Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb .....                     Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? .....                     Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... .....                     Naxçıvan küçələrinə işıq gətirəcək .....                     Üzr istəmək kifayət etməyəcək: .....                     Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? .....                     Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi .....                     "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı .....                     Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır .....                     Müxalifətin Paşinyanı yola salmaq axtarışları .....                     TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına .....                     Paşinyanı impiçmentlə devirmək mümkün deyil .....                     Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib .....                     Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... .....                     Siyəzəndə dövlət tenderlərini kimlər udur? .....                     Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... .....                     Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi .....                     "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... .....                     Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi .....                     Məmura “donuz” deyən şəxs cəzalandırıldı .....                     “Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? .....                     Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” .....                     “Loğman” ASC səhmdarlarının yığıncağı .....                     Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub .....                     “Azercell” abunəçiləri nömrələrindən imtina edir .....                     Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır .....                     Azərbaycanın beton şirkətinə .....                     Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? .....                     SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` .....                     “Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” .....                     Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir .....                     Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir .....                     Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub .....                     Banka krediti olanların NƏZƏRİNƏ .....                     Bakı ilə bağlı qorxunc durum: nə etməli? .....                     "Harada da qarşılaşsaq, "necəsən" deyərəm" .....                     Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi .....                     Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib .....                     Şirvanda 'qara maskalılar' hər an görünə bilər .....                 

ERMƏNİSTAN TƏHSİLİ ÇÖKÜR
Tarix: 15-04-2012, 12:41 | Çap et
ERMƏNİSTAN TƏHSİLİ ÇÖKÜR

«TƏHSİL HAQQINI ÖDƏMƏK ÜÇÜN QARPIZ SATMALI OLMUŞAM»

Təhsil haqqını, mənzil kirayəsini ödəmək, bir şəxsiyyət kimi formalaşmaq – tələbələri işləmək məcburiyyəti ilə üz-üzə qoyan əsas səbəblər bunlardır. Tələbələrin əksəriyyəti xidmət sahəsində iş tapa bilirlər, çünki, məsələn, dərsləri buraxmamaq şərtilə ofisiant kimi çalışaraq yaxşı qazanmaq olur. 17 yaşlı Ruben ayda təxminən 400 dollar qazanır. Yerevan kafelərinin birində o, bir ilə yaxındır ki, ofisiant kimi çalışır. Deyir ki, oxuya-oxuya çalışmaq çətindir, amma artıq özünü işsiz təsəvvür edə bilmir. O, Dövlət İnformatika Kollecinin 3-cü kurs tələbəsidir, həm də musiqi ilə maraqlanır:

«Ailəmdən asılı olmaq istəmirəm. Bu, həm də bir şəxsiyyət kimi formalaşmağın özünəməxsus metodudur. Eyni zamanda özünü böyümüş hiss etmək yaxşıdır. Mən əsasən gecə növbəsində çalışıram ki, işim dərsimə mane olmasın. Pisi odur ki, çox yoruluram və boş vaxtım çox az qalır. Amma müsbət tərəflər daha çoxdur. İndi mənim öz arzularımı reallaşdırmaq üçün xeyli imkanım yaranıb. Məsələn, gitara almışam. Burada mənim dostlarım da çalışır. Onları bura mən gətirmişəm. Bir yerdə çalışırıq və konsert təşkil etməyi planlaşdırırıq».

«BU, GƏLƏCƏKDƏ MƏNƏ ÇOX KÖMƏK EDƏCƏK»

Yerevan Dövlət Universitetinin 4-cü kurs tələbəsi, gələcəyin psixoloqu Lusini də bir il əvvəl ofisiant kimi çalışmağa başlayıb. İndi o, menecerdir. Universiteti bitirəndən sonra öz ixtisası üzrə çalışmağı planlaşdırsa da, hesab edir ki, bu təcrübə ona gələcəkdə çox kömək edəcək. Qazandığı pulları hara xərcləyir sualımıza isə Lusini belə cavab verir:

«Təhsil haqqımı ödəyirəm, həmçinin ailəmin mənim üçün paytaxtda tutduğu mənzilin kirayə haqqını verirəm. Biz Yerevandan deyilik, çalışaraq mən ailəmə çox kömək edirəm».

Lusini yalnız ailəsinə kömək etmir, həm də öz psixoloq biliyini işdə tətbiq edir. Bu da çoxlu münaqişəli vəziyyətləri çözməyə kömək edir. Onun çalışdığı kafenin direktoru Qayane Vandilyan deyir ki:

«Lusini psixologiya üzrə təhsil alır və öz biliyini tez-tez işdə də tətbiq edərək konfliktli situasiyaları həll etməyə yardımçı olur. Məsələn, müştəri razı qalmayanda və ya iradını bildirəndə, o, psixoloji cəhətdən məsələyə düzgün yanaşma tapır ki, bu da müqayisələrdən qaçmağa kömək edir. Müştərilər isə razı qalırlar».

«İŞÇİLƏRİMİN ƏKSƏRİYYƏTİ TƏLƏBƏLƏRDİR»

Qayane Vandilyan qeyd edir ki, işçilərinin əksəriyyəti tələbələrdir. Bu da, onun fikrincə, biznesə köməkdir. O deyir ki, buna baxmayaraq, bunun bir mənfi cəhəti də var – dərslərə mane olmamaq üçün iş cədvəlini daim yeniləməli olursan:

«Pis olan odur ki, tələbələr çox məşğuldurlar və qeyri-sabit cədvəl üzrə çalışırlar. Amma müsbət cəhətlər daha çoxdur – onlar təhsil alırlar və öz biliklərini işdə tətbiq edirlər. Məsələn, elə olur ki, onlar menecer ixtisası üzrə təhsil alırlar və bu onlar üçün yalnız iş yox, həm də yaxşı təcrübədir. Bizim üçün isə bu, müştərilərlə peşəkarcasına ünsiyyət quran və onlara xidmət edən savadlı işçi qazanmaq imkanıdır».

Sona isə 4-cü kurs tələbəsidir. İşləməyə ötən ildən başlayıb, özünü işsiz təsəvvür edə bilmir. Yaşadığı mənzilin kirayə haqqını və təhsil pulunu da özü ödəyir. Lusini kimi Sona da işləməyində müsbət məqamların çoxluğundan danışır:

«Qızların ofisiant işlədiyini eşidəndə, reaksiyalar birmənalı olmur. İlk vaxtlar bu, mənim üçün də stress idi, sonra başa düşdüm ki, burada pis heç nə yoxdur. Əksinə, biz çoxsaylı insanlarla ünsiyyətdə oluruq. Hər insanın özünəməxsus xarakteri var, nəticədə biz çox dözümlü, təmkinli insana çevrilirik. Həm də bura tez-tez gələn insanlar bizim dostumuza çevrilirlər. İşimin çox, həddən artıq çox müsbət məqamları var».

«QARPIZ DA SATMALI OLMUŞAM»

Sonadan fərqli olaraq Teatrşünaslıq İnstitutunun 3-cü kurs tələbəsi Aykanuş işindən zövq ala bilmir, amma təhsil haqqını ödəmək üçün müxtəlif yerlərdə işləmək məcburiyyətindədir. Deyir ki, hətta yayda qarpız satdığı vaxtlar da olub:

«Yayda qarpız satırdım və bütün tanışlarım təəccüblənirdi ki, axı sən qızsan. Amma mən fikir vermirdim. Bir dəfə satdığım məhsulu reklam etmək fikrinə düşdüm, yaxınlığımdan keçən hər kəsə deyirdim ki, qarpız, yaxşı qarpız var. Gördüm ki, insanlar reaksiya verməyə və almağa başladılar. İnzibatçı kimi də, hətta Yeni il ərəfəsində qar qızı kimi də çalışmışam. Birillik təhsilimə görə 1000 dollara yaxın pul ödəyirəm, ailəmdə isə yalnız anam işləyir. Anamın əməkhaqqı 150 dollardır. Ehtiyacım olmasaydı, işləmək məcburiyyətində qalmazdım və yalnız təhsilimlə məşğul olardım».

Yerevan Dövlət Universitetinin 21 yaşlı tələbəsi Kristina bir ay əvvəl işləməyə başlayıb. İlk maaşından əyin-baş, ayaqqabı alıb. İndi isə fiziki yorğunluğu və cəmiyyətdəki stereotiplərdən irəli gələn psixoloji problemlərlə mübarizə aparmağa çalışır:

«Bura işləməyə və özümü maddi baxımdan təmin etməyə gəlmişəm. Artıq kifayət qədər böyümüşəm, ailəmə narahatçılıq yaratmaq istəmirəm. Əvvəlcə məndən harada işlədiyimi soruşanda ofisiant kimi çalışdığımı deməyə utanırdım. Amma indi hər şey qaydasındadır». / "Azadlıq" Radiosu /










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28
Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28
“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23
Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21
“Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16
Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15
“Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12
Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05
Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03
Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? - Ekspert danışır...
Bu gün, 08:50
SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` - Adam SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Bu gün, 08:47
“Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir - TƏFƏRRÜAT
Bu gün, 08:42
Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:35
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 08:26
Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19
Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17
"Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49
Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45
Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38
Şirvanda 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34
"Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21
Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17
“Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru