
“Ermənistan region üçün təhlükə mənbəyidir. İrəvanın sürətlə silahlanma siyasəti bunu bir daha sübut edir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, Ermənistan Azərbaycanla müharibə edəcək cəsarət və gücə malik deyil:
“Ermənistan bəzi dövlətlərdən köhnə-yeni silahlar alsa da, inanmıram ki, onlar cürət edib hansısa ciddi təxribata getsinlər. Çünki özləri də gözəl bilir ki, bu, Ermənistanın mövcudluğunu sual altına qoyacaq, onu daha ciddi və ölümcül məğlubiyyətə düçar edəcək. Ermənistan silah tapa bilər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!
İrəvanın Vətən müharibəsindən sonra regionda formalaşan mövcud status-kvonu dəyişdirmək cəhdi heç vaxt heç bir şəkildə səmətə verməyəcək, əksinə, bu cür lüzumsuz cəhdlər onun vəziyyətini daha da ağırlaşdıracaq”.