Siyəzəndə dövlət tenderlərini kimlər udur? .....                     Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... .....                     Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi .....                     "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... .....                     Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi .....                     Məmura “donuz” deyən şəxs cəzalandırıldı .....                     “Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? .....                     Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” .....                     “Loğman” ASC səhmdarlarının yığıncağı .....                     Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub .....                     “Azercell” abunəçiləri nömrələrindən imtina edir .....                     Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır .....                     Azərbaycanın beton şirkətinə .....                     Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? .....                     SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` .....                     “Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” .....                     Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir .....                     Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir .....                     Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub .....                     Banka krediti olanların NƏZƏRİNƏ .....                     Bakı ilə bağlı qorxunc durum: nə etməli? .....                     "Harada da qarşılaşsaq, "necəsən" deyərəm" .....                     Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi .....                     Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib .....                     Şirvanda 'qara maskalılar' hər an görünə bilər .....                     "Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi .....                     Silah buraxıldı, təşkilat bitdimi? .....                     “Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” .....                     Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                     Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                 

Milli Şuradan anti-Azərbaycan çağırışı - BU NƏDİ BELƏ?!
Tarix: 4-09-2024, 10:35 | Çap et
Milli Şuradan anti-Azərbaycan çağırışı
Özlərini demokratik qüvvələrin Milli Şurası adlandıran qurum Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı beynəlxalq birliyə müraciət edərək seçkinin nəticələrini tanımamağa çağırıb.

“Turan” xəbər verir ki, Milli Şura bəyanatında növbədənkənar parlament seçkisinin təyin edilməsini konstitusiyaya zidd addım hesab edib. “Konstitusiyanın 98.1-ci maddəsində hansı hallarda növbədənkənar Məclis seçkilərinin təyin edilməsi çox aydın şəkildə ifadə edilib.

Milli Şura hesab edir ki, hazırkı növbədənkənar seçkilərin təyin edilməsi üçün konstitusiyada göstərilən halların heç bir mövcud olmayıb", - deyə bəyanatda bildirilir.

Mili Şura Avropa Şurasının və AŞ PA-nın 76 deputatının Azərbaycana girişinə qadağa qoyulduğu seçkilərdə “real müxalifətin qatılmadığı və rəqabətsiz şəraitdə kecirildiyini” iddia edib: “Beynəlxalq müşahidəçi adı altında hakimiyyət özünün seçib dəvət etdiyi ayrı-ayrı xariciləri müşahidəçilərin verdiyi rəylər saxta xarakter daşıyır və bu rəylərin real gerçəkliklə heç bir əlaqəsi yoxdur”.

Sonda Milli Şura beynəlxalq birliyi Azərbaycana münasibətdə daha prinsipial və obyektiv olmağa səsləyib.

Seçkidə iştirak eləyən və parlament təmsilçiliyi qazanan partiyalar Milli Şuranın iddialarına sərt cavab verib.

Yeni Azərbaycan Partiyasının təmsilçisi Elman Nəsirov bildirdi ki, özlərinə Milli Şura deyən marionet təşkilatın iddiaları ənənəvi böhtan və danosbazlıqdan başqa bir şey deyil: “Milli Şura adlandırılan qondarma təşkilat əslində AXCP-nin azsaylı üzvlərindən ibarətdir. AXCP-dən başqa ölkədəki bütün digər partiyalar 1 sentyabr parlament seçkilərində iştirak ediblər. Bütövlükdə ölkəmizdə fəaliyyət göstərən 26 siyasi partiyadan 25-i bu seçkiyə qatıldı. Onların içərisində öz səs saylarını artıran partiyalar da var. Seçkidə iştirak edən partiyalardan 11-i parlament təmsilçiliyi qazandı. Bu bir daha Azərbaycan demokratiyasının göstəricisidir. AXCP özü seçkiyə qatılmayıbsa, bu demək deyil ki, seçki konstitusiyaya zidd, demokratik keçirilməyib. Azərbaycan cəmiyyətində nüfuzu olmayan, süquta uğramış bir təşkilat özünü yeganə müxalifət saymaqla və məlum iddiaları irəli sürməklə özünü gülünc vəziyyətə qoyur”.

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, Azərbaycanda özünü real, əsas müxalifət kimi təqdim elən qüvvələr əslində bir partiyanın nümayəndələrindən ibarət təşkilatdır: “Zaman-zaman parçalanmalara məruz qalıb, özünün yanlış, lazımsız radikal, qeyri-konstruktiv addımları ilə çoxlarını özündən uzaqlaşdıran bu təşkilat indi də birinciliyə iddialıdır. İmkanları isə iddiasından dəfələrlə kiçikdir. "Mən birinciyəm, mən əsas müxalifətəm", - deyə qabağa çıxmaq istəyən qüvvələr bütövlükdə ölkənin siyasi həyatına ziyan veriblər. İndi də yalnız öz fəaliyyətlərini Azərbaycana düşmən mövqeyi sərgiləyən xarici təşkilatlara şikayət etməklə qururlar. Onların fəaliyyətlərinin əsas xəttini bu təşkil edir. Yalnız şikayətlənmək, Azərbaycanda hər şeyin üzərindən qara xətt çəkmək bunların fəaliyyətidir. Bu gün isə parlament seçkilərinin keçirilməsi qərarının konstitusiyaya uyğun olmadığı fikrini bildirməklə özlərini əslində gülünc vəziyyətə qoyurlar. Növbədənkənar parlament seçkilərinə Konstitusiya Məhkəməsinin rəyi alındıqdan sonra gedilib. Mən özüm də hüquqşünasam və istənilən şəxslə bu məsələni müzakirə etməyə hazıram ki, burada heç bir konstitusiya pozma halı yoxdur".

A.Əlizadə qeyd etdi ki, öz dövlətindən digər dövlətlərə, digər beynəlxalq təşkilatlara şikayət etmək öz evində, ailəsinin içində olan məsələləri qonşuya şikayətlənmək kimi bir şeydir: “Ən pisi isə odur ki, dövlətinə, xalqına düşmən olan qüvvələrə öz dövlətindən şikayət edirsənsə, bunun adı başqadır. Biz bu cür mövqeyi qətiyyətlə pisləyirik”.

Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, 1 sentyabr parlament seçkilərinin nəticələrinə münasibət bildirən hər bir siyasi partiya milli maraqlara uyğun mövqedən çıxış etməlidir: “Bəzi partiyalar, təşkilatlar hay-küy salıb hakimiyyətdən nə isə qopartmaq praktikasına son qoymalıdır. Bəzi partiyaların sosial şəbəkələrdə canfəşanlıq edib siyasi dividentlər qazanmaq cəhdləri də məqbul hesab edilməməlidir. COP29 ərəfəsində siyasi qarşıdurmalardan, Azərbaycana düşmən olan dövlətlərin, bəzi mərkəzlərin istifadə edə biləcəyi əməllərdən hər bir siyasi qüvvə, mətbu-internet qurumu çəkinməlidir”.

Ədalət Hüquq və Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı isə bildirdi ki, Azərbaycana təzyiq edən bır sıra beynəlxalq təşkilatlar Milli Şuradan hər zaman öz məqsədləri üçün istifadə edir: “Əli Kərimli həmin təşkilatların əlində bir vasitədir. Bizim partiya müxalifət partiyası kimi seçkiyə qatılmışdı. Seçkinin yekunu ilə bağlı bizim partiya - Ədalət, Hüquq, Demokratiya bəyanat qəbul etdi. Bəyanatda seçkiləri ilk dəfə suveren Azərbaycanın bütün ərazisini əhatə etməklə keçirilən seçki kimi qiymətləndirdik. Partiyamız 11 namizədlə iştirak etmiş, namizədlərin hər biri öz dairəsində aktiv seçki kampaniyası aparmış, əhali ilə çoxsaylı kütləvi görüşlər keçirmişdir. Seçici imzalarının toplanmasında, təbliğat işinin aparılması zamanı əhali ilə ünsiyyətdə heç bir maneə ilə rastlaşmayan çoxsaylı partiya üzvlərimiz seçki günü səsverməni də canlı şəkildə izlədilər. ƏHD Partiyasının rəhbərliyi və partiyamızdan olan namizədlər seçkiləri müşahidə edən 7 müxtəlif beynəlxalq və yerli müşahidə missiyalarının təmsilçiləri ilə görüşmüş, seçkilərlə bağlı fikir mübadiləsi aparmışlar. 50-dən çox seçki dairəsinin yüzlərlə məntəqəsində müşahidələr aparan partiya üzvləri proseslə bağlı mütəmadi olaraq partiyanın mərkəzi qərargahını məlumatlandırdılar. Müşahidəçilərin rəylərinə əsasən onların müşahidə apardığı məntəqələrdə yekun nəticələrə təsir edə biləcək ciddi qanun pozuntusuna rast gəlinməyib.

Amma çox təəssüf ki, bəzi namizədlərin müşahidəçiləri bir sıra seçki məntəqələrində səsvermə prosesinə qanunsuz müdaxilə edərək, seçki prosesini pozmağa cəhd göstərib. Bu kimi halları qətiyyətlə pisləyirik.

Demokratik, azad və sərbəst şəkildə keçirilən, namizədlərə və seçicilərə yaradılmış imkanlar baxımından yüksək səviyyədə təşkil olunan bu seçkilər partiyamız üçün də uğurlu hesab oluna bilər. Səsvermənin ilkin nəticələrinə əsasən partiyanın iki namizədi öz rəqiblərindən daha çox səs qazanıb".

N.Orduxanlı deyib ki, Milli Şura Azərbaycana ən ağır sanksiyalar qoyulması üçün çalışır: “Onlar hətta istəyirlər beynəlxalq şirkətlər, xarici ölkələr neft, qaz kimi enerjidaşıyıcılarını da Azərbaycandan almasınlar. Hesab edirlər ki, bütün bunlar baş verərsə, Azərbaycanda sosial gərginlik arta bilər, hətta sosial partlayışlar baş verər. Milli Şuranın bəyanatında guya seçkilərin keçirilməsinin konstitusiyaya zidd olduğu barədə iddia isə gülüncdür, qanunlardan xəbərsizliyin əlamətidir.”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28
Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28
“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23
Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21
“Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16
Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15
“Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12
Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05
Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03
Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? - Ekspert danışır...
Bu gün, 08:50
SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` - Adam SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Bu gün, 08:47
“Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir - TƏFƏRRÜAT
Bu gün, 08:42
Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:35
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 08:26
Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19
Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17
"Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49
Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45
Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38
Şirvanda 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34
"Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21
Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17
“Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru