TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına .....                     Paşinyanı impiçmentlə devirmək mümkün deyil .....                     Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib .....                     Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... .....                     Siyəzəndə dövlət tenderlərini kimlər udur? .....                     Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... .....                     Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi .....                     "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... .....                     Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi .....                     Məmura “donuz” deyən şəxs cəzalandırıldı .....                     “Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? .....                     Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” .....                     “Loğman” ASC səhmdarlarının yığıncağı .....                     Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub .....                     “Azercell” abunəçiləri nömrələrindən imtina edir .....                     Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır .....                     Azərbaycanın beton şirkətinə .....                     Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? .....                     SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` .....                     “Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” .....                     Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir .....                     Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir .....                     Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub .....                     Banka krediti olanların NƏZƏRİNƏ .....                     Bakı ilə bağlı qorxunc durum: nə etməli? .....                     "Harada da qarşılaşsaq, "necəsən" deyərəm" .....                     Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi .....                     Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib .....                     Şirvanda 'qara maskalılar' hər an görünə bilər .....                     "Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi .....                     Silah buraxıldı, təşkilat bitdimi? .....                     “Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” .....                     Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                     Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                 

"Yoldaşım dedi, get Hindistana, qayıtmaq istəyəndə dedi, gəlmə..." - “Vətəndaş A”nın Almazı
Tarix: 24-10-2024, 09:31 | Çap et
"Yoldaşım dedi, get Hindistana, qayıtmaq istəyəndə dedi, gəlmə..."
“Almaz mənə görə çox yüklü, koloritli roldur. O elə obrazdır ki, bir aktrisa orada özünü maksimum göstərə bilər. Obraz buna şərait yaradır. Bu da aktrisa üçün çox önəmlidir. “Vətəndaş A” çoxseriyalı filmin ssenarisi Cəfər Cabbarlının “Almaz” pyesinin motivləri əsasında yazılıb. Şəhərdən ucqar kəndə gəlmiş bir müəllimə yalnız dərs demir, cahilliklə mübarizə də aparır. Serialda qaldırılan problemlər indi də gündəmdədir. Niyə 16 yaşında qız dərsini oxumaq əvəzinə ərə gedir? Almaz kənddə təzyiqlərə məruz qalır. Hətta məktəbdən qovulur, döyülür də... Güclü, mühafizəkar, mübariz qadın obrazıdır Almaz”.

Bu sözləri Teleqraf.com-a son günlər “Vətəndaş A” serialı ilə gündəmdə olan aktrisa Günəş Mehdizadə deyib.

Hər həftənin şənbə günü yayımlanan “Vətəndaş A”nın artıq beş seriyası arxada qalıb. Geniş tamaşaçı marağına səbəb olan ekran əsərinin çəkilişləri əsasən Daşkəsənin Bayan kəndində, müəyyən qismi isə Bakıda aparılıb.

Günəş Mehdizadə deyir ki, kənddə çəkilişin özünəməxsus çətinlikləri var:

“Bayan kəndi sıldırımlı qayalıqlar üzərində yerləşir deyə yol qət etmək, maşınların gedib gəlməyində maneələr yaranırdı. Uzun məsafələri ayaqla getməli olurduq. Amma bütün bu çətinliklər kəndin gözəlliyinin qarşısında yoxa çıxırdı. Bayan gözəl təbiəti olan kənddir”.

- Deyəsən, çəkilişlərə öz övladlarınızı da aparmışdınız?

- Bir-iki dəfə apardım. Çünki orda çox qaldım, arada zarafatla deyirdim, artıq filmin texniki heyət üzvünə çevrilmişəm. Bütün aktyorlar gəlib-gedirdi, mənsə orda qalırdım. Demək olar ki, əksər səhnələrdə yer almışam. Bütün səhnələri də keyflə işləmişəm.

Rejissorumuz Elvin Rüstəmzadə işinə çox məsuliyyətlə yanaşan biridir və heç bir səhnəni “yola vermirdi”. Bu baxımdan onunla işləyən aktyor və aktrisanın çəkildiyi səhnəni yola verməyə ixtiyarı yoxdur. Ümumiyyətlə, “Vətəndaş A”nın çəkiliş meydançasında olan ab-hava, durum film çəkiliş meydançasındakı kimiydi. Bizim əksər serial çəkilişlərində əyri-əksiklər o qədərdir ki...Bir adam neçə işi görür, kostyumer bu gün aktyoru geyindirirsə, sabah qrim edir. Bu və digər məsələlər çəkiliş zamanı adama qıcıq verir.

- “Vətəndaş A”nın prodüseri Sevinc Əliyevadır, o özü həm də aktrisadır. Görünür, bu da işə öz təsirini göstərib.

- Bəli, Sevinc özünə və peşəsinə hörmət edir. Bu, hiss olunurdu. Ona görə çalışırdı ki, çəkiliş meydançasında hər şey yüksək səviyyədə olsun.

- Universiteti bitirən kimi ailə qurmusunuz. Hələ sənət yolunun başlanğıcındaykən bu qərarı vermək çətin olmadı ki?

- Həyatda hər şeyi balansda saxlamağı sevirəm. Həmişə bu prinsiplə yaşayıram. Əgər bu gün sizinlə burda çay içirəmsə, sabahkı günümü evdə keçirməliyəm. Yaxud bu gün idmandayamsa, sabah yataqda uzanıb tənbəllik edəcəm. Hər gün eyni rejimdə qalmağı sevmirəm. Universitetə daxil olan ildən işləməyə başladım, mütamadi filmlərdə çəkildim, paralel olaraq bir ailəm də olsun dediyim dönəmdə ailə qurdum.

- Çox insan o balansı saxlamaqda çətinlik çəkir...

- Dəstəkdən çox şey asılıdır. Həyat yoldaşım Rasim (səs rejissoru Ramzes ləqəbi ilə tanınan Rasim Mehdizadə-red.) çox dəstək olur, mənə ürək-dirək verir. Bəzən tərəddüd etdiyim hansısa layihənin qərar anında mənə elə söz deyir ki, əməlli-başlı stimul olur və fikrim müsbətə doğru dəyişir.

Çəkildiyim “Suğra və oğulları” filmi Hindistanda festivalda iştirak edəndə filmi yaradıcı heyətdən mənim təmsil etmək məsələm ortaya çıxdı. Getməmək qərarında idim, tək getmək istəmirdim, üstəlik, xarici pasportumun vaxtı bitmişdi. Rasim dedi ki, sən Hindistana indi getməsən, öz xoşunla heç vaxt bilet alıb getməyəcəksən, bu şansı qaçırma.

Orda üç gün qalandan sonra qayıtmaq istədim, havası isti, yeməklərini yeyə bilmirəm, üstəlik də darıxıram. Hər yerdən ədviyyat iyi gəlir. Geri dönmək istəyirdim, onda da Rasim mənə ürək-dirək verdi, qaldım. Bəzən insan bir sözə bənd olur... Mənim üçün söz çox önəmlidir. Xoş söz umuram...

- Şanslısınız. Siz onunla çox şeyi bölüşüb məsləhətləşə və önəmlisi danışa bilirsiniz.

- Mən onun yanında böyüdüm. 11-ci sinifdə oxuyanda biz artıq tanış idik. O, telekanalların birində işləyirdi. Mən universitetə daxil olandan hər şey onun yanında, gözünün önündə olub. Rasimin mənə belə dəstəyi olduğuna görə həm sənəti, həm də ailəni paralel apara bilirəm. O olmasaydı hansı birindəsə axsayacaqdım. Ya ailədə, ya da sənətdə...

- Sevgi tükənirmi?

- Yox. Mən sevgini suya bənzədirəm. Suyun formulu heç vaxt dəyişmir. Formulu qalır, formasını dəyişir. Övlad olandan sonra başqa cür sevirsən, daha da doğmalaşırsan.

- Uşaqlı halınızla sənəti necə davam etdirdiniz? Ana kimi qayğılarınız var idi axı...

- Uşaqlar balaca olanda çətin idi. Fikirləşirsən ki, o səni istəyir, sənin üçün darıxır. Kimsə sənin üçün darıxanda sən rahatlıq tapa bilmirsən. Oğlum 9 aylıq olanda Moskvaya 1 günlük kastinqə çağırılmışdım. O bir gün mənim üçün bir əsr kimi keçdi. Bütün fikrim oğlumun yanında qalmışdı. Kastinqdən keçə bilmədim. Bəlkə də ilk işim idi ki, uğursuz alınırdı. Getdiyimə peşman idim.

- İndi övladlarınızın neçə yaşı var?

- Oğlumun 15, qızımın 9.

- Sizin “Yuğ” teatrındakı tamaşalarınıza baxırlar?

- Oğlum bu ildən gəlib baxır. İndiyə qədər nə qədər gətirsəm də baxmırdı. Artıq dostlarıyla gəlir baxır, hətta bir tamaşaya bir neçə dəfə gəlir. Bu məni sevindirir.

- İnsan hər şeydən nələrsə öyrənir. Dostlarından, ailədən, hətta övladlarından... Siz övladlarınızdan nələr öyrənmisiniz?

- Ailəm olandan sonra özümü tanımağa başladım. Günəş ailədə beləymiş, belə ana ola bilərəmmiş dedim. Əslində çətin sualdır, bu barədə düşünmək lazımdır. Amma diqqətimi çəkən bir detal var: uşaqlar böyüdükcə onlarla daha çox dost oluram.

Düzü, bunun belə olması üçün səy göstərməmişəm. Amma baxıram ki, getdikcə belə olur. Bəzən oğlum elə sirlərini mənimlə bölüşür ki, düşünürəm, nə yaxşı bunu mənə deyib. Onu cəzalandırmıram, bir dostum mənə etibar edib sirrini desə, nə edərəmsə, onunla da elə davranmağa çalışıram.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28
Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28
“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23
Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21
“Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16
Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15
“Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12
Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05
Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03
Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? - Ekspert danışır...
Bu gün, 08:50
SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` - Adam SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Bu gün, 08:47
“Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir - TƏFƏRRÜAT
Bu gün, 08:42
Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:35
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 08:26
Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19
Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17
"Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49
Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45
Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38
Şirvanda 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34
"Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21
Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17
“Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru