Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Tarix: 20-11-2024, 08:12 | Çap et
 Rusiyanın “xüsusi hərbi əməliyyat” adıyla Ukraynaya qarşı başladığı işğalçı müharibədən 1000 gün keçdi. Bu, iki dövlət arasında müharibə sərhədini aşaraq beynəlxalq aləmin əsas probleminə çevrilib. “Üçüncü dünya müharibəsi” və “nüvə müharibəsi” terminləri adiləşib. Ukrayna Xarici İşlər Nazirliyi müharibənin 1000 gününü geridə qoymasıyla bağlı yaydığı bəyanatda İkinci Dünya Müharibəsindən sonra Avropa qitəsində Rusiyanın başlatdığı ən irimiqyaslı təcavüzkar müharibənin beynəlxalq təhlükəsizlik sistemini məhv etdiyi bildirilib. “Rusiya ordusunun Buça, İrpin, İzyum, Mariupol və digər şəhərlərdə törətdiyi dəhşətli cinayətlər, Kaxovka su elektrik stansiyasının dağıdılması, ukraynalı hərbi əsirlərin edam edilməsi, o cümlədən yaşayış binalarının, məktəblərin, xəstəxanaların və digər mülki infrastrukturun qəsdən məhv edilməsi qeydə alınıb” – deyilən bəyanatda ukraynalıların Rusiya, Şimali Koreya və İran istehsalı olan müxtəlif növ idarə olunan bombalar, raketlər və pilotsuz təyyarələrin davamlı hücumları şəraitində yaşadığı qeyd edilib. Bəyanatda bütün çətinliklərə baxmayaraq, Ukraynanın Avropa İttifaqı NATO üzvlüyünə doğru irəlilədiyi vurğulanıb. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin 1000-ci günü ilə bağlı Parlamentdəki çıxışında deyib ki, ukraynalıların yalnız özlərinə güvənmələri zərurətini bu sözlərlə izah edib: “Dünyanın Trampdan böyük gözləntisi olduğu halda, biz hər gün çalışmalı və qələbəni təmin etməliyik”. Zelenski bu sözlərlə ona işarə edib ki, ABŞ-ın yardımı Ukrayna üçün vacib olsa da, Ağ Evin yeni sahibi Donald Trampın Ukraynaya yardımı azaltması və ya dayandırması onların işğalçıya qarşı mübarizə əzmini əsla dayandırmayacaq. Buna baxmayaraq, Volodimir Zelenski reallıqlarla hesablaşır və xarici dəstəyin Ukrayna üçün həyati əhəmiyyət daşıdğını anlayır. Təsadüfi deyil ki, Zelenski xarici işlər naziri Andrey Sibiqanı Vaşinqtona göndərib. O Prezident seçilən Donald Trampın yaxın ətrafındakı şəxslərlə görüşlər keçirəcək. Kiyevin bununla iki məqsədi var. Birinci məqsəd Trampın gələcək müşavirlərinin Ukrayna siyasətini müəyyənləşdirmək, ikinci məqsəd Ukraynaya dəstəyin azaldılmasının və ya dayandırılmasının dünya üçün daha böyük təhlükə yaradacağını onlara anlatmaqdır. Andrey Sibiqa Vaşinqtonda görüşlər keçirərkən, onun yeni təyin olunan müavini Oleksandr Mişenko Ankarada görüşlər keçirib. Vaxtilə Ukraynanın Türkiyə və Azərbaycanda səfir vəzifəsində çalışmış Mişenko bölgəni yaxşı tanıyır. Kiyev üçün Ankaranın da Ukraynanın ərazi bütövlüyünə dəstəyini davam etdirməsi vacibdir. Kiyev Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna müharibəsini dayandırması üçün irəli sürdüyü yeni plan barədə detallı məlumat əldə etmək istəyir. Müharibənin bitməsini hamı arzulayır. Ancaq Ukrayna və ona dəstək verən dövlətlər ədalətli sülh, Kreml isə qonşu ölkənin bir hissəsini Rusiyanın işğalını rəsmiləşdirməyə imkan verən sülh istəyir. Ona görə də 1000-ci gününü geridə qoyan müharibənin yaxın aylarda bitəcəyini söyləmək çətindir.
“Atlas” Araşdırmalar Mərkəzi "DİA-AZ"


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44 |
|
|
|
• Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40 |
|
|
|
• Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38 |
|
|
|
• Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31 |
|
|
|
• "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28 |
|
|
|
• Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26 |
|
|
|
• Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00 |
|
|
|
• 1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58 |
|
|
|
• "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29 |
|
|
|
• Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26 |
|
|
|
• Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23 |
|
|
|
• Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21 |
|
|
|
• Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02 |
|
|
|
• Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58 |
|
|
|
• AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11 |
|
|
|
• AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10 |
|
|
|
• Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06 |
|
|
|
• “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05 |
|
|
|
• “Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03 |
|
|
|
• Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02 |
|
|
|
• “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00 |
|
|
|
• Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58 |
|
|
|
• Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54 |
|
|
|
• Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49 |
|
|
|
• Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42 |
|
|
|
• PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41 |
|
|
|
• Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38 |
|
|
|
• Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34 |
|
|
|
• Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33 |
|
|
|
• "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29 |
|
|
|
• Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27 |
|
|
|
• Generalı nazir əvəzlədi
Dünən, 17:23 |
|
|
|
• Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21 |
|
|
|
• Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19 |
|
|
|
• Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21 |
|
|
|
• Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54 |
|
|
|
• “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50 |
|
|
|
• Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48 |
|
|
|
• "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19 |
|
|
|
• İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16 |
|
|
|
• “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Dünən, 15:13 |
|
|
|
• İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Dünən, 15:08 |
|
|
|
• Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Dünən, 15:04 |
|
|
|
• Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Dünən, 15:00 |
|
|
|
• Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Dünən, 14:02 |
|
|
|
• Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Dünən, 14:00 |
|
|
|
• “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 13:58 |
|
|
|
• Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Dünən, 13:05 |
|
|
|
|