Mehdiyevin bankı zərərlə işləyir, yoxsa PUL GİZLƏDİR? - İLGİNC FAKTLAR
Tarix: 27-07-2022, 09:21 | Çap et
 Azərbaycan bankları cari ilin ikinci rübünün nəticələrini açıqlayıblar. DİA.AZ “AzPolitika.info”ya istinadla xəbər verir ki, ölkədə fəaliyyət göstərən 26 bankdan 24-nün həmin dövrü qazancla başa vurduğu və yalnız iki bankın zərər etdiyi məlum olub. Ən böyük mənfəət əldə edən banklar sırasında Azərbaycan Beynəlxalq Bankı (118,4 milyon manat), “Kapital Bank” (127 milyon manat), eləcə də sabiq Milli Bank rəhbəri Elman Rüstəmovun olduğu iddia edilən “Bank Respublika” (38.8 milyon manat) var. Ən kiçik mənfəəti "Premium Bank" (78 min manat) və "Gunay Bank"”88 min manat) açıqlayıb.
Zərər açıqlayan 2 bank isə “Bank BTB” və Pakistan Milli Bankının Bakı filialıdır. İkincinin zərəri 271 min manat olub. “Bank BTB” isə nə az, nə çox - 5.3 milyon manat zərər etdiyini bəyan edib.
Səhmlərinin 75 faizi Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA Prezidenti olmuş Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevaya məxsus olan “Bank BTB”-nin maliyyə hesabatlarından belə qənaət yaranır ki, bank batmaq üzrədir. Bankın ötən il üzrə rəsmən elan etdiyi hesabatlar da onun zərərlə işlədiyini əks etdirir. Məsələn, ötən il bankın xidmət haqlarıyla bağlı gəlirlər təqribən 2 dəfə aşağı düşüb. Ən əsası isə, bankın tələbli depozitləri, yəni şirkətlərin bankdakı pulları kəskin şəkildə azalıb. Bu da iri müştərilərin banka nə dərəcədə etibar etmələrinin göstəricisi sayıla bilər... Ətraflı
Qeyd edək ki, “Bank BTB”-nin 2021-ci ilin 1-ci rübünə aid maliyyə göstəriciləri də ürəkaçan deyildi. Belə ki, bankın rəsmi hesabatına görə, onun xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə azalmışdı. Ümumilikdə isə bank 2020-ci ili 9 milyon 130 min manat xalis zərərlə başa vurub və bununla da onun təkcə ötən ilin əvvəlinə yığılmış zərəri 12 milyon manata çatmışdı.
Yeni hesabatlardan isə belə görünür ki, zərər arta-arta gedir. Hansı ki, bu bank Ramiz Mehdiyevin Prezident Aparatına rəhbərlik etdiyi dönəmdə ardıcıl olaraq, xalis mənfəət əldə edir və kapitalını artırırdı. Sual olunur ki, bankı iflasa aparan səbəb nədir? Nədən bankların demək olar hamısı qazanc etdiyi halda, “Bank BTB” zərər açıqlayır?
Məsələ ondadır ki, əksər bank mütəxəssisləri, ekspertlər bankların rəsmi maliyyə hesabatlarına böyük şübhə ilə yanaşırlar və qeyd edirlər ki, çox vaxt bu hesabatlar bankların real durumunu əks etdirmir. Məsələn, sabiq Vergilər naziri Fazil Məmmədovun “Atabank”ı son günə qədər guya mənfəətlə işlədiyini bildiridi. Lakin günlərin birində bankın müflis olduğu üzə çıxdı və əmanətçilər çox ciddi problemlərlə üz-üzə qaldılar. Odur ki, “Bank BTB”-nin kimə məxsus olduğu nəzərə alınsa, iki ildir ardıcıl olaraq zərər hesabatının verilməsi kifayət qədər müəmmalı görünür. Çünki bu bank vaxtilə ən azından ortabab banklar sırasında liderlərdən biri sayılırdı.
İndi bankın guya ziyan etdiyi barədə təəssürat yaradılmasının nəyə xidmət etdiyini isə demək çətindir. Ən azından bununla da bilərəkdən guya Mehdiyevlərin biznes imperiyasının çöküşü və ümumilikdə Ramiz Mehdiyevin əvvəlki təsir gücünün, həmçinin maliyyə imkanlarının qalmadığı, müflis olduğu görüntüsü yaradıla bilər. Ancaq Azərbaycanda buna inanacaq sadəlövh adamların da çox olmadığı birmənalıdır…
Qeyd edək ki, Bank ”BTB" ASC həm də “BTB Leasing” ASC və “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin təsisçisidir. Lakin təbii ki, Mehdiyevlərin biznesi təkcə bunlarla bitmir…


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25 |
|
|
|
• Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18 |
|
|
|
• Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17 |
|
|
|
• Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12 |
|
|
|
• Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10 |
|
|
|
• Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06 |
|
|
|
• Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59 |
|
|
|
• Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57 |
|
|
|
• Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53 |
|
|
|
• "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52 |
|
|
|
• Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49 |
|
|
|
• Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48 |
|
|
|
• TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29 |
|
|
|
• Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25 |
|
|
|
• Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17 |
|
|
|
• Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00 |
|
|
|
• Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59 |
|
|
|
• Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49 |
|
|
|
• "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48 |
|
|
|
• Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28 |
|
|
|
• Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23 |
|
|
|
• Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21 |
|
|
|
• “Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16 |
|
|
|
• Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15 |
|
|
|
• “Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12 |
|
|
|
• Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05 |
|
|
|
• Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03 |
|
|
|
• Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? - Ekspert danışır...
Bu gün, 08:50 |
|
|
|
• SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` - Adam SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Bu gün, 08:47 |
|
|
|
• “Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44 |
|
|
|
• Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir - TƏFƏRRÜAT
Bu gün, 08:42 |
|
|
|
• Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:35 |
|
|
|
• Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 08:26 |
|
|
|
• Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19 |
|
|
|
• Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17 |
|
|
|
• "Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49 |
|
|
|
• Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45 |
|
|
|
• Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38 |
|
|
|
• Şirvanda 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34 |
|
|
|
• "Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21 |
|
|
|
• Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17 |
|
|
|
• “Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15 |
|
|
|
• Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53 |
|
|
|
• Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44 |
|
|
|
• Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40 |
|
|
|
• Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38 |
|
|
|
• Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31 |
|
|
|
|