Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? .....                     Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... .....                     Naxçıvan küçələrinə işıq gətirəcək .....                     Üzr istəmək kifayət etməyəcək: .....                     Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? .....                     Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi .....                     "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı .....                     Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır .....                     Müxalifətin Paşinyanı yola salmaq axtarışları .....                     TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına .....                     Paşinyanı impiçmentlə devirmək mümkün deyil .....                     Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib .....                     Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... .....                     Siyəzəndə dövlət tenderlərini kimlər udur? .....                     Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... .....                     Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi .....                     "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... .....                     Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi .....                     Məmura “donuz” deyən şəxs cəzalandırıldı .....                     “Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? .....                     Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” .....                     “Loğman” ASC səhmdarlarının yığıncağı .....                     Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub .....                     “Azercell” abunəçiləri nömrələrindən imtina edir .....                     Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır .....                     Azərbaycanın beton şirkətinə .....                     Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? .....                     SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` .....                     “Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” .....                     Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir .....                     Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir .....                     Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub .....                     Banka krediti olanların NƏZƏRİNƏ .....                     Bakı ilə bağlı qorxunc durum: nə etməli? .....                     "Harada da qarşılaşsaq, "necəsən" deyərəm" .....                     Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi .....                     Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib .....                     Şirvanda 'qara maskalılar' hər an görünə bilər .....                     "Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi .....                 

Ağstafada Şəhid ailəsinə 1-İNCİ ZÜLMÜ... - Elə sözün hər mənasında...
Tarix: 15-07-2022, 09:35 | Çap et
Ağstafada Şəhid ailəsinə 1-İNCİ ZÜLMÜ...
Qarabağ məsələsi, itirilmiş torpaqlar tariximizin yaralı səhifələri olduğu üçün həm Birinci, həm 44 günlük İkinci Qarabağ müharibəsi bizim üçün həssas nöqtələrdir. Elə bu səbəbdəndir ki, cəmiyyət olaraq Qarabağ müharibəsi şəhidlərinə, qazilərinə, onların ailələrinə, problemlərinə həssas yanaşırıq. Zaman-zaman "Hurriyyət"in redaksiyasına bu təbəqəyə mənsub olan vətəndaşlar tərəfindən şikayətlər daxil olur.

Ağstafa rayonundan 44 günlük müharibədə şəhid olmuş Əhmədov Mahmud Fərman oğlunun anası Əhmədova Aybəniz tərəfindən redaksiyamıza daxil olmuş şikayət də bu qəbildəndir. Aybəniz xanımın dediyinə görə, şəhid oğlunun xatirə muzeyinin və şəhid bulağı inşa etdirmək üçün "1 İNCİ" lombardından bir dəfə 1700, ikinci dəfə isə 5400 manat məbləğində pul götürüb və əvəzində 139 qram qızıl əşyalarını girov qoyub. Götürülən 1700 manatdan 1000 manat, 5400 manat borcdan da 1000 manat ödənilib. Aybəniz xanım lombardda çalışanlara müraciət edərək ödəmələrdə gecikmə olacağı təqdirdə pulun üzərinə cərimə və faiz yazılmaması üçün xahiş edib. Lombardın rəhbərliyi Aybəniz xanımın qızını Əhmədova Güneli çağırtdırıb, hər iki borc məbləğindən ödənilən 2 min manatı çıxaraq qalan məbləğin borc kimi ödənilməsinə şərait yaradacağına və borcun üzərinə nə cərimə, nə faiz gəlməyəcəyinə söz verib.

Lombardın işçi heyəti dəyişdirildikdən iki ay sonra Aybəniz xanım buranı ziyarət etdikdə yeni heyət ona cərimənin silindiyini, faizin isə 2800 manat məbləğinə çatdığını açıqlayıb. Aybəniz xanım lombard rəhbərliyinin yeni qərarı ilə bağlı niyə ona məktubla məlumat verilmədiyindən gileylənib.

Maraqlıdır ki, lombard rəhbərliyi əvvəlki rəhbərliyə ödənilən 1700 və 5400 manat borcdan ödənilən 2 min manatı da nəzərə almır və faizlər 1700 ilə 5400 manat borc məbləğlərindən hesablanmağa davam edir. Nəticə olaraq fazilərlə ümumi borc məbləği 9900 manata çatıb. Aybəniz xanım çıxış yolunu Ağstafa rayon prokuroru Anar Cəfərova müraciət etməkdə görüb və ondan köməklik göstərməsini xahiş edib. İlk müraciətdə məsələ ilə məşğul olacağını və lombard rəhbərliyini çağırıb məsələnin yoluna qoyulmasında köməklik göstərəcəyini vəd edən rayon prokuroru, sonra lombardın səhmdar cəmiyyət açıdğını, bank fəaliyyəti ilə məşğul olduğunu bildirib.

Yardım axtarışında olan Aybəniz xanım rayon icra başçısı Seymur Orucovun, icra başçısının birinci müavini Hüseynov Müşfiqin, Ağstafa rayonu Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin şöbə müdiri Qədiməliyev Arizin qəbulunda olub. Dövlətin səlahiyyətli nümayəndələri birağızdan məsələnin həllinə "güclərinin çatmadığını" açıqlayıb. Dövlət nümayəndələrindən ümidi kəsilən Aybəniz xanım çıxış yolunu "Hürriyyət" qəzetinə müraciət etməkdə görüb.

İndi Aybəniz xanım şəhid oğlunun xatirəsini əbədiləşdirmək üçün muzey və bulaq tikintisini başa gətirməsini maddi imkan yetərsizliyindən səhv addım kimi dəyərləndirir. Amma unutmayaq ki, onu yerində olan, övladını vətənə, dövlətə qurban vermiş hər bir valideynin ürəyindən ciyərparasının xatirəsinin əbədiləşdirilməsi keçər. Əlbəttə ki, bu ilk öncə dövləti təmsil edən nümayəndələrin vəzifə borcudur. Son zamanlarda qazilərlə yaşanan bəzi neqativ hallar cəmiyyətdə xoş olmayan təəssüratlar yaradır. Bilirik ki, dövlətin, sərhədlərimizin qorunması hərbçilərin, əsgərlərin çiyinlərindədir və dövlətin bu kontingentə münasibəti elə öz sərhədlərinə, ərazilərinə münasibətinin necə olmasını sərgiləyir. Şəhidlərə sonrakı münasibət dövlətin onu qoruyacaq olanlara münasibətinə motivasiya verir. Dövlət onun uğrunda ölməyə hazır olan vətəndaşla bağını diri və sağlam saxlamalıdır, çünki dövlət təhlükəsizliyi hər zaman aktual məsələdir. Bizi gözü götürməyən dövlətlərin əhatəsində varlığımızı sürdürdüyümüzü göz önünə alsaq deməliyik ki, bu, dövlətin varlığı-yoxluğu məsələsidir. Bu səbəbdən dövlət onu sevənlərə, onun yolunda ölümə gedənlərə xoş və qayğıkeş münasibət sərgiləməlidir.

Təbii ki, bu münasibət ilk növbədə dövlət rəsmiləri tərəfindən ifadə olunmalıdır. Unutmayaq ki, böyük zəhmətlə böyüdüb boya-başa çatdırdığı övladını dövlətə qurban vermiş valideyinlər üçün xatirə muzeyi də, şəhid bulağı da bir növ təskinlik tapmaq ümididir. Bu məsələlərdən doğan çətinliklər, şikayətlər prezidentə yazılmadan, KİV-lərə yetişmədən dövlətin səlahiyyətlərindən yaralanan, maaş alan rəsmilər tərəfindən həll olunmalıdır.

"1 İNCİ" lombarda gəlincə, belə təəssürat yaranır ki, insanlardan kifayət qədər pul qazanan bu maliyyə müəssisələri bir şəhid anasının borcunun üzərinə "işıq sürətiylə artan" faizlər qoymamaqla da qazancını təmin edəcəkdi. Şəhid anasının oğlu üçün fəda etdiyi ailə qızıllarına göz dikmək nə insanlığa, nə vətəndaşlığa, nə də şərəf-ləyaqət məfhumuna yaraşmaz.

O ki qaldı "lombardın səhmdar cəmiyyət açıdğını, bank fəaliyyəti ilə məşğul olduğunu" deyən rayon prokuroru Anar Cəfərova, eləcə də bir ağızdan məsələnin həllinə "güclərinin çatmadığını" deyən rayon icra hakimi Seymur Orucov, icra başçısının birinci müavini Hüseynov Müşfiq, Ağstafa rayonu Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin şöbə müdiri Qədiməliyev Ariz "müəllimlərə", qeyd etmək istərdik ki, adi lombardın acgöz tamahkarlığından qaynaqlanan problemi həll etməyə "gücü çatmayan" dövlət qulluqçularının gərək dövlət kreslosunu zəbt etməyə də gücü çatmasın.

Unutmaq lazım deyil ki, siz dövlət binalarında, dövlətin verdiyi kreslolarda "yaraşıq üçün oturmursunuz", probelmlərin Prezidentə, Birinci vite-prezidentə, yaxud Bakıda yerləşən dövlət strukturtlarına çatmadan çözülməsi üçün oturursunuz...

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28
Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28
“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23
Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21
“Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16
Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15
“Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12
Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05
Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03
Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? - Ekspert danışır...
Bu gün, 08:50
SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` - Adam SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Bu gün, 08:47
“Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir - TƏFƏRRÜAT
Bu gün, 08:42
Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:35
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 08:26
Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19
Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17
"Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49
Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45
Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38
Şirvanda 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34
"Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21
Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17
“Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru