"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" .....                     Ən çox şikayət olunan sığorta şirkətləri .....                     Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb .....                     Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? .....                     Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... .....                     Naxçıvan küçələrinə işıq gətirəcək .....                     Üzr istəmək kifayət etməyəcək: .....                     Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? .....                     Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi .....                     "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı .....                     Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır .....                     Müxalifətin Paşinyanı yola salmaq axtarışları .....                     TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına .....                     Paşinyanı impiçmentlə devirmək mümkün deyil .....                     Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib .....                     Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... .....                     Siyəzəndə dövlət tenderlərini kimlər udur? .....                     Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... .....                     Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi .....                     "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... .....                     Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi .....                     Məmura “donuz” deyən şəxs cəzalandırıldı .....                     “Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? .....                     Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” .....                     “Loğman” ASC səhmdarlarının yığıncağı .....                     Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub .....                     “Azercell” abunəçiləri nömrələrindən imtina edir .....                     Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır .....                     Azərbaycanın beton şirkətinə .....                     Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? .....                     SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` .....                     “Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” .....                     Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir .....                     Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir .....                     Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub .....                     Banka krediti olanların NƏZƏRİNƏ .....                     Bakı ilə bağlı qorxunc durum: nə etməli? .....                     "Harada da qarşılaşsaq, "necəsən" deyərəm" .....                     Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi .....                 

XƏBƏRLƏRDƏN XƏBƏRSİZ FAİQ ŞAHBAZLI...
Tarix: 30-05-2013, 09:13 | Çap et
XƏBƏRLƏRDƏN XƏBƏRSİZ FAİQ ŞAHBAZLI...
ŞÜKÜR! DƏRSLİK BİZNESİNİN KRALI ÖZ YERİNDƏDİR..

Xeyli vaxtdır sükuta dalmış Faiq Şahbazlının axır ki, səsi çıxdı…

Əcəba, xeyir ola?! Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri haqqında danışıram. Bəli, bəli, həmin Şahbazlıdan - 40 gün öncəyədək gur-gur guruldayan Şahbazlıdan...

Vallah, bu adamın üç gün öncə “Mövqe” qəzetinə dediklərini oxuyub da susmaq olmur: “Mətbuatda mənim haqqımda nə yazdıqlarından xəbərim yoxdur. Güya məni işdən çıxarıblar, yaxud çıxaracaqlar. Mən yerimdəyəm, işimin başındayam...”. Burada qıcıqlandırıcı nə var ki?! Balam, mətbuat da

elə bunu deyir də - “Faiq Şahbazlı hələ də yerində, işinin başındadır!”. Gördünüzmü, burada fərq təkcə şoğərib “hələ də” sözündədir...

O ki, qaldı Faiq müəllimin xəbərlərdən xəbərinin olub-olmaması məsələsinə, şəxsən mən inanmıram ki, o, mətbuatda barəsində yazılanları oxumamış və ya eşitməmiş olsun! Məsələn, doğrudanmı onun diaaz.space saytında yer almış bu sözlərdən xəbəri yoxdur: “Faiq Şahbazlı dərslik siyasətinin biznesə çevrilməsində əsas aparıcı fiqur olmaqla yanaşı, dərslik nəşrinin inhisara alınmasını təşkil edən şəxs kimi ciddi məsuliyyət daşıyır. Eyni zamanda, Faiq Şahbazlı dərsliklərin biabırçı duruma salınmasında da birbaşa cavabdeh şəxsdir”. Hələ bu harasıdır, davamına diqqət yetirin: “Ona qarşı hətta cinayət işi də açıla bilər. Burada söhbət ciddi ittihamlardan gedir” və sair və ilaxır...

Əksinə, Faiq müəllimin indi təbii olaraq, hər səsə, hər şıqqıltıya qulaq verən vaxtıdır! Bəlkə də nazirin daxili telefonunun zəngini hər dəfə eşidəndə o, azı üç dəfə “bismillah!” – deyir. Zarafat iş deyil, təzə nazir qurumda səssiz-küysüz ciddi təmizləmə işlərinə başlayıb. Şahrza Əliyev, Həbib Zərbəliyev, Təranə Hacıyeva kimi “ağır toplar” taxtdan salınırsa, Şahbazlı niyə də narahat olmasın?! Təəccüblənəcək nə var, bütün canlı varlıqlar kimi, insan da özünü, öz mövqeyini qoruma instinktinə, istənilən təsirə əks reaksiya vermək keyfiyyətinə malikdir. Bəzən, hətta bunun üçün ölüm-dirim savaşına çıxanlar da olur. Düşünəcəksiniz ki, nə mövqe, nə savaş, nə ölüm-dirim, adama deyəcəklər ərizəni yaz, cınqırını çıxarmadan yazıb gətirəcək. Ola bilər, bəlkə elə ordaca da yazacaq. Sözüm yox, amma yazana qədər hələ çox naqis işlər tutacaq axı! Baxın, hazırda VI sinif dərsliklərinin nəşri ilə bağlı məsələlərin həll olunduğu məqamdır. Məsələn, nəyə görə ölkənin pedaqoji ictimaiyyəti Misir Mərdanov və Faiq Şahbazlıdan qalma Dərslikləri Qiymətləndirmə Şurasının, onun ekspertlərinin bu dəfə düzgün dərslik seçimi edəcəyinə inanmalıdır? Bu həmin qurum deyilmi ki, əliyül-əla deyib, bəh-bəhlə müsabiqə qalibi elan

elədiyi dərsliklərin nə az, nə çox, düz 18-ni Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ekspertləri “yararsız” elan ediblər?! Necə oldu ki, onlar indi tövbə eləmək qərarına gəldilər?! İnanan lap daşa dönsün! Bir qədər də dözək - bir neçə gündən sonra tender qaliblərinin siyahısına baxanda hər şeyi aydın görəcəyik. Axı bu sahənin bir nömrəli “başbiləni” Faiq müəllim “hələ də yerində, işinin başındadır!”

Bu gün onun başı öz “işinə” o qədər qarışıb ki, hətta TQDK-da dərsliklərin müzakirəsinin davam etdiyini də “yadından çıxarıb”, onun deməyinə görə, hətta mətbuatda yazılanlardan da “xəbəri” yoxdur. Orada isə az qala hər gün onun “işinin” nəticələrini sözün bütün mənalarında, yıxıb sürüyürlər…

Ey gidi dünya! İki ay bundan öncə Faiq müəllimin səsi TQDK-nın iclas zalını tir-tir titrədirdi. Nə yazıq, indi oradakı dərslik müzakirələrinə qatılmaq bir yana, heç “dərslik” kəlməsinin ilk hərfi olan “d”-ni dilinə gətirməyə də “vaxtı yoxdur”...

P.S. Mətbuatın yazdığına görə, 2010-cu ildə “40 pilləkən”dən “Gülüstan” sarayı istiqamətində hərəkət edən “Hyundai Santafe” markalı avtomobil yolun əks istiqaməti ilə hərəkət edən BMW markalı maşınla toqquşub. Nəticədə “Hyundai” dərəyə yuvarlanaraq “Gülüstan” Sarayının arxasına çırpılıb. Avtomobilin sürücüsü ağır yaralanıb. Söylənilənlərə görə, səhərisi gün dərslik naşirlərindən biri həmin şəxsi xəstəxanada ziyarət edib, “əmin ölməyib ki!” deyərək, ona təzə, daha bahalı avtomobilin açarını təqdim edib. Dərslik nəşri işinin belə “sehrli” tərəfləri də var...


Mirzə AĞ - DİA.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28
Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28
“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23
Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21
“Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16
Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15
“Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12
Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05
Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03
Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? - Ekspert danışır...
Bu gün, 08:50
SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` - Adam SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Bu gün, 08:47
“Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir - TƏFƏRRÜAT
Bu gün, 08:42
Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:35
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 08:26
Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19
Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17
"Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49
Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45
Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38
Şirvanda 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34
"Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21
Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17
“Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru