Ən çox şikayət olunan sığorta şirkətləri .....                     Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb .....                     Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? .....                     Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... .....                     Naxçıvan küçələrinə işıq gətirəcək .....                     Üzr istəmək kifayət etməyəcək: .....                     Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? .....                     Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi .....                     "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı .....                     Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır .....                     Müxalifətin Paşinyanı yola salmaq axtarışları .....                     TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına .....                     Paşinyanı impiçmentlə devirmək mümkün deyil .....                     Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib .....                     Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... .....                     Siyəzəndə dövlət tenderlərini kimlər udur? .....                     Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... .....                     Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi .....                     "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... .....                     Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi .....                     Məmura “donuz” deyən şəxs cəzalandırıldı .....                     “Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? .....                     Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” .....                     “Loğman” ASC səhmdarlarının yığıncağı .....                     Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub .....                     “Azercell” abunəçiləri nömrələrindən imtina edir .....                     Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır .....                     Azərbaycanın beton şirkətinə .....                     Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? .....                     SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` .....                     “Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” .....                     Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir .....                     Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir .....                     Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub .....                     Banka krediti olanların NƏZƏRİNƏ .....                     Bakı ilə bağlı qorxunc durum: nə etməli? .....                     "Harada da qarşılaşsaq, "necəsən" deyərəm" .....                     Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi .....                     Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib .....                 

İndi hansı məmurun gedişinə TƏDARÜK GÖRÜLÜR? - İLGİNC İDDİALAR...
Tarix: 18-07-2022, 11:08 | Çap et
İndi hansı məmurun gedişinə TƏDARÜK GÖRÜLÜR?
Məndən soruşurlar: “Növbədə kim var?”.
Cavabım: Bu sualın ən doğru cavabını Prezident İlham Əliyev və onun yaxın ətrafı bilir. Mən isə yalnız ya ümidimi, ya da təxminlərimi deyə bilərəm. Siz də yazdıqlarımı səhih informasiya kimi yox, bir şair təxəyyülünün məhsulu, yaxud mülahizələri kimi qəbul edin.


Fikrimcə, Azərbaycanda son kadr dəyişiklikləri ölkə başçısının adını qoymadığı lüstrasiya siyasətidir. Prezident bu ilin ilk yarısı ilə əlaqədar hesabat çıxışında əslində aparılacaq kadr islahatları ilə bağlı üstüötrülü mesaj vermişdi. O demişdi ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş imzalana bilər. Fikrimcə, bu saziş “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində imzalanacaq. “Şərq Tərəfdaşlığı” proqramının əsas tələbi isə lüstrasiya siyasətidir.

“İşıqlandırma” mənasına gələn lüstrasiya siyasəti sovet imperiyasının caynağından qurtulan post-sovet ölkələrində rusqafalı məmurlardan təmizlənmək təmizlənmək mənasına gəlir. Azərbaycan bu zamana qədər Qarabağ problemini əsas gətirib “Şərq Tərəfdaşlığı” proqramına arzuedilən səviyyədə qoşulmurdu. Arqumenti isə bu idi: "Biz necə torpağımızı işğal edən bir dövlətlə eyni ittifaqda yer ala bilərik? Şərq Tərəfdaşlığı proqramına qoşulan ölkələr ilk növbədə bir-birinin ərazi bütövlüyünü tanımalı və işğal etdiyi ərazilərdən çəkilməlidir".

Azərbaycanın irəli sürdüyü bu arqumentlər 2018-ci ildə Brüsseldə Aİ ilə imzalanmış ilkin razılıq sənədində - “Tərəfdaşlıq Prioritetləri”ndə faktiki qəbul edilmişdi. Bu sənəddə tərəflərin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanırdı. Əslində 2020-ci ildə aparılan 44 günlük müharibədə Aİ-nin erməniləri dəstəkləməməsi də bu ilkin razılaşma sənədinə imza atmasından irəli gəlirdi.

44 günlük müharibədə əldə etdiyimiz qələbədən sonra rəsmi Bakının Aİ-nin Şərq Tərəfdaşı proqramı çərçivəsində daha da irəliləməmək üçün heç bir ciddi əsası və ya bəhanəsi qalmayıb. Odur ki, Azərbaycan öz içindəki rusqafalılardan təmizlənib Avropa İttifaqı ilə daha yaxın əlaqələr qurmalıdır. Ukrayna savaşında Rusiyanın getdikcə zəifləməsi və Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi-siyasi münasibətlərin genişləndirilməsi də bu siyasəti zəruri edir. Üstəlik, Rusiyadan ölkəmizə yönələ biləcək təhlükələri azaltmaq və ruspərəst məmurları cilovlamamq üçün də bəzi konkret addımlar atılmalıdır.

Zənnimcə, bu istiqamətdə atılacaq ən mühüm addım Rusiyaya bağlı məmurları zərərsizləşdirmək olmalıdır. Bu gün Azərbaycanda 5-ci kolona bağlı ən güclü məmurlar aşağıdakılardır:

1. Zakir Həsənov (Müdafiə naziri): Sirr deyil ki, son zamanlar Azərbaycan Silahlı Qüvvələrində ciddi dönüşüm mərhələsi başlayıb. Azərbaycan NATO standartlarına uyğun ordu quruculuğu ilə məşğuldur və köhnə rus ordusu şinelindən hələ çıxa bilməyən Zakir Həsənov isə nəinki Silahlı Qüvvələrimiz üçün artıq yükdür, hətta Moskvanın bu strukturdakı gözü-qulağı kimi fəaliyyət göstərə bilər. Təbii ki, rəsmi Bakı bu təhlükədən bir an öncə xilas olmalıdır.

Təsadüfi deyil ki, Silahlı Qüvvələrimizdə təmizlənmə prosesi artıq başlayıb. Bir sıra hərbi yetkililər öz vəzifələrindən uzaqlaşdırılıb, bəziləri həbsə atılıb. Hazırda onların məhkəmə prosesi gedir və bu prosesdə daha neçə "rus nökəri"nin zərərsizləşdiriləcəyi istisna deyil. Fikrimcə, hərbi strukturda növbəti dalğada ilk cəzalandırılacaq qüvvələr hərbi prokurorluq orqanlarında çalışanlar olacaq. Azərbaycan hakimiyyətinin Tərtər ləkəsini öz üzərindən təmizlənməsinin başqa yolu yoxdur. Zakir Həsənov həmin hadisələr baş verdiyi zamanlarda da Müdafiə naziri idi. Adamda zərrə qədər zabitlik qüruru olsaydı, bu günə qədər ən yüksək hərbi postda oturub haqqında qəbul ediləcək Sərəncamı gözləməz, özü ərizə verib işdən gedərdi.

2. Kəmaləddin Heydərov ( Fövqəladə Hallar naziri). Kəmaləddin Heydərovun Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə dost olması heç kimdə şübhə doğurmur. Bu adamın hələ də Azərbaycanın ən mühüm strukturlarından birinə rəhbərlik etməsi dövlətimizin təhlükəsizliyi üçün böyük təhdiddir və yəqin ki, Prezident İlham Əliyevin növbəti Sərəncamlarından biri bu adam barədə olacaq, yaxud olmalıdır. Əks halda Kəmaləddin Heydərovun xeyli saydakı şirkətlərində dərin yuxuya getmiş minalar onun istədiyi anda aktiv hala gətirilə bilər və Azərbaycanda daş üstündə daş qalmaz. Hesab edirəm ki, Avropaya meyllənmək xətti tutan ölkə başçısı üçün bu gün qarşıda dayanan 1 nömrəli mane Kəmaləddin Heydərov faktorudur və yəqin ki, bu problemin həlli əsas prioritet təşkil edəcək.

Bu siyahını xeyli uzatmaq da olar. Amma zənnimcə, bu 3 adam növbəti kadr islahatlarının ilklərindən olacaq. Onlar tam zərərsizləşdiriləndən sonra, təbii ki, sıra həmin məmurlara bağlı icra başçılarına gələcək. Sirr deyil ki, Kəmaləddin Heydərovun və Rövnəq Abdullayevin himayə etdiyi çox sayda icra başçıları var. Bu icra başçıları Azərbaycanın altına yerləşdirilmiş saatlı bombalardır. Necə ki, onlardan bəzilərinin son zamanlar aktivləşməyə başladıqlaqrını görürük. Məsələn, Sabirabadın icra başçısı. Şəxsən mən bir müddət əvvəl özünü yandıran bir qazimizin bu adamın müharibə əlillərinin dövlətdən küsdürməsinin nəticəsi olduğuna inanıram. Hərbçiləri dövlətdən küsdürən, gənc nəsli ordu sıralarına qoşulmaqdan soyudan belə bir şəxs bir an belə azadlıqda gəzməməlidir.

Nəhayət, lüstrasiya siyasətinin 3-cü mərhələsində növbə Milli Məclisə gəlməlidir və yəqin ki elə də olacaq. Niyə məhz 3-cü mərhələdə? Çünki 5-ci kolonun yerlərdəki təmsilçiləri zərərsizləşdirmədən keçiriləcək parlament seçkilərin ədalətli olacağı şübhə doğurur. 2020-ci ildə keçirilən parlament seçkilər bunun bariz nümünəsidir. Azərbaycan hakimiyyətinin yeni tərkibli parlament qurmaq səyləri həmin il 5-ci kolon tərəfindən boykot edildi və ruspərəst qüvvələr mandatlarını yenilədilər. Hətta parlamentin spikeri belə, rus işğal gücünün 1 nömrəli adamı Yevgeni Primakova inşa yazan və yazdıranlar arasından seçildi. Təbii ki, Azərbaycan bu parlamentlə Avropaya inteqrasiya xətti tuta bilməz.

Deməli, parlament buraxılamalı və yenidən seçilməldir. Seçkidən əvvəl isə mütləq onların hamiləri və yerlərdəki seçkiləri saxtalaşdıran mexanizm zərərsizləşdirilməlidir.

Heydər Oğuz,
Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28
Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28
“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23
Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21
“Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16
Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15
“Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12
Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05
Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03
Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? - Ekspert danışır...
Bu gün, 08:50
SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` - Adam SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Bu gün, 08:47
“Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir - TƏFƏRRÜAT
Bu gün, 08:42
Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:35
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 08:26
Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19
Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17
"Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49
Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45
Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38
Şirvanda 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34
"Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21
Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17
“Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru