Ağdaş sakinini buna görə İŞDƏN ÇIXARDILAR... - Burası AZƏRBAYCANDIR!
Tarix: 29-06-2022, 10:07 | Çap et
 Ağdaş rayon sakini, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mingəçevirdəki 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sabiq əməkdaşı Əfqan Paşayev iddia edir ki, Nazirliyin şöbə rəislərindən birinin qohumuna qanunsuz ova görə cərimə yazdığı üçün həmin rəis tərəfindən hədələnib və işdən çıxarılıb. DİA.AZ xəbər verir ki, bu barədə Yeniavaz.com-a Ə. Paşayevin özü məlumat verib. O iddia edir ki, sözügedən idarədə ümumiyyətlə heç bir fəaliyyət göstərmədən maaş alanlar olduğu halda, onu əmək məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasında işdən çıxarıblar: “Mən 2006-cı ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mingəçevirdəki 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində işləyirdim. 2021-ci ilin oktyabr ayında idarənin sərəncamına əsasən ərazidə qanunsuz ovla bağlı mübarizə apararkən, Ucar rayonunda qanunsuz ovla məşğul olan 4 nəfəri saxladıq. Bu zaman Nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri Samir Kərimov, hansı ki, artıq bu vəzifəni icra etmir, bizə zəng elədi ki, “həmin şəxslərdən biri mənim qohumumdur, onu buraxın”. Biz də idarənin rəisinə dedik. İdarənin rəisi dedi ki, “yox, buraxa bilmərik, götürün gəlin, hamısını sənədləşdirin”. Biz də sənədləşdirdik, cərimə yazıldı. Samir Kərimov dekabr ayında bizim idarəyə gəldi, sənədlərə baxdı, yoxladı. Ən çox da mənim yazdığım sənədlərə baxdı. Bir şey tapa bilmədi. Rəisi və məni çayxanaya dəvət etdi. Orada məni hədələdi ki, “gör, sənin başına nə oyun açacam. Səni mənə kim tapşırsa, indidən de, tapşırmasın”. Mən də cavab qaytarmadım. Bu ilin fevral ayında idarəyə 2021-2022 ci il üçün audit yoxlaması gəlmişdi, işçilərin iş fəaliyyətinin yoxlanılması üçün. S. Kərimovun rəhbəri olduğu şöbənin əməkdaşı Səmədov Cəlair qərəzli yoxlama apardı və mənimlə birlikdə 3 nəfər işdən çıxarıldı. Haqqımızda tərtib olunan aktda qeyd olunmuşdu ki, ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydalarına uyğun olaraq ekoloji sferalar üzrə monitorinq aparılmayıb, xidməti ərazi üzrə ekoloji vəziyyətin qiymətləndirilməsi işləri həyata keçirilməyib. Halbuki tutduğu iradlarda bizim heç bir günahımız yoxdur. Çünki idarənin rəisi hansı istiqamətdə deyibsə, biz o istiqamətdə işimizi görmüşük. Hər ilin əvvəlində bizim idarədə iş planı hazırlanır və bu istiqamətdə sərəncam verilir. İdarədə deyilənlərə uyğun iş planı hazırlanmayıbsa, bunun bizə aidiyyəti yoxdur. C. Səmədov Nazirliyə də belə məlumat verib ki, bu istiqamətdə iş getməyib və guya bunun səbəbkarı bizik. Beləcə 3 nəfəri işdən azad etdilər. Amma bizim idarədə 5-6 nəfər var ki, illərdir işə gəlmirlər. Heç bir qanun pozuntusu yazılmayıb onlara. Onların heç bir iş fəaliyyəti olmadığı halda ört-basdır edilib, adları çəkilməyib. Onu da qeyd edim ki, C. Səmədov 6 günlük yoxlama müddətində gündə 3 dəfə yeməyini bizim hesabımıza yeyib. Aprelin 12-dən işdən azad olunmuşam. Məni Nazirliyə çağırmışdılar. Dedilər ki, iş fəaliyyətim zəifdir. Mən də bildirdim ki, idarədə ən çox akt tərtib edən 3 nəfərdən biri mənəm. Hərçənd ki, rəisimiz S. Kərimov haqqında Nazirliyə məlumat verdi, onu vəzifəsindən uzaqlaşdırdılar. Amma bizi əmək məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasında işdən çıxarıblar. Bu da mənim 20 illik dövlət qulluğumun məhv olub getməsinə səbəb oldu. Buna görə mən bu əmək kitabçası ilə heç bir yerə işə girə bilmirəm”. İddialarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun Hüquq və İnsan Resursları şöbəsinin müdiri Aynurə Kərimova Yeniavaz.com-a bildirdi ki, Ə. Paşayev əmək funksiyalarını lazımi şəkildə yerinə yetirmədiyi üçün İdarənin digər iki əməkdaşı ilə birlikdə işdən çıxarılıb: "8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində keçirilən audit yoxlamasının nəticəsinə uyğun olaraq vəzifə funksiyalarını qeyri-qənaətbəxş təşkil etdiklərinə, həvalə olunmuş əmək funksiyalarını lazımi şəkildə yerinə yetirmədiklərinə və işlərində nöqsanlara yol verdiklərinə görə idarənin aparıcı məsləhətçi-müfəttişi Əfqan Paşayev, baş məsləhətçi-müfəttişi Aqşin Qafurov, məsləhətçi-müfəttişi Ramin Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib”. Nazirlikdən, Ə. Paşayevin yazdığı cəriməyə görə hədələnməsi, həmçinin sözügedən idarədə heç bir fəaliyyət göstərmədən əməkhaqqı alanlarla bağlı iddialarına isə cavab verilmədi.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18 |
|
|
|
• Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17 |
|
|
|
• Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12 |
|
|
|
• Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10 |
|
|
|
• Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06 |
|
|
|
• Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59 |
|
|
|
• Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57 |
|
|
|
• Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53 |
|
|
|
• "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52 |
|
|
|
• Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49 |
|
|
|
• Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48 |
|
|
|
• TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29 |
|
|
|
• Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25 |
|
|
|
• Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17 |
|
|
|
• Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00 |
|
|
|
• Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59 |
|
|
|
• Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49 |
|
|
|
• "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48 |
|
|
|
• Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28 |
|
|
|
• Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23 |
|
|
|
• Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21 |
|
|
|
• “Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16 |
|
|
|
• Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15 |
|
|
|
• “Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12 |
|
|
|
• Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05 |
|
|
|
• Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03 |
|
|
|
• Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? - Ekspert danışır...
Bu gün, 08:50 |
|
|
|
• SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` - Adam SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Bu gün, 08:47 |
|
|
|
• “Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44 |
|
|
|
• Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir - TƏFƏRRÜAT
Bu gün, 08:42 |
|
|
|
• Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:35 |
|
|
|
• Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 08:26 |
|
|
|
• Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19 |
|
|
|
• Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17 |
|
|
|
• "Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49 |
|
|
|
• Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45 |
|
|
|
• Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38 |
|
|
|
• Şirvanda 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34 |
|
|
|
• "Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21 |
|
|
|
• Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17 |
|
|
|
• “Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15 |
|
|
|
• Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53 |
|
|
|
• Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44 |
|
|
|
• Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40 |
|
|
|
• Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38 |
|
|
|
• Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31 |
|
|
|
• "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28 |
|
|
|
|