
“SAXTA DİPLOMU VERƏN NAZİRLİK MƏSULİYYƏT DAŞIYIR”
“TQDK xətti ilə universitetlərə qəbul olunmayan, saxta diplomu olan şəxslərin adı və soyadları bizdə var. Lakin biz onları ictimaiyyətə açıqlamırıq”.
Lent.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib. M. Abbaszadənin sözlərinə görə, saxta diplomla bağlı rəqəmləri açıqlamağın məsuliyyətli iş olduğunu qeyd edib: “Saxta diplomu olan şəxslərin universitetlərə qəbuluna və bir universitetdən digər universitetə köçürülməsinə görə TQDK deyil, həmin diplomu verən nazirlik məsuliyyət daşıyır”.
TQDK sədri sonda maraqlı bir fikir də səsləndirib: “Əgər TQDK-nın keçirdiyi imtahanlarda sıfır bal topalayan şəxslər universitetlərdə mütəxəssis kimi yetişibsə, biz buna şadıq”.