Üzr istəmək kifayət etməyəcək: .....                     Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? .....                     Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi .....                     "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı .....                     Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır .....                     Müxalifətin Paşinyanı yola salmaq axtarışları .....                     TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına .....                     Paşinyanı impiçmentlə devirmək mümkün deyil .....                     Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib .....                     Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... .....                     Siyəzəndə dövlət tenderlərini kimlər udur? .....                     Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... .....                     Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi .....                     "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... .....                     Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi .....                     Məmura “donuz” deyən şəxs cəzalandırıldı .....                     “Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? .....                     Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” .....                     “Loğman” ASC səhmdarlarının yığıncağı .....                     Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub .....                     “Azercell” abunəçiləri nömrələrindən imtina edir .....                     Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır .....                     Azərbaycanın beton şirkətinə .....                     Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? .....                     SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` .....                     “Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” .....                     Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir .....                     Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir .....                     Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub .....                     Banka krediti olanların NƏZƏRİNƏ .....                     Bakı ilə bağlı qorxunc durum: nə etməli? .....                     "Harada da qarşılaşsaq, "necəsən" deyərəm" .....                     Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi .....                     Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib .....                     Şirvanda 'qara maskalılar' hər an görünə bilər .....                     "Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi .....                     Silah buraxıldı, təşkilat bitdimi? .....                     “Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” .....                     Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                 

TƏHSİL SİSTEMİNDƏ 15 İLLİK “MİSİR PİRAMİDASI”
Tarix: 25-03-2013, 10:02 | Çap et
TƏHSİL SİSTEMİNDƏ 15 İLLİK “MİSİR PİRAMİDASI”
BU “PİRAMİDA” SƏBƏBİNDƏN TƏHSİLİMİZ RƏSMƏN MUMİYALANMIŞ HALDADIR

Yaşı 67-ni haqlamış Misir Mərdanovun təhsil naziri təyin edilməsinin bu gün 15 ili tamam olur

DİA.AZ: - 15 il bir igidin ömrüdür. Mənə elə gəlir, bu müddət ərzində elə işlər görmək olardı ki, Azərbaycan təhsili dünya çapında öncül yerlərdən birini tutardı. Bunun üçün dövlət və toplum olaraq bizim yetərincə iqtisadi, elmi və pedaqoji potensialımız vardı. Son 15 ildə nazir kimi Misir Mərdanov bu resurslardan necə istifadə etdi və nələr yapdı? Yazıda, qismən də olsa, bu məqamların üzərinə işıq salmağa çalışacam.

Tarixi şans

Mərdanov nazir təyin olunduqdan düz 4 gün sonra – 30 mart 1998-ci il tarixində ölkə başçısının sərəncamı ilə “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nın hazırlanması üçün Dövlət Komissiyası yaradıldı. Komissiya bir ildən çox işlədi və proqram 15 iyun 1999-cu il tarixində prezident tərəfindən təsdiq edildi. Dünya Bankının və dövlətin maliyyə dəstəyi ilə gerçəkləşdiriləcək bu proqrama söz ola bilməzdi. Burada təhsilimizdə hansı işlərin hansı ardıcıllıqla, kimlərlə və nə müddətə görüləcəyi detalları ilə öz əksini tapmışdı. Bir təhsil strateqi lazım idi ki, onları zərgər dəqiqliyi ilə həyata keçirsin. Beləliklə, ilk dəfə fürsət düşmüşdü ki, müstəqil Azərbaycanda dünya standartlarına uyğun təhsil sistemi quraq. Bu, Misir Mərdanov üçün də böyük fürsət idi: təzəcə işə başlamışdı; enerjili vaxtı idi; əlində hazır proqram vardı və s. Bircə qalırdı qolunu çırmalayıb can-başla işə girişsin. Bir sözlə, adını müsbət mənada tarixə yazdırmaq üçün ona əla şans nəsib olmuşdu. Əvvəl-əvvəl Azərbaycan cəmiyyətində də buna böyük ümidlər vardı. Amma atalar demişkən, sən saydığını say, gör fələk nə sayır. İlk gündən başlayaraq cənab nazirimiz İslahat Proqramında nəzərdə tutulan hədəflərə çatmaq yox, onlardan yan keçmək yolunu tutdu, mütərəqqi ideyalara söykənən bu sənədə qarşı sanki onda bəri başdan “antipatiya” yaranmışdı. Yazımın mərkəzində dayanan bu fikri əsaslandırmaqdan ötrü bəzi ciddi faktlar üzərində dayanmaq istərdim...

Attestasiyanız nə vaxta qaldı?!

İslahat Proqramına görə, təhsilimizdə aparılacaq təxirəsalınmaz tədbirlərdən biri də rəhbər və pedaqoji kadrların attestasiyasının aparılması idi. Bu, 1999-2004-cü illəri əhatə edirdi. İşin icrası üçün Nazirlər Kabineti xüsusi sərəncam (23.05.2002, 91 saylı) verdi və təhsil naziri müvafiq əmr (21.10.2002, 987 saylı) imzalayaraq mətbuatda dərc etdirdi. Əmrdə konkret vaxtlar da göstərildi: “Hazırlıq və sənədləşmə işləri 2002-ci ilin dekabr ayına qədər yekunlaşdırılsın, 2003-cü ilin yanvar ayından etibarən attestasiyaya başlanılsın”. Təhsil işçilərinin maddi və mənəvi cəhətdən stimullaşdılılmasında müstəsna əhəmiyyəti olan attestasiya Mərdanovun fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi nəticəsində indiyədək havadan asılı vəziyyətdə qalıb, bundan sonra nə vaxt keçiriləcəyi də bəlli deyil. Xatırladıram ki, digər postsovet ölkələrində haqqında danışdığımız attestasiya çoxdan aparılıb (hətta bəzilərində bir neçə dəfə!) və öz müsbət nəticələrini verməkdədir...

Mərdanovsayağı “inhisar(sız)laşdırma”

İslahat Proqramının ən mühüm cəhətlərindən biri də onun ruhundakı demokratizm idi. Bu sənədə görə təhsil sistemini tənzimləyən müvafiq normativ-hüquqi baza yaradılmalı, əsas hədəf təfsilverənə və təhsilalana yönəldilməli, inzibati-amirlik metodundan imtina edilməli, idarəetmə funksiyaları yuxarıdan aşağıya ötürülməli, ağırlıq mərkəzi aparatdan yerlərə keçirilməli, ümumtəhsil məktəblərinə özünü idarəetmə hüququ (muxtariyyət) verilməli, bir sözlə, təhsilimizdə geniş inhisarsızlaşdırma prosesi getməli idi. Lakin Mərdanovun nazir kimi 15 illik fəaliyyəti dövründə bunların heç birini görmədik. Bu gün təhsilimizdə avtoritarlıq dünyada analoqu olmayan bir fazaya gəlib çatıb. İdarəetmə funksiyasını aşağılara vermək, ağırlıq mərkəzini yerlərə ötürmək, məktəblərin muxtariyyətini təmin etmək əvəzinə, bütün hüquqlar bir əldə – Təhsil Nazirliyinin mərkəzi aparatında cəmləşdirilib. Sıravi kənd müəllimindən tutmuş, laborant da daxil, məktəb direktorunadək hamını nazirliyin işə götürməsi bu sistemdə olan auranı – avtoritarizmin və inhisarçılığın son həddini göstərir. İslahat proqramı ilə daban-dabana zidd olan bu anti-demokratik və anti-humanist addıma yəqin ki, bəyənmədiyimiz sovet dönəmində belə rast gəlinməyib.

Təhsilin məzmunu da dağıdıldı!..

Təhsilin məzmunu İslahat Proqramında prioritet istiqamətlərdən biri kimi götürülüb. Buna səbəb o vaxtkı tədris planları və proqramlarının çox yüklənməsi, dərsliklərə ikinci dərəcəli materialların doldurulması, həmçinin onların çağdaş tələblərə cavab verməməsi idi. Belə bir vəziyyətdə düşünmək olardı ki, Mərdanov, digər məsələlər bir yana, heç olmazsa, təlim-tərbiyənin nüvəsini təşkil edən təhsilin məzmununu düzəldəcək, başqa sözlə, tədris planlarını, proqramları və dərslikləri qaydaya salacaq. Amma o, hər şeyi tamam tərsinə etdi: elmə, pedaqogikaya və psixologiyaya əsaslanmadan qondarma tədris planları hazırlatdırdı; “fənn kurikulumu” adı ilə üzə çıxardığı sınıq-salxaq proqramlarla təhsilimizi kirləndirdi; təhsilimizin utanc yerinə çevrilmiş karikatura dərsliklərlə balalarımızın zehniyyətini korladı; adını saysız-hesabsız dərsliklərin və kitabların üzərinə yazdırmaqla dünyanı üstümüzə güldürdü.

Bağça və peşə təhsili necə çökdürüldü?!

Ölkəmizdə kiçikyaşlı uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsinin kəskin surətdə aşağı düşməsi səbəbindən İslahat Proqramı fəaliyyətdə olan bağçaların təkmilləşdirilməsini, eləcə də müasir tələblərə cavab verən, uşaqların dünyagörüşünü, fiziki inkişafını və sağlamlığını artıran yeni tipli tədris komplekslərinin açılmasını nəzərdə tuturdu. Bununla belə, əmək bazarının tələbatına uyğun olaraq orta ixtisaslı fəhlə və kiçik mütəxəssis kadrların hazırlığını yüksəltmək məqsədi ilə müasir texniki peşə məktəblərinin yaradılması da görüləcək tədbirlərin siyahısına daxil edilmişdi. Başqa sözlə, proqramda bağça və peşə təhsilinə geniş yer ayrılmışdı. Bəs bunun qarşılığında nələr baş verdi? – Yeni komplekslərin yaradılması o yana qalsın, bir çox bağçaların və peşə məktəblərinin profilləri dəyişdirildi və ya binaları, eləcə də əraziləri özəlləşdirmə adı ilə hərraca çıxarılaraq dəyər-dəyməzinə satıldı. Onların bəzilərinin yerində şadlıq evləri, gözəllik salonları və göydələnlər tikildi. Bununla da bağça və peşə təhsili tamamilə çökdürüldü. Mədadnovun 15 illik nazirliyi dönəmində şəhərlərimizdə məktəbəqədər təhsillə əhatə səviyyəsi nəinki yüksəldildi, hətta Belarusun kənd rayonlarında olan səviyyədən də geridə qaldı. Bağçalar içərisində elələri oldu ki, onlar, ekspert Nadir İsrafilovun təbirincə desək, vağzallardakı saxlama kameralarına bənzədi. Təlim-tərbiyədən uzaq olan bu bağçalar sanki uşağın 8-9 saat saxlanılması üçün idi...

Təhsil Akademiyası niyə kağızda qaldı?!

İslahat Proqramına görə, tədris, elmi-metodik və informasiya təminatı baxımından təhsil sistemini gücləndirmək məqsədi ilə Təhsil Akademiyası təsis edilməli və bu nüfuzlu qurumda pedaqoji sahənin tanınmış alimləri təmsil olunmalı idi. Proqramın qəbul edilməsindən 14 ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də bu akademiya yaradılmayıb. Bildiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) pedaqogika bölməsi yoxdur. Deməli, pedaqoji sahənin alimləri burada təmsil oluna bilməzlər. İndi paradoksal bir vəziyyət yaranıb: Bu alimlər AMEA-ya üzv seçilə bilmirlər, seçilmək üçünsə özlərinin akademiyaları yoxdur, belə çıxır onların heç biri akademik (və ya müxbir üzv) adını daşımağa layiq deyil.
Əslində, Təhsil Akademiyasının yaradılması Mərdanova o qədər də əl vermirdi. Çünki pedaqoji sahədə müstəqil akademiklər qrupunun yaranması onun sistemdə bu cür at oynatmasına imkan verməyəcəkdi.

“Yumurtlamadı, bəs falı hara getdi?!”

İslahat Proqramında Təhsil Nazirliyinin nəzdində vahid nəşriyyat-poliqrafiya birliyinin yaradılması da nəzərdə tutulmuşdu. Bu, metodik tövsiyələr və vəsaitlərin, təhsilə aid əmr və sərəncamların, dərs jurnalı, diplom, attestat, şəhadətnamə kimi ciddi sənədlərin çapı üçün nazirliyə çox lazım idi. Bildiyimiz kimi, “islahata” qədər Təhsil Nazirliyinin 29 sot əraziyə, eləcə də, xeyli çap avadanlığına malik olan və Bakının ən gözəl yerlərindən birində – “Elmlər Akademiyası” metrosunun yaxınlığında yerləşən “Təhsil” adlı nəşriyyat-poliqrafiya müəssisəsi vardı. Düşünmək olardı ki, nəzərdə tutulan birlik bu müəssisə əsasında yaradılacaq. Amma nə baş verdi?! – Birliyi yaratmadılar, “Təhsil” nəşriyyat-poliqrafiya müəssisəsini isə özəlləşdirməyə çıxardılar. Müəssisəni “su qiymətinə” alan işbazlar izi itirmək üçün onun ərazisini tez-bazar edərək bir tikinti şirkətinə satıb aradan çıxdılar. İndi təhsil nazirindən soruşuram: Yeni birliyi yarada bilmədiniz, bəs onda köhnənin satılmasına niyə razılıq verdiniz? Bu işdə sizin nə marağınız vardı?!

Mərdanovun islahat üzrə “silahdaşları”

Beləliklə, gətirdiyim misalların hər birində İslahat Proqramında nəzərdə tutulanlarla görülən iş arasında diametral tərslik olduğunu müşahidə etdik. Proqramla gerçək vəziyyəti tutuşdursaq, bir çox digər məsələlərdə də eyni mənzərənin şahidi olarıq. Belə çıxır, indiyədək “islahat” adı ilə papağı günə yandırmışıq. Təbii ki, vəziyyətin bu hala gətirilməsində Misir Mərdanov tək olmayıb, onun “silahdaşları” da olub. Tarix üçün onların da adlarını çəkirəm: Nazirliyin şöbə müdirləri Aydın Əhmədov və Faiq Şahbazlı, Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov, Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasov, Dünya Bankı layihələrinin əlaqələndirmə qrupunun rəhbəri Elvin Rüstəmov və Dərslikləri Qiymətləndirmə Şurasının sədri Elmina Kazımzadə.

Son söz əvəzi

Bildiyimiz kimi, İslahat Proqramının ana məqsədlərindən biri də məktəbəqədər, orta və ali təhsil, eləcə də peşə təhsili sistemlərində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək idi. Amma “inkişaf etdirmək” bir yana qalsın, olan-qalanımızı da vurub dağıtdılar. Biz yuxarıda “islahat” tozanağının timsalında təhsil sistemindəki dağılmalardan danışdıq. Xatırladıram ki, bu, Mərdanovun 15 illik “genişspektrli” dağıdıcılıq fəaliyyətinin cüzi bir hissəsidir. Buraya təmir-tikinti, test-buraxılış imtahanları, tələbə köçürmələri, tender-müsabiqələr sahəsində baş verən həngamələri də əlavə etsək, təhsilimizin hansı durumda olmasının konturlarını cıza bilərik. Görəsən, bunu planetimizin ən yaşlı və ən stajlı təhsil naziri Misir Mərdanov təsəvvür edirmi?!

Əlövsət Osmanlı,
riyaziyyat üzrə fəlsəfə doktoru










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28
Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28
“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23
Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21
“Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16
Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15
“Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12
Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05
Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03
Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? - Ekspert danışır...
Bu gün, 08:50
SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` - Adam SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Bu gün, 08:47
“Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir - TƏFƏRRÜAT
Bu gün, 08:42
Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:35
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 08:26
Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19
Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17
"Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49
Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45
Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38
Şirvanda 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34
"Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21
Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17
“Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru