyüməyim dünya görüşümə, musiqi duyumuma şübhəsiz ki, öz təsirini göstərib, kiçik yaşlarından musiqi təhsili almağa başlamışam. Orta məktəbdə oxuyanda əksər yaşıdlarım kimi gələcək peşə seçimim, karyeram barədə düşünürdüm və bəlkə də qəribə görünə bilər, musiqiçi yox, tamam fərqli sahədə məslək sahibi olmaq istəyirdim. Sonra iş elə gətirdi ki, atamın pedaqoji və musiqiçi fəaliyyəti ilə bağlı ailəmiz Türkiyəyə köçdü. Məslək seçimi dövrü gəlib çatanda məhz valideynlərimizin qərarı ilə həm mən, həm də qardaşım Abuzər musiqini seçməli olduq və səkkizinci sinifdən Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyasına hazırlaşmağa başladıq. Həm hazırlıq prosesi, həm də qəbul imtahanları çətin olsa da, Abuzərlə bunu bacardıq və qəbul olunduq. Yadımdadır ki, həmin vaxt müəllimlərimizdən biri tələbə yoldaşlarımıza dedi ki, möhkəm dayanın, iki azərbaycanlı canavar gəlib...

Sualınızın cavabını detallı anlatmağım səbəbsiz deyil, görünür, valideynlərim istedadımı doğru duydular və məni daha düzgün yönləndirdilər. Konservatoriyada təhsil alarkən buna bir daha əmin oldum və musiqi üçün doğulduğumu anladım.

- Musiqini bəşəriyyətin universal dili adlandırırlar. Avropa ölkələrində konsertlər verən, böyük səhnələrdə uğur qazanan bəstəkar, dirijor və ifaçı kimi bu fikirlə razısınız yəqin ki...

- Əlbəttə, musiqinin güclü və effektiv bir dili var, sözlə, görüntü ilə ifadə oluna bilməyən duyğuları belə çatdırmağa gücü yetir, birbaşa insanın ruhuna təsir edə bilir.

Musiqi həm də mədəniyyət diplomatiyasının güclü qollarından biridir. Siyasilərin bəlkə də illərlə həllinə çalışdığı hansısa bir məsələni bəzən uğurlu bir musiqi əsəri həll edə bilir. Musiqi - dövlətlər, xalqlar, mədəniyyətlər arasında körpü salan, əlaqələr quran, insanları barışa səsləyən bir sənətdir. Ona görə də düşünürəm ki, mədəniyyət diplomatiyasından doğru-düzgün yararlanmağı bacarmalıyıq.

- Xalqımız işğala məruz qaldığı 30 il ərzində çox acılar çəkdi. Başımıza gətirilən bəlaları incəsənətin müxtəlif janrlarının dili ilə çatdırmağa çalışdıq. Bu baxımdan qardaşınız Abuzər Manafzadənin bəstələdiyi və sizin ifa etdiyiniz Xocalı qətliamına həsr olunan əsər mühüm əhəmiyyət kəsb edir. Əcnəbi dinləyicilər faciə barədə çatdırmaq istədiyiniz mesajı necə qəbul edir?

- Abuzər bu əsəri müharibələrə, insanlığa qarşı soyqırımlara protesto kimi yazıb. Bəşəri duyğuları, dünyanın indiki vəziyyətində isə həm də çox aktual səslənən bu əsər çox maraqla qarşılanır. Qardaşımın “Xocalıya” əsərini dünyanın müxtəlif ölkələrində ifa edirəm, çalışıram ki, faciə qurbanlarının ağrı-acılarını, yaşadıqları dəhşətləri dinləyicilərə, xüsusilə əcnəbi tamaşaçılara çatdıra bilim. Müəllif də, ifaçı olaraq mən də hesab edirik ki, istədiyimizə nail oluruq. Bayaq qeyd etdiyim kimi, musiqinin unikal dilinin gücü də elə bundandır.

Bizim dövrün insanları maraqlı tale yaşayır, biz müharibələr, məğlubiyyətlər gördük, acılar çəkdik. Həm də böyük Zəfərin şahidi olduq. Bu gün Qarabağımız, dünyaya böyük musiqiçilər, nəhəng tarixi şəxsiyyətlər bəxş edən Şuşa azaddır, ölkəmizin suverenliyi tam bərpa olunub. Azad edilən ərazilərimizdə geniş quruculuq işləri görülür. Bu gün daha Qarabağın adı savaş xəbərlərində deyil, böyük mədəniyyət tədbirlərində hallanır. Biz hamımız, bütün insanlar buna çalışmalıyıq ki, dünyanın hər yerində barış olsun, müharibələr, Xocalıda yaşanan faciələr bir də təkrarlanmasın.

- Musiqimizi Avropada və dünyada daha yaxından tanıtmaq üçün nələr etməliyik?

- Söhbətimizin əvvəlində incəsənətin, özəlliklə də musiqinin gücündən, dövlətləri, xalqları tanıtmaq üçün ondan düzgün istifadədən danışdıq. Bu gün musiqimizi dünyada tanıtmaq üçün geniş imkanlar yaranıb. Təbii ki, biz də bu imkanlardan faydalanıb muğamlarımızı, milli musiqimizi, klassik və müasir bəstəkarların yaratdığı əsərləri təbliğ etməyi bacarmalıyıq. Bəs bunu necə etmək lazımdır,- sualı hər zaman aktualdır.

Milli muğamlarımızla yanaşı dünyanın duya, anlaya biləcəyi dildə ölməz əsərlər yaradan görkəmli bəstəkarlarımızı tanıtmalıyıq. 24 ildir Türkiyədə yaşayan musiqiçi kimi deyə bilərəm ki, Azərbaycan bəstəkarlıq məktəbinin çox parlaq nümayəndələrini qardaş ölkədə yetərincə tanıda bilməmişik.

Pianoçu kimi müxtəlif ölkələrdəki konsertlərimdə repertuarı qurarkən çalışıram dünya və Avropa müəllifləri ilə yanaşı Azərbaycan bəstəkarlarının da əsərləri yer alsın. Ölkəmizi xaricdə təmsil edən hər bir musiqiçi bu məsələlərə diqqət ayırmaqla Şərqlə Qərbin qovşağında yerləşən, mədəniyyətlərarası dialoqa böyük önəm verən, müsəlman aləmində ilk opera, balet, simfoniya yaradan Azərbaycanın təbliğinə töhfə verə bilər. Zalda oturan əcnəbi tamaşaçı anlamalıdır ki, ölkəmiz qədim tarixə və zəngin bir kültürə sahibdir, Qərbin modern mədəniyyətinə hörmət etməklə yanaşı öz milli mənəvi dəyərlərini də qorumağı bacarır.

- Bəstəkar, dirijor, pianoçu, vokalçı.... Turan xanım musiqiçi kimi özünü daha çox harda rahat hiss edir - əsər bəstələyəndə, dirijor pultu arxasında, yoxsa mikrofon önündə?

- Əvvəla bütün bu peşələri birləşdirən gözəl bir məqam var, o da musiqidir. Məşq zamanı və ya səhnədə tamaşaçı qarşısına çıxarkən bəstəkar, dirijor, pianoçu kimi özümü fərqli-fərqli xarakterlərdə hiss edirəm. Çünki ayrı-ayrılıqda bu sənətlərin hamısı insandan zəka, zəhmət, peşəkarlıq və tələbkarlıq istər. Ona görə də hansında daha rahat hiss etdiyimi deyə bilməyəcəm, əsas odur ki, mən musiqidə öz istedadımı realizə etməyi bacarıram, bu işin məsuliyyətini dərk edirəm. Gənc yaşımda Azərbaycanın dövlət sənətçisiyəm, Əməkdar artist fəxri adına layiq görülmüşəm. Yaşadığım Türkiyədə, o cümlədən, çıxışlar etdiyim xarici ölkələrdə Vətənim Azərbaycanı layiqincə təmsil etməyə çalışıram. Məncə önəmlisi də budur.

- Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə bağlı yazdığınız marş böyük maraqla qarşılanıb. Türkiyə mediasında, bizim mətbuatda, eləcə də sosial şəbəkələrdə bu marş haqqında yetərincə müsbət fikirlər səslənir...

- Dünya xəritəsində yeri, politika, ekonomi və hərbi sahədə sözü olan Türkiyə kimi strateji ölkənin Cümhuriyyətinin 100 illiyi sıradan bir olay deyil, həqiqətən də tarixi hadisədir. Mən də yaradıcı insan olaraq bu tarixi önəmi duyulan hadisəyə töhfə vermək istədim və “Türkiyə-100” adlı marş bəstələdim.

Əsərimi həm tanınmış siyasi xadimlər, həm də milyonlarla insan böyük maraqla qarşıladılar, isti, doğma bir münasibət bəslədilər. Marşı məktəblilərin, tələbələrin necə həvəslə ifa etdiyini görmək müəllif kimi məni duyğulandırır. Bəzi təhsil ocaqları məni onur ödülü ilə təltif edib.

Əsərlə bağlı daha bir məqamı vurğulayım, bu gün “Türkiyə-100” marşı türkdilli dövlətlərdə də sevilə-sevilə ifa olunmaqdadır, həmin ölkələrdə yaşayan insanlar milli musiqi alətlərində bu əsəri ifa edir və çəkib mənə göndərirlər.

Cümhuriyyətin 100 illiyinə belə bir marşın məhz azərbaycanlı gəncin yazması düşünürəm ki, ölkəm və şəxsim adına qürurverici hadisədir. Mən bu uğurun sevincini yaşamaqdayam, amma yaradıcılıqda dayanmaq, gördüyüm işlərlə kifayətlənək olmaz. Necə deyərlər, ömür bitər, sənət bitməz.

- Söhbətimizin əvvəlində üzləşdiyimiz faciələrlə bağlı məsələyə toxunduq. Qarabağda qazanılan tarixi zəfərimizlə bağlı əsər barədə düşünürsünüzmü?

- Türkiyədə təhsil alsam da, burda yaşayıb sənət uğurları qazansam da Azərbaycan daim qəlbimdədir. Ana Vətənimin əldə etdiyi hər bir nailiyyət təbii ki, məni sevindirməyə bilməz. Vətənə olan sevgimi hər zaman yaradıcılığımda əks etdirməyə çalışıram, “Azərbaycanım” və “Yüksəliş” əsərlərim məhz bu sevgidən doğub. Gələcəkdə də ana yurdum haqqında yeni əsərlərimin olacağını düşünürəm.

- Turan Manafzadənin Bakı konsertini nə vaxt gözləyək?

- Əziz Bakıda konsert vermək mənim üçün həmişə xoşdur. Burada yaşayan insanların musiqiyə, sənətə necə tələbkar yanaşdığını musiqiçi ailəsində böyüyən bir insan kimi gözəl anlayıram. Ona görə də Bakıdakı çıxışlarıma xüsusi hazırlaşıram. Burada konsertlərim olanda dostlarım, doğmalarım, hətta şəxsən tanımadığım insanlar əldə etdikləri biletləri sosial şəbəkələrdə paylaşırlar. Bu da mənə fərqli bir motivasiya verir. Sizinlə bu söhbətimizdə növbəti Bakı konsertimin vaxtını dəqiq söyləyə bilməsəm də, onu deyə bilərəm ki, yeni layihələrim var və çalışacağam bu konsertlər təkcə paytaxtda olmasın, ayrı-ayrı bölgələrimizi də əhatə etsin.

- Sizi tezliklə Vətəndə görmək ümidi ilə...

- Sayğı və sevgilərlə.

Etibar CƏBRAYILOĞLU
Reyting.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27
Generalı nazir əvəzlədi
Dünən, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Dünən, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Dünən, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Dünən, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Dünən, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Dünən, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Dünən, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru