Naxçıvan küçələrinə işıq gətirəcək .....                     Üzr istəmək kifayət etməyəcək: .....                     Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? .....                     Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi .....                     "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı .....                     Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır .....                     Müxalifətin Paşinyanı yola salmaq axtarışları .....                     TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına .....                     Paşinyanı impiçmentlə devirmək mümkün deyil .....                     Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib .....                     Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... .....                     Siyəzəndə dövlət tenderlərini kimlər udur? .....                     Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... .....                     Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi .....                     "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... .....                     Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi .....                     Məmura “donuz” deyən şəxs cəzalandırıldı .....                     “Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? .....                     Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” .....                     “Loğman” ASC səhmdarlarının yığıncağı .....                     Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub .....                     “Azercell” abunəçiləri nömrələrindən imtina edir .....                     Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır .....                     Azərbaycanın beton şirkətinə .....                     Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? .....                     SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` .....                     “Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” .....                     Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir .....                     Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir .....                     Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub .....                     Banka krediti olanların NƏZƏRİNƏ .....                     Bakı ilə bağlı qorxunc durum: nə etməli? .....                     "Harada da qarşılaşsaq, "necəsən" deyərəm" .....                     Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi .....                     Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib .....                     Şirvanda 'qara maskalılar' hər an görünə bilər .....                     "Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi .....                     Silah buraxıldı, təşkilat bitdimi? .....                     “Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” .....                 

Vasif Talıbovun oğlu niyə məhz Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəhbəridir? - İTTİHAM VAR!
Tarix: 7-07-2022, 09:24 | Çap et
Vasif Talıbovun oğlu niyə məhz Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəhbəridir?
Naxçıvan Muxtar Respublikasında əhalinin etnik tərkibinin dəyişdirilməsi ilə bağlı dəfələrlə həyacan təbili çalmışıq. Qibleyi-aləmin Naxçıvanın etnik tərkibinin dəyişdirilməsi istiqamətində apardığı sistemli iş göz qabağındadır. Azərbaycan dövləti təcili tədbir görməsə, bir neçə ildən sonra Naxçıvanda tamamilə fərqli bir mənzərənin şahidi olacağıq. Bu barədə əlimizdə kifayət qədər faktlar var və biz zaman-zaman həmin faktları ictimailəşdirəcəyik.

Bu yazıda Vasif Talıbovun həmin sistemli işinin daha bir nümunəsini təqdim edirik. Yəqin ki, oxucularımızın bir qismi Vasif Talıbovun böyük oğlu Rza Talıbovun harada çalışdığı barədə məlumatlıdır. Rza Talıbov Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri, siyasi elmlər üzrə fəlsəfə doktorudur. Rza Talıbov üçün bu vəzifə atası tərəfindən təsadüfən seçilməyib. Bu barədə bir az sonra. İndi isə Rza Talıbov haqqında qısa məlumat verək.

Talıbov Rza Vasif oğlu 10 may 1982-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 1999-cu ildə Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbini bitirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 2006-cı ildə isə magistr pillələrini fəqlənmə diplomları ilə bitirib.

2003–2004-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçib.

2007-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində referent vəzifəsində işə başlayıb.

2010-cu ildə öz arzusu ilə Xarici İşlər Nazirliyindən ayrılaraq, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim kimi çalışmağa başlayıb.

2013-cü ildə Böyük Britaniyanın Oksford Universiteti, SAID Biznes məktəbinin Gücləndirilmiş İdarəetmə proqramını bitirib.

2015-ci ildə Dövlət Miqrasiya Xidmətində işə götürülüb və qısa müddət sonra Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi təyin olunub.

Onun bioqrafiyası ilə tanış olduqdan sonra bir sıra suallar ortaya çıxır. Ali məktəbi beynəlxalq münasibətlər ixtisası üzrə bitirən Rza Talıbov Xarici İşlər Nazirliyində niyə işləmək istəməyib? Atası onu niyə başqa dövlət orqanında yox, məhz Dövlət Miqrasiya Xidmətində işə düzəldib? Halbuki Vasif Talıbov istəsəydi onu ixtisasına uyğun Xarici İşlər Nazirliyində yüksək vəzifəyə təyin etdirə, nüfuzlu ölkələrdən birinə səfir də göndərə bilərdi. Amma Rza Talıbov Xarici İşlər Nazirliyində 3 illik fəaliyyətdən sonra müəmmalı şəkildə istefa verir və müəllim kimi fəaliyyətə başlayır. Dövlət Miqrasiya Xidmətində işə başladıqdan qısa müddət sonra o, məhz atasının məsləhəti və tapşırığı ilə Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəhbəri təyin edilir.

Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsi Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və Azərbaycan Respublikasının vətəndaşlığından çıxma ilə vəsatətlərə, habelə Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı işlərə baxılmasında iştirak edir. Həmçinin, İdarə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirir.

Bu vəzifə hüquqi bilik və ixtisas tələb edən vəzifədir. Maraqlıdır, görəsən, nəyə görə, bu baş idarəyə bir hüquqşünas deyil, məhz beynəlxalq münasibətləri bitirən Vasif Talıbovun oğlu təyin edilib? Vasif Talıbovun oğlunu məhz bu vəzifəyə yerləşdirməsində məqsədi nədir?

Bu suala aydınlıq gətirməmişdən əvvəl onu qeyd edək ki, Rza Talıbov qeyri-rəsmi şəkildə Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinə də rəhbərlik edir. Naxçıvanın Miqrasiya Xidmətinin rəisi Şahin Nəbiyev Rza Talıbovun kurasiyasındadır. Şahin Nəbiyevə muxtar respublikada Vasif Talıbovbdan başqa, heç kim göstəriş verə, onun işinə qarışa bilməz. Şahin Nəbiyev nə Vasif Talıbovun birinci müavini olan Azər Zeynalovu, nə də Ali Məclisin bu sahəyə rəhbərlik edən şöbə müdirini eşidir. Naxçıvana köçüb gələn və Azərbaycan vətəndaşlığı verilən şəxslər barədə bir Vasif Talıbov bilir, bir də onun oğlu və Rza Talıbovun kuklası Şahin Nəbiyev.

Vasif Talıbovun oğlunun bu vəzifəyə yerləşdirilməsi uzaq perspektivə hesablanıb. Məqsəd Naxçıvanın etnik tərkibinin dəyişdirilməsinin daha rahat formada həyata keçirilməsi, vətəndaşlıq məsələlərinin 5-ci kolonun əlində olmasıdır. Niyə bu məsələni də 5-ci kolonla əlaqələndiririk? Onu da izah edək. Azərbaycanın 5-ci kolonunun “xaç atası” olan Ramiz Mehdiyev Miqrasiya Xidmətini hər zaman xüsusi nəzarətdə saxlayıb, orada yüksək vəzifələrdə məhz ona bağlı adamların yerləşdirilməsini təmin edib. Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev 2011-2014-cü illərdə Dövlət Miqrasiya Xidmətinin rəis müavini olub. Özü də bilirsinizmi hansı sahəni kurasiya edib? Məhz vətəndaşlıq məsələlərini. Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini təyin edildikdən cəmi bir neçə ay sonra Rza Talıbov Dövlət Miqrasiya Xidmətinə gətirilir və məhz Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi təyin edilir. Sizcə bu, təsadüfdürmü? Əlbəttə yox. Ramiz Mehdiyev-Vasif talıbov ikilisi Miqrasiya Xidmətini “işğal edərək” qeyri millətlərin, xüsusilə erməni kökənlilərin və qonşu ölkələrdən gələn qeyri-türklərin Azərbaycan vətəndaşlığına qəbulu ilə ölkənin gələcəyi üçün təhlükələr hazırlayıblar.

Azərbaycan vətəndaşlığına qəbul prezidentin səlahiyyətindədir. Amma vətəndaşlığa qəbul edilən şəxslərin kimliyini araşdırıb onun vətəndaşlığa qəbulu prosesini həll edən məhz Dövlət Miqrasiya Xidməti və Xidmətin Rza Talıbovun rəhbərlik etdiyi Baş İdarəsidir. İnanırıq ki, aidiyyəti dövlət orqanları bu sahədə araşdırma aparsalar, bir çox maraqlı faktlarla qarşılaşacaqlar.

Onu da qeyd edək ki, hər il xeyli insan Azərbaycan vətəndaşlığına qəbul edilir. Rza Talıbovun 2021-ci ilin may ayında mətbuata verdiyi müsahibədə səsləndirdiyi rəqəmləri oxucuların diqqətinə çatdırırıq: “Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində 2008-2020-ci illər ərzində (01 oktyabr 2020-ci ilədək ) 1830 nəfər (övladları ilə birlikdə 1873 nəfər) vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuşdur. Bununla belə, bu müddət ərzində 162 min 308 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb və onlar müvafiq dövlət qurumu tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilmişdir”.

Göründüyü kimi, vətəndaşlıq məsələləri həll edilən şəxslərin sayı minlərlədir. Bəs Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan və Azərbaycan vətəndaşlığına qəbul edilən şəxslərin sayı nə qədərdir? Əlbəttə ki, bu rəqəm tam qapalıdır, real rəqəmləri isə Vasif Talıbovun oğlu bilir. Naxçıvan ərazisində yaşayan və vətəndaşlıq verilən şəxslərin etnik kimliyi də maraqlıdır və hər birimiz üçün qaranlıqdır. Yəqin ki, Vasif Talıbovun oğlunun niyə məhz Miqrasiya Xidmətinə yerləşdirilməsi artıq hörmətli oxucularımıza aydın oldu.

Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28
Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28
“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23
Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21
“Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16
Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15
“Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12
Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05
Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03
Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? - Ekspert danışır...
Bu gün, 08:50
SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` - Adam SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Bu gün, 08:47
“Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir - TƏFƏRRÜAT
Bu gün, 08:42
Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:35
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 08:26
Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19
Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17
"Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49
Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45
Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38
Şirvanda 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34
"Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21
Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17
“Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru