Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                     Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                 

İSGƏNDƏR HƏMİDOVDAN ŞOK İRAN AÇIQLAMASI
Tarix: 4-10-2012, 09:14 | Çap et
İSGƏNDƏR HƏMİDOVDAN ŞOK İRAN AÇIQLAMASI
“AMERİKA MƏCBURDUR Kİ, AZƏRBAYCANIN BÜTÜNLÜYÜNƏ “STAVKA” ETSİN”

DİA.AZ: - Müsahibimiz 1988-90-cı illər Azərbaycan Xalq Hərəkatında müstəsna xidməti olmuş, Azərbaycanın keçmiş Daxili İşlər Naziri İsgəndər Həmidovdur. Hər halda, bu gün ölkədə baş verən olaylar, həmçinin Azərbaycanın regiondakı mövqeyi, Azərbaycanla bağlı dünya güclərinin maraqları müstəvisində kifayət qədər məlumatlı şəxs hesab olunan İsgəndər Həmidov gözəl müsahibdir. Keçmiş nazirin DİA.AZ-a müsahibəsini təqdim edirik:

- İsgəndər bəy, bir neçə gün əvvəl ABŞ tərəfindən dünyanın yeni xəritəsi açıqlandı və həmin xəritədə Güney və Quzey Azərbaycan birləşmiş şəkildə göstərilmişdi. Və təsadüfi deyil ki, ekspertlər Amerikadan yayılan bu yeni dünya xəritəsini həm də dünyanın yeni şəkli kimi təqdim etdilər. Bu nə deməkdir? Sizcə, İranı işğala hazırlaşan ABŞ Azərbaycanın bütövlüyü məsələsinə loyal yanaşacaqmı?

- Tarixə bir ekskurs edək. Bu günə kimi ABŞ İranda yaşayan Azərbaycan türklərini etnik qrup adlandırıb. Dövlət Departamentinin buna qədər açıqlanan sənədlərinə görə də İran federativ dövlət olmalı idi. Orada kürdlərə, bəluclara, farslara müxtar dövlət qurma haqqı tanınırdı, tək Güney Azərbaycan türklərindən başqa. Amma gördülər ki, bu plan effekt vermədi. Və sonradan plan dəyişdi. Hillari Klinton «etnik azərbaycanlılar» şəklində ifadə etməklə olsa da, Güney Azərbaycan türklərinin haqqını tanıdı. Amma mən yenə də ABŞ rəsmilərinə, başda Hillari Klinton olmaqla onlara bildirirəm ki, Azərbaycan türkləri İran deyilən ərazidə etnik azlıq deyillər və onlar bu gün də İranın superetnosu olmaqla yanaşı yerli aborigenlərdir.

O ki qaldı ABŞ-ın Güneylə Quzeyin birləşməsinə loyal yanaşmasına, mən burada səmimiyyət görmürəm. Sadəcə olaraq rəsmi Vaşintqton bizə bir vasitə kimi baxır. Və biz də kiminsə əlində alət olmalı deyilik. Bizim məramımız ondan ibarət olmalıdır ki, dünya güclərinin siyasətində öz milli maraqlarımızı güdək. Amma mən yaxşı bilirəm ki, Qərbin, ABŞ-ın Azərbaycanın birləşməsi ilə bağlı səmimi niyyətləri yoxdur, onlar sadəcə olaraq buna məcburdurlar. Yəni qısa şəkildə desək, bu gün ABŞ-ın milli dövlət maraqları Azərbaycanın birləşməsini zəruri edir.

- Ərdəbilin imam-cüməsi Seyid Həsən Amili ABŞ-ın bu xəritəsinə reaksiya verib və bildirib ki, İranda Azərbaycan türkləri yerli hakimiyyətdən, quruluşdan narazı deyillər. Bəy, bu bir təsadüfdürmü ki, hər zaman “özümüzünküləri” bizə qarşı danışdırırlar?

- Birinci o xəritənin yayımını mən alqışlayıram. Allah eləsin ki, həmin xəritədə əks olunan dövlət qurulsun və paytaxtımız Təbriz olsun. Qədim türk məsəli var. Meşəyə deyirlər ki, kimdən qorxursan, deyir baltadan. Deyirlər niyə, deyir ki, çünki sapı özümüzdəndir. Seyid Həsən Amili də sapı özümüzdən olan baltalardandır və təəssüflər olsun ki, milli kimliyini unudaraq farslara nökərçilik yolunu tutub.
O ki qaldı imam-cümənin açıqlamasına, Amili gedib Təbrizdə fars dilində danışmağa cəsarət edərsə, mən də onun sözlərini həqiqət kimi qəbul edərəm. Seyid Həsən Amili kimilər heç bir halda Güney Azərbaycan türklərini təmsil edə bilməzlər. Mən İranda da olmuşam. Və orada da görmüşəm ki, fars əsarəti altında olan soydaşlarımız bizdən də betər həsrət çəkirlər. Mən bu kimi səbəblərdən Seyid Həsən Amiliyə milli qeyrət arzulayıram və ona öz vətəninin müstəqil parçası olan bugünkü Azərbaycan dövlətinə qarşı mola rejiminin apardığı təbliğatdan çəkilməyi məsləhət görürəm. Amilinin sözlərindən belə çıxır ki, bu gün Güney Azərbaycan türkləri ən primitiv, ən ibtidai milli haqqlarını tələb etdiklərinə görə farslar tərəfindən işgəncələrə məruz qalmalarından, edam olunmalarından, təqib olunmalarından, vətənlərindən didərgin düşmələrindən məmnundurlar? Sizcə də gülməli deyilmi? Kim işgəncədən məmnun ola bilər?».

- Bir neçə gün əvvəl Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov da Seyid Həsən Amilinin açıqlamasına bənzər bir açıqlama ilə çıxış etdi və bildirdi ki, kimsə İranla Azərbaycanın dostluğunu poza bilməz. Biz nə zamandan dost olmuşuq? Buna nə deyirsiniz?

- Çox gülməli və acınacaqlı bir vəziyyətdir. Bir “Avroviziya” yarışması keçirələndə İran narazılıq edirdi və həmin əsgərovlar İranı yıxıb sürüyürdü. Amma 35 milyonluq Azərbaycan türkünün haqqının pozulması məsələsi gələndə, deyirlər ki, İranla Azərbaycan dostdur. 35 milyonluq Azərbaycan türkünün haqqı “Avroviziya” yarışması qədərində əhəmiyyətli deyilmi?

- “Röyters” agentliyi yazdı ki, İrana qarşı hücumlarda Azərbaycanın ərazilərindən istifadə olunacaq. Amma rəsmi Bakı bunu dandı? Nə baş verir? Hakimiyyətin məxfi anlaşmasımı ifşa olunub, yoxsa Əhmədinejadın səfəri öncəsi məhz bu şəkildə açıqlamalar verilməlidir?

- Əhmədinejad Azərbaycana gəlir və çox güman ki, bu məsələlərlə bağlı rəsmi Bakıdan izahat istəyəcək. Qəribə və gülməlidir. “Röyters” kimi nüfuzlu agentliyin xəbəri yoxdur ki, Azərbaycanda İ5rana qarşı hərbi əməliyyatlar üçün istifadə oluna biləcək 4 hərbi hava limanı yoxdur. Ona görə də, bu məlumatı inandırıcı hesab etmirəm. Çünki Azərbaycan iqtidarı o qədər qorxaqdır ki, hətta İran dağılanda belə bu prosesə qoşulmayacaq. Cəsarətli hakimiyyət olsmaydı, özü belə müharibəyə qoşulardı.
İranda ortamənzilli raketlər var. Hər halda, bu məlumatda bir təxribat var ki, İran həmin raketlərini Azərbaycana qarşı yönəltsin. Və digər tərəfdən, ən qorxulusu odur ki, İran bu kimi provokasiya xarakterli məlumatların təsiri altında Güneydəki soydaşlarımıza qarşı zülmkarlığını daha da artırar.
İranın məsələsi artıq həll olunub. Amma İraqda, Əfqanıstanda gedən müharibələr ABŞ-ı ehtiyatlandırıb, gördülər ki, müsəlmanlar inanclı olduqlarından onlara qarşı savaşmaq o qədər də asan deyil. Ona görə də İrana qarşı ən böyük silah kimi etnik məsələni qaldırırlar. Yəni bu səbəbdən onların yadına Azərbaycanın bütövlüyü problemi düşüb.

- Azərbaycan ABŞ-İran münasibətlərində hansı mövqeldə dayanmılıdır?

- Azərbaycan istənilən halda Güney Azərbaycan türklərinin milli haqqları, İranda demokratiya prizmasından bütün məsələlərə yanaşmalıdır. M üharibə olsa da, başımıza bomba töksələr də, bu siyasi xətt tutulmalıdır.
Amma ABŞ da ağılsız deyil və əgər İrana qarşı hərbi əməliyyatlar başlayarsa, o zaman Qərb Azərbaycana qarantiya verməli olacaq. İstənilən halda ABŞ Azərbaycanın İranın raket hücumundan qorumalı olacaq.
Digər yandan, müharibənin ilk günlərində Güneydən Quzeyə 5-6 milyon qaçqın gələcək. Bu da böyük qüvvədir. Çünki onlar əsgər olacaqlar və Quzey Azərbaycan bunu dəyərləndirməlidir. Həmin əsgəri gücdən elə şəkildə istifadə etməlidir ki, Quzey Azərbaycan İran dağılanda Türkiyənin İraqın işğalı zamanı düşdüyü duruma düşməsin. Yəni biz fürsətimizi fövtə verməli deyilik. Bu, bir tarixi şansdır.

- Amerika əgər İranı dağıtmaq istəyirsə, Azərbaycan birləşərsə, regionda ikinci böyük türk dövləti yaranmış olacaq. Sizcə buna ABŞ razı ola bilərmi?

- Təbii ki, ABŞ bunu istəmir. Heç İsrail, İngiltərə, Rusiya da istəmir. Amma biz əlimizə düşən tarixi fürsəti dəyərləndirib, böyük Azərbğaycan dövlətini qurarıqsa, buna qarşı kimsə gedə bilməz və bu tarixi gersçəkliklə hər kəs barışmalı olacaq.

- İrana qarşı hərbi əməliyyatlar başlayarsa, bu bizis üçün həm də Qarabağın qaytarılması üçün bir vasitə ola bilərmi? Çünki dünənə qədər Qərb tərəfindən, beynəlxalq təşkilatlar tərəfindən verilən bəyanatlarda, səslənən iradlarda göstərilirdi ki, onlar regionda müharibənin başlamasından ehtiyatlanırlar. İndi isə regionda həmin müharibə istəməyən qüvvələr müharibə başlayır. Biz bu fürsəti dəyərləndirə bilərikmi?

- Əgər biz o fürsəti əlimizdən versək, nə tarix, nə də gələcək bizi bağışlamayacaq. Qarabağın azadlığı Təbrizlə Bakının bir yerdə olmağından keçir - mən bunu əvəldən demişəm. Bu gün Şimali Azərbaycanda Qarabağı unudurlarsa, Güneydə kimsə Qarabağı unutmayıb, hətta futbol matçında da “Qarabağ” hayqırtısı bir ənənə halını alıb.

- Yəni ABŞ İrana girən kimi, biz də Qarabğağa girməliyik?

- Nəinki girməliyik, biz ABŞ, Qərb qarşısında bu şərti irəli sürməliyik. Bunu bilin, burada əsas hədəf heç də İran deyil. Əsas hədəf Rusiya və Çindir. Və bu iki ölkə üçün İran əsas baza rolunu oynayır. Ona görə də bizlər borcluyuq ki, bu fürsətdən yararlanaq. Buna borcluyuq.

- Bir neçə gün əvvəl məlum oldu ki, Azərbaycan Qəbələ RLS-i daha 2-3 illik Rusiyaya verir? Sizcə Qəbələ RLS Rusiyada qaldığı müddət boyunca İrana qarşı hərbi əməliyyatlar ola bilərmi? Çünki bu prosesdə əgər Azərbaycan vacib nöqtədirsə və Rusiya da bu prosesdə hədəflərdən biridirsə, o zaman belə bir qənaət ortaya atmaq olarmı ki, müharibə 2-3 illik ertələnir?

- Biz AXC iqtidarı dövründə rusları Qəbələ RLS-dən qovmuşduq və onların heç bir əlaqələri yox idi. Sonradan Heydər Əliyevin dövründə ili 5 milyon dollara Qəbələ RLS-i Rusiyaya icarəyə verdilər. Sözsüz ki, Qəbələ RLS regionda böyük əhəmiyyətə malikdir. Amma bu gün Qəbələ RLS-in Rusiyanın əlində olması belə ABŞ-ın İranla bağlı hərbi əməliyyat planını poza bilməz. Qəbələ RLS-in funksiyası raketlərin, uçuşların məlumat bazasını toplamaq üçündür. Yəni bu inforimasiya bazasıdır və bu prosesdə Rusiyanın İrana yardım etməsi imkansızdır. Çünki Moskva müharibəyə hazır deyil. Əgər ABŞ-ın İrana müdaxiləsi zamanı Rusiya proseslərə qoşularsa, o zaman Rusiyanın özü dağılar. Yəni Qəbələ RLS-in 2-3 illiyinə də ruslara verilməsi ABŞ-ı ləngitmir.
ABŞ-ı ləngidən islam ölkələrindəki antiamerikan ovqatıdır. Suriyadakı proseslərdir ki, ABŞ-ın İranla bağlı siyasətini axsadır. İranla Çinin bu gün Bəşər Əsədə yardım etməsi də onların Suriya rejiminə olan məhəbətlərindən irəli gəlmir. Sadəcə olaraq, onlar öz qorxulu gələcəklərini yubatmağa çalışırlar.

- Bəy, gələk Azərbaycana. Son günlər Azərbaycan daxilində başi verən olayları necə dəyərləndirirsiniz? Elşad Abdullayev bir video açıqladı, ardından da vəziyyət qarışdı. Nə baş verir? Hakimiyyət içdən çökürmü, yoxsa, bir oyundur…

- Mən hansısa qadın haqqında pis danışmaq istəmirəm, çünki qadın qadındır və biz də türk əxlaqında olan adamlar qadın haqqında mənfiliyə heç nə danışmarıq. Əgər Gülər Əhmədovanı korrupsiyada ittiham edirlərsə, bu adamlar güzgüyə baxmalıdırlar, çünki baş korrupsioner onların özləridir. Görün kimlər Gülər Əhmədova haqqında danışır? Bütün bunlar da pul davasıdır, böyük pullar uğrunda davadır və burada Gülər Əhmədovanı qurban kimi seçiblər.
Prezident seçkisiki qabağı bu kimi hadisələr törətməklə korrupsiyaya qarşı mübarizə görüntüsü yaratmağa çalışırlar. Bununla da daha böyük korrupsionerləri gizlədirlər. Nədən oliqarx-məmurlara qarşı mübarizə aparmırlar? Nədən soruşmurlar ki, onlar bahalı villalarını, bahalı həyatlarını hansı pulun hesabına təmin ediblər?

- Prezident seçkilərində nəsə bir yenilik olacaqmı? Yoxsa ənənəvi dəst-xətt gözlənilir?

- Prezident sekçilrənidən nəsə yenilik gözləməyinə dəyməz. Həmin Məzahir Pənahovdur, həmin qutulardır, həmin saxtakarlardır. Əgər bu gün Məzhari Pənahov səsləri sayırsa, nəsə dəyişiklik gözləməyin özü belə ağılsızlıqdır.
Seçki ərəfəsində yalnız qurbanlarla bağlı yenilik olacaq. Özlərindən şoualar düzəldirlər. Dəyişiklik qurbanların simasında baş verəcək. Bəlkə siyahı da hazırdır, kimlər tutulacaq, kimlər neytrallaşacaq. Həm iqtidardan və həm də müxalifətdən.

- Nigar Yaqublunu da həmin qurbanlardan biri hesab etmək olarmı?

- Biz hamımız valideynik, hər biriimzin bövladları var. Nigarın atasına, bizə qarşı çox zülmlər olub. Amma balalarımızın nə günahı var. Sözsüz ki, Nigar xanımın həbsi atasının, özünün siyasi fəaliyyəti ilə bağlıdır. Allah onun qapısını açsın, onu ailəsinə, bizə qovuşdursun. Və onu tutanlara buradan üz tutub deyirəm ki, Allahınız olsun. Siz bilmirsiniz türmə nə deməkdir. Türmədə günahsız qızın saxlanması Azərbaycan dövləti adına bir ayıbdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27
Generalı nazir əvəzlədi
Dünən, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Dünən, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Dünən, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Dünən, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Dünən, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Dünən, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Dünən, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru