Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... .....                     Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi .....                     "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... .....                     Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi .....                     Məmura “donuz” deyən şəxs cəzalandırıldı .....                     “Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? .....                     Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” .....                     “Loğman” ASC səhmdarlarının yığıncağı .....                     Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub .....                     “Azercell” abunəçiləri nömrələrindən imtina edir .....                     Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır .....                     Azərbaycanın beton şirkətinə .....                     Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? .....                     SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` .....                     “Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” .....                     Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir .....                     Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir .....                     Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub .....                     Banka krediti olanların NƏZƏRİNƏ .....                     Bakı ilə bağlı qorxunc durum: nə etməli? .....                     "Harada da qarşılaşsaq, "necəsən" deyərəm" .....                     Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi .....                     Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib .....                     Şirvanda 'qara maskalılar' hər an görünə bilər .....                     "Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi .....                     Silah buraxıldı, təşkilat bitdimi? .....                     “Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” .....                     Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                     Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                 

ŞOK: KƏRƏM HƏSƏNOVU İFŞA EDƏN VİDEOLAR
Tarix: 24-01-2013, 09:58 | Çap et
ŞOK: KƏRƏM HƏSƏNOVU İFŞA EDƏN VİDEOLAR
SIRAVİ VƏTƏNDAŞ KOMİTƏ SƏDRİNDƏN HAQQINI BU CÜR TƏLƏB ETDİ

DİA.AZ: - Bir müddət əvvəl Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov və onun deputat qardaşı Malik Həsənovla bağlı redaksiyamıza ilginc faktların daxil olması barədə məlumat vermişdik və məlumatımızda həmin faktları davamlı olaraq diqqətənizə çatdıracağımızı bildirmişdik.

Bu səbəbdəndir ki, redaksiyamıza Həsənov qardaşları ilə bağlı şikayətlər davamlı olaraq göndərilməkdədir. Həmin şikayət məktublarının birini diqqətinizə çatdırırıq. DİA.AZ-a yazan Səyyarə Rövşən qızı Heydərovanın məktubunda deyilir:

«2011-ci ilin 15 iyun tarixindən etibarən Şəki 31 rayon Kommunist7 ünvanındakı evimin sənədlərini ala bilmirəm. Bu ev mənim mərhum atam Rövşən Həsən oğlu Heydərova məxsus olub.

Şəkinin yerli reyestr xidməti elə fırıldaq işlədib ki, sən demə, mənim mərhum atamın iki anası və iki atası olub. Bir atası 1946-cı ildə dünyasını dəyişib və həmin şəxs rəsmi sənədlərə görə yenidən 1968-ci ildə dünyasını dəyişib. Bu da mənim babama az olub… hər halda rəsmi dövlət sənədləri belə deyir və o 2009-cu ildə dirilərək reyestr xidmətinə gedərək evin sənədləşdirilməsi ilə məşğul olub.

Sonra oradan da mənim dirilmiş babamı «Kapital» banka göndəriblər və o da orada 50 və 30 manat həcmində dövlət rüsumunu ödədikdən sonra naməlum istiqamətdə qeybə çəkilib.

Mənim nənəm də babamdan geri qalmayıb və o əvvəlcə 1913-cü ildə doğulub, amma bu az olduğundan yenidən 1916-cı ildə dünyaya göz açıb. Bu da az olduğundan yenidən o zamankı Nuxa VVAQ-ının sənədlərilə 1929-cu ilin 11 iyun tarixində babamla ailə qurublar. Hər halda, bütün bunları dövlət reyestr xidməti iddia edir. Halbuki həmin ərəfədə Nuxada (Şəkidə) VVAQ idarəsi fəaliyyət göstərməyib və rayon əhalisi Yevlax VVAQ-ın xidmətlərindən istifadə edib. Yəni belə çıxır ki, iki dəfə doğulan nənəmlə iki dəfə ölüb sonradan yenidən dirilən, daha sonra da qeybə çəkilən babam olmayan bir idarənin olmayan binasında dövlət nigahına giriblər.

Şəkinin yerli reyestr xidmətinin absurd iddiaları bununla da bitmir və bildirirlr ki, mənim nənəmin qızlıq soyadı olan Hacızadənin kökünü haradan aldığını bilmirlər. Və məlum olur ki, başqasının nənəsi mənim babama ərə gedərək öz soyadını iz kimi buraxıb. Amma öləndə də Əhmədova kimi ölüb. Mən başa düşə bilmirəm, dövlətin sənədlərində əks olunan bu işləri həyata keçirməyi nənəm necə bacarıb?

Mənə Şəki reyestr xidmətindən bildirirlər ki, nənəmin ölüm kağızı itib və mən bu kağızı əldə edə bilməm üçün məhkəməyə getməliyəm. Mən də sual edirəm, əgər Şəki reyestr idarəsi istədiyi sənədi düzəldə bilirsə, nədən mən məhkəməyə getməliyəm?

Onların sənədində daha bir maraqlı fakt. Mənim nənəm 1947-ci il 17 may tarixində dünyasını dəyişib. Amma onlar ortaya sənəd çıxarırlar ki, nənəm 15 dekabr 1958-ci il tarixdə dünyasını dəyişib. Nədən nənəmin ölüm faktını 11 il sonra qeydə alıblar?

Əslində bütün bu absurdların bir izahı var: SAXTAKARLIQ VƏ KORRUPSİYA… Onlar pul qazanmaq istədiklərindən bütün sənədlərin də başına bu cür oyunlar açıblar. Atamın sənədlərini gizlədərək, öz maraqlarına uyğun sənədlər toplayıblar.

Alqı-Satqı müqaviləsində göstərilir ki, evin yerləşdiyi ünvan Kommunist küçəsi dalan 5, mənzil 7-dir. Amma mən kiməsə sübut edə bilmirəm ki, ev həqiqətdə dalan1-də yerləşir. Bu da azmış kimi evin real sahəsi 78,54 kvadratmetr yox, 29,9 kvuadratmetr göstərilib. Sual: Evin qalan hisəsi hara yoxa çıxıb?

Mən Şəi reyestrinin rəhbəri işləyən M.Usubovdan soruşanda ki, dalan 1-in sənədləri hanı? O da mənə özünə məxsus tərzdə cavab verdi ki, dalan5 dalan 1 olub… Onda dalan 5-in taleyi necə olub əvvəl?

Beləcə yerli reyestrlə, yerli notarius əl-ələ verərək atamın yeganə varisi olan mənə məxsus olan evi ələ keçiriblər. Mən dəfələrlə korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət etsəm də, xeyri olmayıb. Ola bilsin ki, Kərəm Həsənovun və onun işçilərinin toxunulmazlıqları var və bizim bundan xəbərimiz yoxdur».

Daha sonra şikayətçi xanım ayrı-ayrı instansiyalara da eyni problemlə əlaqədar müraciətlər ünvanladığını və şikayətinin hər dəfəsində qulaqardına vurulduğunu bildirir: «Kərəm Həsənova 18 müraciət, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adına 15 müraciət, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə 12 müraciət, Baş prokurora 25 mraciət, Milli Təhlükəsizlik Nazirliyinə 18 müraciət, prezident İlham Əliyevə 36 müraciət yollamışam.

Amma gördüm ki, bu özbaşınalıqlarla bağlı kimsə tədbir görmək istəmir və mən də ABU-nun keçmiş rektoru Elşad Abdullayevin metodu ilə hərəkət etmək qərarına gəldim və Kərəm Həsənovla bağlı kompromat xarakterli materiallar toplamağa başladım».

Artıq əlində kifayət qədər faktların olduğunu bildirən şikayətçi xanım Kərəm Həsənova müraciət də edir: «Kərəm müəllim, mənim evimin sənədlərini xoşluqla verin. Əks halda internet vasitəsilə sizin əməllərini ifşa edən 5 videokasset həcmində materialı yayacağam və bundan sonra siz prezidentə cavab verməli olacaqsınız. Onda halınız necə olacaq, özünüz təsəvvür edin…

Mən nə Moskvadayam, nə də Elşad Abdullayev kimi Fransadayam. Mən Azərbaycandayam və sona qədər mübarizəmi aparacam».

Daha sonra şikayətçi xanım Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova 10 gün vaxt verdiyini də bəyan edir: «Əgər 10 gündən sonra mən evimin sənədlərini şəxsən sizin əlinizdən almasam, o zaman birinci kasset internetə yerləşdiriləcək».

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28
Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28
“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23
Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21
“Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16
Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15
“Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12
Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05
Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03
Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? - Ekspert danışır...
Bu gün, 08:50
SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` - Adam SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Bu gün, 08:47
“Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir - TƏFƏRRÜAT
Bu gün, 08:42
Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:35
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 08:26
Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19
Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17
"Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49
Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45
Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38
Şirvanda 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34
"Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21
Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17
“Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru