
Müğənni Mehin Hümbətova Birləşmiş Ərəb Əmirliyində istirahətdə olarkən çimərlik geyimində görüntülərini yayımlaması müzakirələrə səbəb olub.
Axşam.az xəbər verir ki, müğənni Xatirə İslam həmkarını tənqid edənləri qınayıb.
O, “@axsamaz” instaqram səhifəsində Mehini müdafiə edib.
Xatirə "Məncə də bu qız çox mədəni, tərbiyəli qızdır. Nə olub? Uşaqdır da. Onun bu dəqiqə öz dünyası var" deyə, şərh bildirib.
Qeyd edək ki, Xatirə özü də bir müddət əvvəl Dubayda çimərlikdə çəkdirdiyi fotolara görə tənqid atəşinə tuş gəlmişdi.
